Məhkəmə qərarları › İş №2(008)-4901/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4901/2024

16.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4901/2024 16.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh3 Məstan oğlu və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Məstan oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus olan, Sabunçu rayon Məhkəməsinin 2(008)- 786/2020 №-li xx.xx.2020-ci il tarixli qətnaməsində qət edilən, icra zamanı yararsız vəziyyətdə olan və qaytarılmayan cehiz əşyalarının əvəzi olaraq 11440 manat pulun və 125 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2015-ci ildə tarixdə rəsmi nikaha daxil olmuşdur. Cavabdeh1 və onun valideynləri ilə ünvan 1 ünvanında özbaşına tikilidə yaşamışlar. Keçmiş həyat yoldaşı eyni zamanda iddiaçının əmisi oğludur. Birgə nikahdan xx.xx.2015-ci il tarixdə doğulmuş X2 adlı uşaqları da var. Keçmiş yoldaşı iddiaçıya bildirmədən nikahın pozulması barədə Sabunçu rayon Məhkəməsinə müraciət etmiş və iddiaçı məhkəmədən xəbər tutub məhkəməyə getmişdir. Məhkəmədə də boşanmaqda israrlı olduğundan birgə nikah məhkəmə qaydasında pozulmuşdur. Onun bu hərəkətlərini gördükdən sonra ailədaxili problemlər yaranmışdır. İddiaçı cavabdehlərdən qızıl-zinət əşyalarını və cehizləri barədə soruşarkən onlar iddiaçıya bildirmişdirlər ki, qızılları ve cehizləri sonra qaytaracaqlar. İddiaçı da onların qohum olduğunu düşünüb qızılları və cehizləri bir müddət istəməmiş, gözləmişdir ki, qaynanası özü iddiaçıya qızılları qaytarsın. İddiaçının qızıl-zinət əşyaları, hədiyyə olaraq ona verilmiş əşyalar, geyim paltarları, cehiz əşyaları ümumiyyətlə iddiaçıya məxsus bütün əşyalar cavabdehlərin evində qalmışdır. Bundan sonra iddiaçı Sabunçu rayon Məhkəməsinə cehiz əşyalarının və ya onlarının dəyərinin iddiaçıya geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. xx.xx.2020-ci il tarixli qətnaməylə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1n, Cavabdeh2 və Cavabdeh3 Məstan oğlundan nişan üzüyü, nazik qızıl dəsti, dəyəri 65 manat olan uşaq maneji, dəyəri 125 manat olan karniz, dəyəri 108 manat olan sadə 12 çəngəl, 12 çay qaşığı, 12 xörək qaşığı, qənd qabı, ləpə qabı, dəyəri 400 manat olan qab dəsti zərli, dəyəri 350 manat olan qab dəsti lepkalı, dəyəri 1200 manat olan soyuducu, dəyəri 1800 manat olan künc divan qara rəngli, dəyəri 170 manat olan qara şüşəli jurnal masası, dəyəri 11000 manat olan yataq otağı qaralı-ağlı dəsti, dəyəri 400 manat olan iki ədəd tək nəfərlik çarpayıdan bir ədədi, 500 manat dəyərində gəbə (4x5 m), 300 manat dəyərində gəbə (2x3 m), dəyəri 400 manat olan gəbə (3x4m), dəyəri 400 manat olan çilçıraq yataq otağı, dəyəri 500 manat olan zaldakı çilçıraq, dəyəri 270 manat olan yataq örtüyü böyük, dəyəri 400 manat olan kətan pərdə lepkası, dəyəri 300 manat olan yataq otağı pərdəsi, dəyəri 600 manat olan dəhliz pərdəsi, dəyəri 200 manat zal pərdəsi, dəyəri 100 manat olan yumru döşəkcə, dəyəri 600 manat olan altı ədəd yorğandan üç ədədi, dəyəri 180 manat döşək 2 nəfərlik, dəyəri 680 manat olan dörd ədəd tək nəfərlik döşəkdən iki ədədi, dəyəri 570 manat olan altı ədəd balıncdan dörd ədədi, dəyəri 360 manat olan on iki ədəd döşəkcədən səkkiz ədədi, dəyəri 450 manat olan yataq örtüyü çantalı, dəyəri 180 manat olan on iki ədəd bədən dəsmalından bir ədədi, dəyəri 85 manat olan asılqan, dəyəri 120 manat olan ütü, dəyəri 250 manat olan stol süfrəsi, dəyəri 80 manat olan çamadan, dəyəri 90 manat olan ütü stolu, dəyəri 800 manat olan nahar servisi, dəyəri 310 manat olan künc güldanı, dəyəri 25 manat olan güldan gülləri, dəyəri 95 manat olan palma, dəyəri 475 manat olan qazan dəsti, dəyəri 300 manat olan tozsoran dəyəri, 150 manat olan şirəçəkən və dəyəri 1100 manat olan “LG” paltaryuyan maşın alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan iki il sonra icra məmurları ilə cavabdehlərin evinə gedilmiş və qətnamədə göstərilən əşyalardan aşağıda qeyd edilənlər yararsız olduğu üçün götürülməmiş və bu barədə Aktda qeyd edilmişdir: 1) dəyəri dəyəri 65 manat uşaq maneji 2) qara rəngli künc divanı - 700 3) qara şüşəli jurnal masası yataq otağı - 300 4) yataq otağı mebelinin şifoneri - 1800 5) iki nəfərlik çarpayı (taxt) - 700 6) dəyəri 100 manat olan döşəkcə 7) dəyəri 150 manat olan şirəçəkən 8) Bundan başqa, aşağıda qeyd edilən əşyalar isə evdə aşkar edilməmiş və dəyəri ödənilməmişdir: 1) dəyəri 25 manat olan karniz, 2) dəyəri 25 manat olan qənd qabı və ləpə qabı, 3) dəyəri 400 manat olan zərli qab dəsti, 4) dəyəri 350 manat olan lepkalı dəst, 5) dəyəri 400 manat olan yataq otağı üçün çilçıraq, 6) dəyəri 500 manat olan yataq otağı üçün çilçıraq, 7) dəyəri 270 manat olan yataq otağı örtüyü, 8) dəyəri 400 manat olan lepkalı kətan pərdə, 9) dəyəri 300 manat olan yataq otağı pərdəsi, 10) dəyəri 600 manat olan dəhliz pərdəsi, 11 ) dəyəri 200 manat olan zal pərdəsi, 12) dəyəri 180 manat olan 2 nəfərlik döşək, 13) dəyəri 570 manat olan 4 ədəd balınc – 190 manat, 14) dəyəri 450 manat olan çantalı yataq otağı dəsti, 15) dəyəri 80 manat olan çemodan, 16) dəyəri 90 manat olan ütü stolu, 17) dəyəri 475 manat olan qazan dəsti, 18) dəyəri 300 manat olan tozsoran, 19) dəyəri 1100 manat olan “LG" markalı paltaryuyan maşın, 20) dəyəri 1200 manat olan soyuducu. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslıdır və geri qaytarılmayan cehiz və qızıl-zinət əşyalarının əvəzinin pulla qaytarılmasını tələb etmək hüququna malikdir. İddiaçı elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin: 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarından görünür ki, iddiaçı 125 manat dövlət rüsumu ödəmişdir (qəbzin nömrəsi GPP **********, tarixi xx.xx.2024-cü il). Məhkəmə hesab edir ki, həmin məbləğ dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Belə ki, həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh1 Cavabdeh2 Cavabdeh3 Məstan oğluna qarşı iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. GPP ********** №-li, xx.xx.2024-cü il tarixi qəbz əsasında ödənilmiş 125 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar