Məhkəmə qərarları › İş №2(008)-492/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-492/2023

19.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-492/2023 19.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 970 manat maddi ziyana görə, 500 manat mənəvi ziyana görə, həmçinin 295 manat hüququi yardıma görə, 38 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 59, giriş 2, mənzil 102 onun xüsusi mülkiyyətindədir. Mənzili yan qonşunun mənzilindən (103 №-li mənzil) suyun axması nəticəsində su basmışdır. Qeyd edilən mənzildə kirayəşin yaşayır. Dəfələrlə ev sahibi və kirayəşinə suyun axıdlmasının dayandırılması, vurulmuş ziyanın ödənilməsi barədə müraciət etsə də, hər dəfəsində söz versələr də, vəziyyət yenə də təkrarlanmışdır. Evinin divarları çatlamış, divarlardakı oboy və rəng boya örtüyü qopmuş, divarların boyası qalxmış, bir sözlə yararsız vəziyyətə düşmüşdür. Yan qonşu olan 103 №-li mənzilin mülkiyyətçisi Rusiya Federasiyasının vətəndaşı Cavabdehdur. Binanın komendantına yaranmış vəziyyətlə bağlı dəfələrlə müraciətlər olunsa da, heç bir üsulla məsələnin müsbət həlli istiqamətində tədbir görülə bilinməmişdir. Beləliklə cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənzilində dəyəri 970 manat təşkil edən bərpa təmir işlərinin aparılması tələb olunur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. AzərbaycanRespublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ilə cavabdeh qonşudurlar. Belə ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir (daşınmaz əmlakın reyestr nömrəsi **********32-05301-093010, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019). Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir (vəkil X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubu). Binanın komendant əvəzi və sahə müvəkkili tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, 103 №-li mənzilin su və kanalizasiya xəttlərində yaranmış nasazlıq səbəbindən 102 №-li mənzilin dəhliz və zal hissəsindəki divarlar, oboy örtükləri yararsız vəziyyətə düşmüşdür. Evin sahibini tapmaq mümkün olmamış, kirayədə yaşayanlarla və həmin mənzilin işləri ilə məşğul olan şəxslə danışıqlar nəticə verməmişdir. Məhkəmə qərardadına əsasən iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/7953 №-li xx.xx.2023cü il tarixlə rəyinə əsasən iddiaçının mənzilində mərtəbəarası su sızmanın əlamətləri müşahidə olunmuş, mənzilin dəhliz və yaşayış otaqlarının divar kağızının qopması, aralanması və saralanması, sı sızıntısı cavabdeh tərəfindən sudan nəzarətsiz istifadə edilmə səbəbindən baş verə bilməsi, iddiaçıya dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin dəyərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 1035 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh məhkəməyə gəlməmiş, bu halları təkzib etməmişdir. Məhkəmənin təşəbbüsü ilə təyin olunmuş ekspertiza xərcinə dair bildirişə əsasən yuxarıda qeyd olunan ekspert tədqiqatının dəyəri 50 manat təşkil edir. Hazırda iddiaçı ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini istəyir. Məhkəmə aşağıda qeyd olunan əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu qənatəinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», 21.2-ci maddəsinə əsasən «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür». Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh məxsus mənzilinə cavabdehin təqsiri ücbatından su sızması baş vermiş və bunun nəticəsində iddiaçıya 1035 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı 970 manat maddi ziyanın tutulmasını istəyir. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini əsas götürərək hesab edir ki, iddia maddi zərərin tutulması hissəsində təmin edilməli və cavabdehdən su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 970 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən ona vurulmuş 500 manat miqdarında mənəvi zərərin olmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinin birinci cümləsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008ci il tarixli 7 №-li Qərarının 1-ci bəndinə əsasən «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Odur ki, iddia 500 manat mənəvi ziyanın tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia 970 manatın tutulması hissəsində təmin edildiyindən, ödənilmiş 38 manat dövlət rüsumunun 30 manatı cavabdehdən tutulmalı, 8 manat iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə hesab ki, hüquqi yardım üçün ödənilmiş 295 manat (ödəniş qəbzləri əlavə edilmişdir) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmənin təşəbbüsü ilə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın 25 manat hissəsi iddiaçıdan, 25 manat hissəsi isə cavabdehdən tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 970 manat maddi ziyan Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. 8 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Hüquqi yardım üçün ödənilmiş 295 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın 25 manat hissəsi Cavabdeh, 25 manat hissəsi İddiaçı tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar