Məhkəmə qərarları › İş №2(008)-4933/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4933/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4933/2022 28.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əmir qulu oğlundan 2650 manat əsas borc, 2500 manat dəymiş ziyana görə, 1500 manat mənəvi ziyana görə yəni 2650+2500+1500=6650 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, onunla bir yerdə işləyən X2 vasitəsilə Cavabdeh xx.xx.2016-cı ildə 3150 manat borc pul vermişdir. Cavabdeh müxtəlif vaxtlarda, yəni 2016-cı ilin avqustundan 2018-ci ilin mayına kimi borcun bir hissəsini ödəmişdir. 2018-ci ilin may ayında onun borcu 2650 manat olmuşdur. Bunu 2018-ci ilin may ayında 50 manat verərək qızı X3 imzası ilə təsdiq etmişdir. Həmin qalan borcu ödəməkdən imtina etmişdir. İddiaçı xx.xx.2021-ci ildə borcun qaytarılmasına dair məhkəməyə müraciət etmişdir. Birinci məhkəmə baxışı zamanı iddiaçı cavabdehlə razılığa gəlmiş və iddia ərizəsini geri götürmüşdür. Cavabdeh hər ay 100 manat verərək borcunu ödəməyi bildirmişdir. Cavabdeh xx.xx.2021-ci ildə 100 manat ödəmiş, sonra isə borcu verməkdən imtina etmişdir. İddiaçıya Cavabdeh 2016-cı ildən 2021-ci ilə qədər xeyli maddi və mənəvi ziyan vurmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən maddi ziyan, 12-ci maddəsinə əsasən isə mənəvi ziyan ödənilməlidir. Ona görə də əldən çıxmış faydaya görə 2500 manat, mənəvi ziyana görə isə 1500 manat ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, cavabdehin hazırda ona 2150 manat borcu var. Əlavə məbləğlər barədə iddia irəli sürmüş olsa da, həmin məbləğləri əslində istəmir, 2150 manatın cavabdehdən onun xeyrinə tutulmasını istəyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh 2150 manat borcunu etriaf etdi, ayda 100 manat ödəyəcəyini bildirdi və bu barədə ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ilə cavabdehin arasında cavabdehin iddiaçıya 3150 manat borcu olduğu, müxtəlif vaxtdlarda həmin borcun bir hissəsinin ödənildiyi barədə yazılı (əlyazma) qəbz var. Hər iki tərəfindən bildirdiyinə görə cavabdehin iddiaçıya 2150 manat borcu mövcuddur. Cavabdehin həmin borcu etiraf etmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməsini qanuni və əsaslı hesab edir. Azırbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edildiyi kimi, cavabdeh 2150 manat borcu etiraf etmiş, iddiaçının yalnız 2150 manatın tutulmasına razı olduğunu bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdehdən iddiaçının xeyrinə 2150 manat tutulmalı, iddi qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı digər məbləğlərin təsdiqinə dair məhkəməyə sübut təqdim etməmiş və ümumiyyətlə həmin məbləğlərin tutulmasında marağı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2150 manat pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar