Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4936/2025 09.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 Seyfəddin oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5200 (beş min iki yüz) manat məbləğində pulun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 72 (yetmiş iki) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri X1 10 fevral 2022-ci il tarixdə, təxminən saat 19 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Şirin, Məzahir və adlarını bilmədiyi iki əməkdaşı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən Neftçi kafesinin qarşısında saxlanılaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə aparılmışdır. Bundan sonra həmin gecə təxminən saat 23 radələrində o, evdə tək olduğu zaman Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Şirin, Məzahir və adlarını bilmədiyi iki əməkdaşı onların yaşadığı ünvana basqın edərək axtarış aparmağa başladılar. O, onlardan nə axtardıqlarını soruşduqda polis əməkdaşlarının rəis deyə müraciət etdikləri adam məni təhqir edərək "səni də ərinin yanına aparacağam dedi". Bundan sonra həmin şəxs ona "evdə nə qədər pulun var gətir mənə ver" dedi. O da evdə olan 500 (beş yüz) manat pulu gətirib ona verdi. Bundan sonra polis əməkdaşaları onu sorğu-suala tutdu və həmin rəis dedikləri şəxs mənə "əlim ayağım dəyməmiş evdə nə qədər narkotik varsa gətir ver" dedi. O isə ona evdə narkotik vasitə olmadığını bildirdi. Bundan sonra onlar onun ərinə məxsus "Kapital bank" kartını, onun mobil telefonunu, şəxsiyyət vəsiqəsini götürdülər və onu öz avtomobillərinə əyləşdirərək polis idarəsinə aparmaq istədilər, lakin 100 metr getdikdən sonra geri qayıdaraq onu evin qarşısında düşürdülər, telefonunu qaytardılar və rəis olan polis əməkdaşı ona "heç kimə zəng etmə, otur evdə zəngimi gözlə" dedi. Bundan sonra o, oğluna zəng edərək evə gəlməsini demişdir. Daha sonra 11 fevral təxminən gecə saat 02-03 radələrində əri öz mobil telefonundan ona zəng edərək Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə gəlməsini dedi. O da oğlu Bəxtiyarla birlikdə taksiyə əyləşərək Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə getdi və idarəyə çatanda baş əməliyyat müvəkkili Cavabdeh otağına getdi. X6 həmin otaqda idi. Həmin vaxt otaqda başqa polis əməkdaşları da var idi. Həmin vaxt Cavabdeh onlara əri ilə razılaşdığını və ərinin çıxması üçün 10000 (on min) manat pul gətirməklərini dedi. Bundan sonra Şirin ərinin telefonunu ona verərək pul tapmasını istədi. Əri də Ukraynada yaşayan dostuna zəng edərək ondan 10000 (on min) manat pul istədi. Həmin şəxs ərindən o məbləğdə pulu düzəltmək üçün 2- 3 gün vaxt verməsini istədi, əri də ona o qədər vaxtının olmadığını, pulun həmin gün verilməli olduğunu bildirdi. Həmin gün səhər saat 08 radələridə ərinin dostu onun telefonuna zəng edərək Bakı şəhəri, Xalqlar dostluğu parkında öz qohumundan 3000 (üç min) ABŞ dolları götürməsini dedi. Bundan sonra oğlu Bəxtiyar deyilən ünvana gedərək pulu götürüb Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinə qayıtdı. Bu zaman Cavabdeh ərinə dedi ki, "rəis müavini Hikmət yatıb, kart onun otağındadı, kartı sənə verəcəm, get pulu çıxart, 10000 (on min) manatı düzəlt biz ver, səni azad edək". Bundan sonra onu və oğlunu idarədən çölə çıxardılar və onları axşam saat 17 radələrindək gözlətdikdən sonra bir gün sonra səhər 09:00-da gəlmələrini dedilər. 12 fevral 2022-ci il tarixdə səhər saat 09:00-da onlar polis idarəsinə gəldilər və orada günorta saat 12-13 radələrinədək gözlədikdən sonra Cavabdeh polis idarəsinin qarşısına gələrək onlara dedi ki, "Xəyal müstəntiqin yanında Aqil kişinin üzünə duraraq narkotik vasitəni ondan aldığını deyib". Bundan əlavə Cavabdeh dedi ki, "Kişinin cibinə az miqdarda patı qoymuşuq ki, istifadəçi kimi çıxaraq, pulunuzu tərpətməyin, Hikmət müəllim kartı sizə verəcək". Bundan sonra o, Cavabdeh evə gələrkən rəis dedikləri şəxsin ondan götürdüyü 500 (beş yüz) manatı qaytarmasını xahiş etdikdə, o, ona dedi ki, "pulun adını çəkmə, pul getdi". Bundan başqa Cavabdeh bir daha dedi ki, "səbrli olun, pulu tərpətməyin, kartı Hikmıt müəllim sizə qaytaracaq, iki ay müddətində kişi ev dustaqlığına buraxılacaq, Mən Şirin kişi kimi söz verirəm ki, sizə kömək edəcəm, kişinin günahı yoxdur, günahın hamısı oğlu Tahirdədir". Həmin vaxt Şirin onlardan bu məsələninin ictimailəşməməyi üçün 2000 (iki min) manat tələb etdi və bununla bağlı dedi ki, "kişi deyir ki, məni narkotik adı ilə televiziyaya versələr özümü öldürəcəm". Şirin ondan 2000 (iki min) manat aldıqdan sonra o, ona evdə çörək pulunun olmadığını dedi, Şirin də ona həmin puldan iki yüz manatını qaytardı. Bundan təxminən bir həftə sonra əri ilə danışdıqda o ona dedi ki, " məni narkotik adı ilə televiziyaya versələr özümü öldürəcəm kimi söhbət olmayıb, sizi aldadıblar, məni televiziyaya çəkiblər, polis əməkdaşları mənə təzyiq göstərərək narkotik vasitəni siqaret qutusundan götürüb Xəyala verdiyimi, həmin vaxt narkotik vasitənin bir hissəsinin cibimə düşdüyünü dedirdiblər". 14 fevral 2022-ci il tarixdə onları Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə çağırdılar. Orada Cavabdeh onları qarşılayaraq idarənin rəis müavini Hikmət müəllimin otağına apardı. Hikmət müəllimin otağına gedən zaman Şirin bizə dedi ki, "Hikmət müəllimin əlaqələri böyükdü, sizə kömək edəcək". Hikmət müəllimin otağında olan zaman o, kartı onlara verdi və dedi ki, "Şirinə tapşırıq vermişəm, sizə hər cür köməklik olunacaq, pulunuzu çəkin işinizi görün" daha sonra Hikmət müəllim dedi ki, "mən istəsəm bu kartı bağlatdırardım, amma etmirəm". Bundan təxminən 2-3 gün sonra Cavabdeh onun mobil telefonuna zəng edərək ondan 3000 (üç min) manat gətirməyini tələb etdi. Həmin gün o, oğlu ilə birlikdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin qarşısındakı binanın həyətində Cavabdehla görüşərək 3000 (üç min) manat pulu ona verdi. Həmin vaxt Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin həyətində saxlanılan ərinə məxsus "Opel Astra" markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilini gətirərək avtobilin açarını oğlu Bəxtiyara verdi və ondan 100 (yüz) manat da pul aldı. Həmin vaxt Şirin bildirdi ki, "müstəntiq Cavanşir müəllim mənim otağıma gələrək dedi ki, "mənim çörəyimi niyə əlimdən alırsan, mən avtomobili vermək üçün 500 (beş yüz) manat alacaqdım". Daha sonra Şirin dedi ki, "aparın avtomobili satın, pulu düzəldin, mən deyəndə gətirin". Bundan təxminən 2-3 gün sonra o, oğlu Bəxtiyarla birlikdə Badamdar ərazisindəki maşın bazarına gedərək avtomobili 7500 (yeddi min beş) manata satdılar və həmin gün o, Şirinə zəng edərək 10000 (on min) manat pulun hazır olduğunu bildirdilər, o da onlara səhəri gün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin qarşısındakı yaşayış binasının həyətinə gəlmələrini dedi. Onlar da bir gün sonra Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin qarşısındakı yaşayış binasının həyətində Şirinlə görüşdülər və o, 10000 (on min) manat pulu ona verdi. Bundan sonra Şirin tez-tez ona zəng edərək onları çağırırdı və onlar onunla hər dəfə görüşdükdə məsələnin tezliklə həll olunacağını bildirərək, onlara heç kimə bu barədə danışmamalarını deyirdi. Daha sonra iş üzrə məhkəmə prosesləri keçirilən zaman son iki məhkəmə prosesində Şirin Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşına gələrək orada onları gözləmiş və ən son məhkəmə prosesindən əvvəl ona kart nömrəsi göndərək həmin karta 200 (iki yüz) manat pul göndərmələrini istədi. O da öz kartından həmin karta 200 (iki yüz) manat pul köçürdü. Bundan əlavə son məhkəmə iclasından sonra Şirinlə Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşında yenidən görüşdükdə Şirin onlara "səsinizi çıxarmayın, gedirəm pulu verdiyim şəxslərdən alıb sizə qaytaracağam". Onlar orada iki saatadək gözlədikdən sonra Şirin Əsgər adlı qohumu ilə birlikdə gələrək onlara dedi ki, "getdim onları söydüm, dalaşdım, mənə 06 avqusta qədər vaxt verin pulunuzu qaytaracağam", 06 avqust 2022-ci il tarixdə Şirin Əsgər adlı qohumu ilə birlikdə Balasanı qəsəbəsində yerləşən poçt şöbəsinin qarşısına gələrək onlarla görüşdü və dedi ki, "maşınımı satmışam, behini almışam, avqustun 08-1 günorta saat 12-də pulu gətirib sizə verəcəm". 08 avqust 2022-ci il tarixdə saat 17 radələrində Şirin ona zəng edərək Balaxanı qəsəbəsində yerləşən poçt şöbəsinin qarşısına gəldiyini bildirdi. Onlar poçt şöbəsinin qarşısına getdiyində orada yalnız Əsgər var idi. Həmin vaxt Əsgər müxtəlif bəhanələr gətrərək Şirindən şikayət etməmələrini və ona vaxt vermələrini xahiş etdi. Həmin vaxtdan sonra Şirinin telefonuna zəng çatmadı. 15 avqust 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin rəis müavini Hikmət müəllim ona zəng edərək onlardan idarəyə gəlmələrini xahiş etdi. Onlarda da polis idarəsinə getdilər. Həmin vaxt evlərində axtarış aparılan zaman onu təhqir edən və ondan 500 (beş yüz) manat pul götürən polis əməkdaşı da Hikmət müəllimin otağında idi. Ondan onu nə üçün təhqir etdiyini və pulunu nə üçün götürdüyünü soruşduqda, o qışqıraraq ayağa qalxdı "gəlmişəm, nə etmişəmsə etmişəm, get hara şikayət edirsən et". Sonra rəis müavini Hikmət müəllim onlara dedi ki, "Şirini tapa bilmirik, qaçıb, o da Əsgər də dələduzdurlar". Bunda sonra Hikmət müəllim onları Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin rəisinin qəbuluna apardı. İdarə rəisi də onlara bildirdi ki. Şirinin bu əməllərindən xəbəri olmayıb, Şirin cəzalanacaq. Əsgərlə Şirin dələduzdurlar. Həmin vaxt rəis və müavini onlardan Şirin barədə şikayət yazmalarını dedilər və Daxili İşlər Nazirliyində adamlarının olduğunu, onların onlara kömək edəcəklərini bildirdilər. Onlar də lazımi qurumlara şikayət edəcəklərini bildirdilər. Bundan sonra Hikmət müəllim öz otağında onların pulun qaytarılacağını bildirdi və şikayət edəcəkləri təqdirdə onun adını çəkməmələrini xahiş etdi. Beləliklə, Cavabdeh onun ona verdiyi pulları öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ona məxsus 15200 (on beş min iki yüz) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Cavabdeh onu aldadaraq 15200 (on beş min iki yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə ona qarşı dələduzluq cinayətini törətməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təsdiqini tapmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. 178.2.3 va 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hökmdən mənim tərəfimdan apellyasiya şikayəti, dövlət itthamçısı tərəfindən isə apellyasiya protesti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-936/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2024cü il tarixli, 1(005)-33/2024 nömrəli hökmü dəyişdirilmişdir. Cavabdeh barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 20 may 2024-cü il tarixli qərarı ilə həbsdə saxlanıldığı 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 va 69.3-cü maddələrinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cazanın iki gününə hesabı ilə hesablanmaqla, 01 (bir) ay 18 (on səkkiz) gün ona Bakı şəhəri Narimanov Rayon Məhkəməsinin 1(005)-33/2024 saylı, 09 fevral 2024-cü il tarixli hökmü təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cazasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərardan onun nümayəndəsi tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1099/2025 saylı, 11 iyun 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-936/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ona vurmuş olduğu 15.200 (on beş min iki yüz) manat məbləğində maddi ziyandan 10.000 (on min) manatını ödəmiş, 5.200 (beş min iki yüz) manatını isə hal-hazıradək ödəməmişdir. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini məhkəməyə göstərməmişdir. İddiaçı işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə görə, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-33/2024 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. 178.2.3 va 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-936/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 1(005)-33/2024 nömrəli hökmü dəyişdirilmişdir. Cavabdeh barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 20 may 2024-cü il tarixli qərarı ilə həbsdə saxlanıldığı 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 va 69.3-cü maddələrinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cazanın iki gününə hesabı ilə hesablanmaqla, 01 (bir) ay 18 (on səkkiz) gün ona Bakı şəhəri Narimanov Rayon Məhkəməsinin 1(005)-33/2024 saylı, 09 fevral 2024-cü il tarixli hökmü təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cazasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinə hüquqi qiymət verməzdən əvvəl qeyd edir ki, iş materiallarına əlavə edilmiş apellyasiya məhkəməsinin qərarı preyudisial əhəmiyyətə malik olmaqla, hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi xarakter daşıyır. İş materiallarında olan və preyudisial əhəmiyyətə malik olan hökmün məzmunundan da göründüyü kimi iddiaçının zərərçəkmiş şəxs kimi tanındığı cinayət işi üzrə təqsirləndirilən şəxs olan cavabdeh 178.2.2. 178.2.3 va 178.2.4-cü maddələri ilə təqsirli bilinmişdir və həmin hökm ilə Cavabdeh İddiaçı qarşı dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə iddiaçıya məxsus olan 5200 manat məbləğində pul vəsaitini əldə etməsi hadisəsinin olması müəyyənləşdirilir və məhkəmə hesab edir ki, həmin məhkəmə hökmünün həmin hissədə preyudisial əhəmiyyətə malik olmaqla, hadisənin olub olmamasını müəyyənləşdirmək həmin cinayət işi üzrı sübutetmə predmetini təşkil etmiş və məhkəmə araşdırılması əsasında müəyyən edilmişdir. Odur ki, məhkəmə hökmün həmin hissədə preyudisiallığı ilə razılaşaraq qeyd edir ki, həmin hadisənin olub olmaması məsələsi artıq mübahisələndirilməməlidir. Məhkəmə preyudisial əhəmiyyət kəsb edən hallara mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, məhkəmə hesab edir ki, mübahisənin maddi hüquqi əsasını 1091.1-ci maddəsi təşkil edir. Yuxarıda qeyd olunan hüquq normalarından göründüyü kimi, əsassız varlanma iddiası aşağıdakı dispozisiya şərtlərinin hər birinin mövcud olduğu halda təmin edilməlidir. 1) Cavabdeh iddiaçının hesabına varlanmalıdır. 2) Cavabdehin varlanmasının hüquqi əsası olmamalıdır. Yanlız yuxarıda qeyd olunan şərtlərinin hər biri olduğu halda əsassız varlanma iddiası təmin edilə bilər. İşin hallarından görünür ki, Cavabdeh İddiaçı pul vəsaiti hesabına varlanmışdır və bu varlanmanın müqavilə və qanuni əsası mövcud deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh 5200 (beş min iki yüz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının iddia qaldırmaq üçün ödədiyi 72 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Nəticə hissəsi Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5200 (beş min iki yüz) manat məbləğində pul və ödənilmiş 72 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə və qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. X3
Məhkəmə qərarları › İş №2(008)-4936/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-4936/2025
09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver