Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4946/2021 12.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı ASC-nın nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı ASC-nın Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 21.02.2006-cı il tarixli kredit müqaviləsi üzrə 784,91 manat əsas borc, 307,71 manat faiz borcu, 402,79 manat cərimə borcu, kredit müqaviləsi üzrə 21.02.2007-ci il tarixdən 05.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 198,15 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 1693,56 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 21.02.2006-cı il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 27 faizlə 12 ay müddətinə 786 manat kredit götürmüş, lakin ödənişlər etməmiş və nəticədə yuxarıda qeyd olunan borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etdi ki, cavabdeh müqavilə üzrə hər hansı bir ödəniş ümumiyyətlə etməmişdir və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə bağlanmış 21.02.2006-cı il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC (hazırkı adı İddiaçı ASC) illik 27 faizlə 12 ay müddətinə «Barokko» mebelinin alınması üçün 831 manat məbləğində kredit vəsaitinin verilməsini öhdəsinə götürmüşdür. Məhkəməyə həmin məbləğin cavabdehə verilməsi barədə sənəd təqdim edilməmişdir. Həmin sənəd hazırki iş üçün mühüm əhəmiyyət kəsb etmədiyindən məhkəmə həmin sənədin təqdim edilməsini tələb etməmişdir. Hazırki işin mübahisəsiz halı ondan ibarətdir ki, krdet müqaviləsinin müddəti 21.02.1007-ci il tarixdə bitmiş və müqavilə üzrə ümumiyyətlə hər hansı bir ödəniş edilməmişdir. Hazırda iddiaçı 784,91 manat əsas borc, 307,71 manat faiz borcu. 402,79 manat cərimə borcu, kredit müqaviləsi üzrə 21.02.2007-ci il tarixdən 05.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 198,15 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 1693,56 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını istəyir Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanunsuz və əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.2.1-ci kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi, mübahisə predmeti olan kredit müqaviləsi üzrə 2007-ci ildən hər hansı bir ödəniş edilməmiş, lakin Bank tərəfindən iddia 14 il keçdikdən sonra verilmişdir. Odur ki, məhkəmə hesab edir, hazırki öhdəliyə müddətin keçməsinə görə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbetmə müddətin keçməsinə görə rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4946/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4946/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver