Məhkəmə qərarları › İş №2(008)-4948/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4948/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4948/2021 02.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə kiçik iddia (sadələşdirilmiş icraat) üzrə icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 789,60 manat əsas borc, 101,86 manat faiz borcu, 81,12 manat cərimə borcu və kredit müqaviləsi üzrə 18.04.2021-ci il tarixdən 05.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz ilə hesablanmış 1,70 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 974,28 manat borcun və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 18.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faiz dərəcəsi ilə 18 ay müddətinə 2000 manat məbləğində kredit götürmüşdür. 18.09.2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 18.04.2021-ci il tarixədək müəyyən edilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 18.04.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq, tərəf olduqları mülki işə, iddianın məbləği iki min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi xahiş edilmiş, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən, həmin Məcəllənin 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.04.2019-cu il tarixli, 23-MZ-1-0-757-19 saylı bank hesabı, kredit və zaminlik müqaviləsinə əsasən, kreditor borcalana illik 28 faiz dərəcəsi ilə 18 ay müddətinə 2000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 18.04.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 23-MZ-1-0-757-19 saylı bank hesabı, kredit və zaminlik müqaviləsi üzrə Cavabdeh2 bank qarşısında zamin kimi üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 18.10.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 2000 manat məbləğində nağd pul verilmişdir. İş materiallarında olan 18.04.2019-cu il tarixli, 23-MZ-1-0-757-19 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 18.05.2019-cu il tarixdən 18.10.2020-ci il tarixədək banka cəmi 2472,22 manat ödəniş etməlidir. İş materiallarında olan 21.05.2020-ci il tarixli, 23-MZ-1-0-757-19 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 18.06.2020-ci il tarixdən 18.01.2021-ci il tarixədək İddiaçı ASC-yə cəmi 1008,14 manat ödəniş etməlidir. İş materiallarında olan 23-MZ-1-0-757-19 saylı kredit müqaviləsinə 18.09.2020-ci il tarixli 1 saylı əlavədən görünür ki, Cavabdeh1 18.10.2020-ci il tarixdən 18.04.2021-ci il tarixədək banka cəmi 1046,55 manat ödəniş etməlidir. İş materiallarında olan 18.04.2019-cu il tarixli, 23-MZ-1-0-757-19 saylı kredit müqaviləsinə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21.05.2020-ci il tarixli əlavə sazişdən görünür ki, müqavilə üzrə kreditin müddəti 18.01.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 18.04.2019-cu il tarixli, 23-MZ-1-0-757-19 saylı zaminlik müqaviləsinə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 21.05.2020-ci il tarixli əlavə sazişdən görünür ki, müqavilə üzrə kreditin müddəti 18.01.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 18.04.2019-cu il tarixli, 23-MZ-1-0-757-19 saylı kredit müqaviləsinə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.09.2020-ci il tarixli əlavə sazişdən görünür ki, müqavilə üzrə kreditin müddəti 18.04.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 18.04.2019-cu il tarixli, 23-MZ-1-0-757-19 saylı zaminlik müqaviləsinə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 18.09.2020-ci il tarixli əlavə sazişdən görünür ki, müqavilə üzrə kreditin müddəti 18.04.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 05.05.2021-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh1 18.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 789,60 manat əsas borc, 101,86 manat faiz borcu, 81,12 manat cərimə borcu və 1,70 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 974,28 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə üzrə yaranmış borcun İddiaçı ASC-nin xeyrinə tam ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi, Cavabdeh2 arasında isə zaminlik müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdehlər müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdirlər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi, Cavabdeh2 isə zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmədiklərindən, iddia təmin edilərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASCnin xeyrinə 18.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 789,60 manat əsas borc, 101,86 manat faiz borcu, 81,12 manat cərimə borcu və 1,70 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 974,28 manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilərək, onlardan tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə müştərək qaydada 789,60 (yeddi yüz səksən doqquz manat altmış qəpik) manat əsas borc, 101,86 (yüz bir manat səksən altı qəpik) manat faiz borcu, 81,12 (səksən bir manat on iki qəpik) manat cərimə borcu və 1,70 (bir manat yetmiş qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 974,28 (doqquz yüz yetmiş dörd manat iyirmi səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar