Məhkəmə qərarları › İş №2(008)-4964/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4964/2025

06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4964/2025 06.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçı Heydər oğlu,onun nümayəndəsi X2, vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Heydər oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Heydər oğlu cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 2001-ci ildə aldığı 9100 ABŞ dollarını ideksasiyası nəzərə alınmaqla onun xeyrinə alınması və qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə gecikdirməyə görə əsas məbləğdən faiz tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Heydər oğlu həmçinin, iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehdən onun xeyrinə qətnamə çıxarıldığı günə manata uyğun məzənnə ilə 9.100 ABŞ dollarının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 31 oktyabr 2001-ci il tarixdə Binəqədirayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsindəki 36 a nömrəli evin 47 nömrəli iki otaqlı mənzilini cavabdeh Esmira Hacıquliyevadan 9 100 ABŞ dolları ödəməklə almış, mənzilin Qeydiyyat vəsiqəsi olmadığından notariat kontorunda alqı-satqı edə bilməmişlər, lakin cavabdeh mənzili özəlləşdirərək onun adına keçirəcəyini bildirmişdir. Buna qədər isə mənzilin alqı-satqısmı rəsmiləşdirmək məqsədilə Bakı şəhər 32 nömrəli Dövlət Notariat Kontorunda mənzilə dair ona baş etibarnamə vermiş və 9 100 ABŞ dolları məbləğində pulun seriya nömrələrini siyahıya alaraq, şahidlərin iştirakı ilə akt tərtib etmişdir. Cavabdeh mənzili onlara təhvil verdikdən sonra ailəsi ilə birlikdə həmin mənzildə 1 il yaşamışdır. Bundan sonra cavabdeh mənzili onun adına sənədləşdirmə barədə verdiyi sözü yerinə yetirməyərək mənzildə qeydiyyatda olan uşaqlarının adı ilə iddia verərək guya analarını onlardan xəbərsiz mənzili satdığını bəhanə gətirərək etibarnamənin ləğv edilməsi, onların mənzildən çıxarılmaları barədə məhkəmədə iddia qaldırmış, göstərilən mülki iş üzrə X7 cavabdeh kimi cəlb edilmişdir. Məhkəmə iddianı təmin edərək, onlara verilmiş etibarnaməni ləğv etməklə, mənzildən çıxarılmaları barədə qərar qəbul etmişdir. Cavabdehin ona qarşı dələduzluq etməsi barədə hüquq mühafizə orqanlarına müraciət etmiş, uzun müddət araşdırma aparılmış, istintaq orqanı Esmira Hacıquliyevanın mübahisəli mənzili faktiki olaraq onların sahibliyinə verdiyinə görə onun əməlində dələduzluq cinayətinin tərkibinin olmaması qənaətinə gəlinmiş və cinayət işinin icraatına xitam verilməsi barədə qərar verərək mübahisənin mülki xarakterli olduğu izah edilmişdir. Cavabdehlə apardığı danışıqlar fayda vermədiyindən, pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1644/2012 nömrəli xx.xx.2012-ci il tarixli qiyabi qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, X3 9100 ABŞ dolları ödənildiyi günə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutularaq, İddiaçı Heydər oğluna verilməsi qət edilmişdir. xx.xx.2024-cü ildə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1644/2012 nömrəli xx.xx.2012-ci il tarixli qiyabi qətnaməsinin rəsmi qaydada ünvanına göndərilməsini xahiş etmişdir. Qətnamə xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən rəsmi qaydada alınmışdır. Daha sonra Cavabdeh xx.xx.2025-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1644/2012 nömrəli xx.xx.2012-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilərək işə mahiyyəti üzrə yenidən baxılması barədə qərardad çıxarılmasını xahiş etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4964/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərizə təmin edilərək, Bakı Şəhəri Sabunçu Rayon 2(008)-1644/2012 nömrəli xx.xx.2012-ci il tarixli qiyabi qətnaməsindən Cavabdeh tərəfindən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilərək, Bakı Şəhəri Sabunçu Rayon 2(008)-1644/2012 nömrəli xx.xx.2012-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etmədiyini, iddia ərizəsində evin cavabdehdən aldığı göstərilsə də, notarial qaydada təsdiq olunan müqavilə təqdim etmədiyini, bu müqavilənin olmaması isə onun əsassız tələb irəli sürdüyünü sübut etdiyini, şahidlərin aktı ilə bağlı uyğunsuzluq mülki işin 11-ci səhifəsindəki şahidlərin aktı ilə 53-cü səhifəsindəki şahidlərin aktı arasında fərq mövcud olduğunu, 11-ci səhifədəki aktda Həmidov Şahnazar adlı şahid sonradan əlavə edildiyini, bu hal aktın etibarlılığını şübhə altına aldığını və həmin sübutun etibarsız olması üçün əsas olduğunu, şahid Həsənova Leyla məhkəmədə özünü Azadlıq prospekti 189 ünvanında yaşadığını bildirmiş, lakin iddia predmeti üzrə sənədlərdən görünür ki, mübahisəli mənzil 9-cu mikrorayonda yerləşdiyindən ən əsası, iddiaçı Mircəlal küçəsində qeydiyyatda olduğunu, bu halda Həsənova Leyla ilə iddiaçının uzun illər qonşu olması barədə dedikləri reallığa uyğun gəlmədiyini, belə ziddiyyətli ifadələr şahidin etibarlılığını şübhə altına aldığını, iddia müddətinin keçməsi qarşı tərəfin öz etirafına əsasən, pulun 2001-ci ildə verildiyini, lakin pulun qaytarılması barədə iddia ilə 2011-ci ildə müraciət etdiyini bildirmişdir. Beləliklə, iddianın yaranmasından etibarən 10 il keçmiş, halbuki Mülki Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti 3 ildir. 374-cü maddəyə görə, iddia müddəti keçmişdirsə və bu barədə tərəf etiraz edirsə, məhkəmə iddianı təmin etməməlidir. Bu səbəbdən, qarşı tərəfin iddiasının təmin olunması hüquqi cəhətdən tamamilə əsassızdır və işə mahiyyəti üzrə baxılmadan rədd edilməlidir. Hüquqi nəticə birinci şahidlərin aktı ilə bağlı sonradan edilən əlavə sübutun etibarsız olması üçün əsas olduğunu, şahid Həsənova Leylanın ifadələri ünvan və qonşuluq məsələlərində ziddiyyətli olduğundan etibarlı sübut sayıla bilməz. Üçünçü iddiaçının Mircəlal küçəsində qeydiyyatda olması, Leylanın isə başqa ünvanda olması onların qonşu olmalarını mümkün etmir. Dördüncü isə qarşı tərəfin iddiası üzrə iddia müddəti (3 il) çoxdan bitmişdir. Bu, iddianın təmin olunmasını hüquqi cəhətdən mümkünsüz etdiyini bildirmiş, iştirakları olmadan işə baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Heydər oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etmədiyini, tərəflər arasında olan münasibətlərə müddət tətbiq edilərək iddianın rədd edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə olunan 15 dekabr 2001-ci il tarixli şahidlik aktından görünür ki, 31 oktyabr 2001-ci il tarixdə İddiaçı Heydər oğlu Bakı şəhəri, 9-cu mikrorayon ərazisində iki otaqlı mənzilin alınması üçün şahidlərin iştirakı ilə X5 9100 ABŞ dolları məbləğində pul verilmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2- 2477/2001 nömrəli qətnaməsinə əsasən 31 oktyabr 2001-ci il tarixdə 32 nömrəli Dövlət Notariat X1 tərəfindən İddiaçı Heydər oğlunun adına verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsindəki 36 a nömrəli evin mənzilinə dair baş etibarnamə etibarsız hesab edilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə başqa mənzil sahəsi verilmədən, Bakı şəhəri 9-cu mikrorayon, A.Məmmədov küçəsi, ev 36 a mənzil 47-dən çıxarılmışdır. İş materiallarına əlavə olunan cinayət işinin icraatını xitam verilməsi haqqında 02 oktyabr 2004-cü il tarixli qərardan görünür ki, vətəndaş X4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tərkibi əlaməti olmadığından cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilir ki, 31 oktyabr 2001-ci il tarixdə, 32 nömrəli Dövlət Notariat X1 tərəfindən İddiaçı Heydər oğluna Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsindəki 36 a nömrəli evin 47 nömrəli mənzilinə dair baş etibarnamə vermiş və bunun əvəzində ona ondan heç bir hüquqi əsası olmadan 9100 ABŞ dolları məbləğində pul almışdır. Cavabdeh X7 heç bir hüquqi əsas olmadan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsindəki 36 a nömrəli evin 47 nömrəli mənzili satmaq məqsədi ilə, İddiaçı Heydər oğlundan 9100 ABŞ dolları məbləğində pul vəsaitini əldə etmişdir. İddiaçı məhkəməyə öhdəliyin icrası müddətindən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə müraciət etmiş, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən tələb rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında heç bir hüquqi yəni, müqavilə əsası olmadan Esmira Hacıquliyeva 9100 ABŞ dollarında pulu İddiaçı alaraq varlanmışdır. Hazırki mübahisənin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi təşkil edir. Maddənin məzmununa əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdehlər arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Sadalanan qanunvericilik normalarından göründüyü kimi İddiaçı Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2-2477/2001 nömrəli qətnaməsinə əsasən 31 oktyabr 2001-ci il tarixdə 32 nömrəli Dövlət Notariat X1 tərəfindən onun adına verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsindəki 36 a nömrəli evin mənzilinə dair baş etibarnamənin etibarsız hesab edilməsi və ona başqa mənzil sahəsi verilmədən, Bakı şəhəri 9-cu mikrorayon, A.Məmmədov küçəsi, ev 36 a mənzil 47-dən çıxarılmışdır. Artıq 2001-ci il tarixdən hazırki iddiaçı öz hüquqlarının pozulmasını bilmiş və heç bir hüquqi yəni, qanuni əsas olmadan ondan alınmış 9100 ABŞ dollarının qaytarılması ilə bağlı məhkəməyə 10 il sonra 2012-ci il tarixdə Sabunçu Rayon Məhkəməsində müraciət etməklə qanunvericiliklə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan nəzərdə tutulmuş iki illik müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1095 Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Heydər oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə müddət keçdiyindən tələb rədd edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunmadığı üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Heydər oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar