Məhkəmə qərarları › İş №2(008)-4986/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4986/2024

06.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4986/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "inzibati xəta nəticəsində mülkiyyətində olan "Hyundai İX35" markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1371 manat məbləğində vurulmuş maddi ziyanın cavabdehdən tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "inzibati xəta nəticəsində mülkiyyətində olan "Hyundai İX35" markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1371 manat məbləğində vurulmuş maddi ziyanın cavabdehdən tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdeh idarə etdiyi "Daewoo" markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusla xx.xx.2024-cü ildə saat 14.50-də şəhər şossesində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Qanunun tələblərini kobud surətdə pozaraq, onun idarə etdiyi və özünə məxsus olan "Hyundai İX35" markalı **-MS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini arxa hissəsindən vurmuş, nəticədə X3 adlı başqa bir şəxsə məxsus "Opel" markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxasına çırpılmış, nəticədə onun avtomobilinin arxa və ön hissələri əzilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitələrinin zədələnməsi barədə xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Dəymiş zərərin qiymətləndirilməsi barədə "xxxx" ASC tərəfindən tərtib edilmiş hesabata əsasən, zərər ümumilikdə 6215 manat məbləğində qiymətləndirilmiş, sığorta şirkəti tərəfindən ona cəmi 4844 manat məbləğində ödəniş edilmişdir. Qalan 1371 manatı isə cavabdeh könüllü qaydada ödəməkdən imtina edir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf etmiş və izahatında bildirmişdir ki, tələblə razıdır, lakin pulu hissə-hissə ödəyə bilər. O, bu barədə məhkəməyə ərizə verdi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində deyilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə deyilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Sadalanan normalardan göründüyü kimi, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən o halda qəbul edilə bilər ki, etiraf qanuna zidd olmasın və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasın. Ona görə də məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müəyyən edildi ki, Cavabdeh idarə etdiyi "Daewoo" markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə 19.03.204-cü ildə saat 14.50-də Bakı şəhərinin şəhər şossesində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində İddiaçı məxsus "Hyundai İX35" markalı **-MS-*** dövlət qeydiyyat nişanlı minik avtomaşınını arxa hissəsindən zərbə vurmuş, sonuncu da X1 məxsus "Opel" markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxasına çırpılmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində "Hyundai İX35" markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomaşınına 6215 manat ziyan vurulmuşdur. Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə xx.xx.2024cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və o, inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçıya vurulmuş 6215 manat ziyandan sığorta şirkəti tərəfindən 4844,12 manat ödəniş edilmiş, 1371 manat isə ödənilmədən qalmışdır. İşdə olan Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli İXP6116975 nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh xx.xx.2024-cü ildə 14:50-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İşdə olan Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli TP6360224 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Cavabdeh 40 manat məbləğində cərimə edilmişdir. İşdə olan Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli "Nəqliyyat vasitələrinin zədələnməsi barədə arayış"ından görünür ki, yolnəqliyyat hadisəsində İddiaçı məxsus "Hyundai İX35" markalı **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi arxa və ön hissələrində əzintilər almışdır. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 262102 nömrəli "Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat"dan görünür ki, "Hyundai İX35" markalı **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 6215 manat məbləğində zərər vurulmuşdur. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ölkədaxili 001XOH********** nömrəli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 4844,12 manat məbləğində pul vəsaiti ödənilmişdir. İşdə olan "Elektron məhkəmə" informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almışdır. Məhkəmə hazırkı mübahisənin həlli üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normalarına istinad olunmasını zəruri hesab edir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Sadalanan normaların birgə təhlilindən görünür ki, təqsirli olaraq törədilmiş hüquqa zidd hərəkət nəticəsində əmlaka vurulan zərər ödənilməlidir. Mülki işin sənədlərindən görünür ki, cavabdehin təqsirli və hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya məxsus "Hyundai İX35" markalı **-MS-*** dövlət qeydiyyat avtomobilə 6215 manat zərər vurulmuş, həmin məbləğdən sığorta şirkəti tərəfindən 4844,12 manat ödənilmişdir. Belə olan halda, iddiaçı qalan 1371 manat məbləğində maddi ziyanın ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də iddianın etiraf olunması məhkəmə tərəfindən qəbul edilməli və iddiaçının irəli sürdüyü tələblər təmin olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar. İşdən göründüyü kimi, iddiaçı müharibə veteranı olduğu üçün dövlət rüsumunu ödəməkdən azaddır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırkı iddianın qiyməti 1371 manat olduğuna görə ödənilməli olan dövlət rüsumu 33,71 (30 + 371 : 100%) manat təşkil edir. İddia tələbi tam təmin edildiyi üçün məhkəmə hesab ki, 33,71 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət nəfinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1371 manat vurulmuş maddi ziyan alınaraq İddiaçı ödənilsin. Cavabdeh 33,71 manat məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X6.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar