Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5000/2024 31.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh Sabunçu rayon İcra Hakmiyyətnin nümayəndəsi (əməkdaşı) X2 iştirakları ilə İddiaçı Cavabdehlər Sabunçu rayon İcra Hakmiyyəti və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Sabunçu rayon İcra Hakmiyyəti və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində sökülmüş hasarın onların hesabına bərpa edilməsi və dəymiş mənəvi ziyanın (1000 manat) ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayon İcra Hakimiyyətinin 1483 saylı, xx.xx.2011 -ci il tarixli sərəncamı əsasında X3 adına ayrılmış, Ramana qəsəbəsi Südçülük sovxozu ərazisində yerləşən ümumi sahəsi 7.0 hektar olan torpaq sahəsinin 1000 kv.m hissəsini xx.xx.2021 -ci il tarixli etibarnamə əsasında əldə etmişdir. Həmin torpaq sahəsi müvafiq komissiya tərəfindən baxış keçirilərkən Dövlət torpaq fonduna aid olmaqla uqoduyasına görə yararsız torpaq kimi uçota alınmışdır. xx.xx.2021 -ci il tarixdən etibarən Ramana bələdiyyəsi tərəfindən yerli büdcənin vergi ödəyicisi kimi uçota alınmışdır. Hazırda sözü gedən torpaq sahəsində yerləşən bir mərtəbəli ümumi sahəsi 40 kv.m olan tikilidə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə özünü Cavabdeh nümayəndəsi kimi təqdim edən Ramin adlı və Kənd təsərrüfatı Nazirliyinin əməkdaşı kimi təqdim edən Elvin adlı şəxslərin rəhbərliyi ilə heç bir xəbərdarlıq etmədən, heç bir səbəb göstərmədən həyətyani sahəsini əhatə edən daş hasar uçurulmuş, əkdiyi ağaclara xəsarət yetirilmişdir. Xoşbəxtlikdən həmin vaxt ailə üzvləri və 2 azyaşlı övladı evdə olmamışdır. Hasarın uçurulma səbəbi ilə bağlı həmin yuxarıda adları qeyd olunan nümayəndələrlə əlaqə saxladığım zaman “bizə belə göstəriş gəldiyini” bildirdilər. Bu günə kimi hasarın dağıldılma səbəbi məlum deyil. Qonşuluqda yaşayan evlərin də hasarını dağıtmaq istəsələr də həmin evlərin sakinləri etiraz edərək qarşısını ala bilmişlər. İddiaçının nümayəndəsi (vəkili Vəkil ərizə göndərərək hazırlıq iclsını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh Sabunçu rayon İcra Hakmiyyətnin nümayəndəsi (əməkdaşı) X4 işin hallarına dair izah verərək qeyd etdi ki, iddiaçının qeyd etdiyi torpaq sahəsi kənd təsərrüfatı təyintldaı torpaq olduğundan həmin torpaqlara nəzarət Kənd Təsərrüfatı Nazirliyi keçirir. Dövlət proqramı çərçivəsində həmin ərazilərdə inşa edilmiş hasarlar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən sökülmüş, əsaslı tikililər barəsində isə məhkəmədə iddialar qaldırılmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, hazırki mübahisə inzibati məhkəmənin aidiyyətinə aid olduğundan iş üzrə icraat xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1, 2.2.7-cü maddələrini mənasına görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati İcraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddləsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Odur ki, məhkəmə hesab edir ki, hazırki mübahisəyə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, göründüyü kimi hazırki mübahisə inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə məhkəmədə və ya mülki icrat qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraat xitam verir. Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Lakin, məhkəmə qeyd etmək istəyir ki, iddiaçı rüsum ödəməmiş və bu hal məhkəmənin diqqətindən yayınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Sabunçu rayon İcra Hakmiyyəti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5000/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5000/2024
31.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver