Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5016/2021 03.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB – Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 1711,80 (bir min yeddi yüz on bir manat, səksən qəpik) manat məbləğində dəymiş zərər, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə isə 2041,80 (iki min qırx bir manat, səksən qəpik)manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında AKX- 0128469/08-2019 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda qaz xəttinin üzərində, G-4 markalı, 1102AQ**********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və Qazdan istifadə Qaydalarının 6.5 yarımbəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənər qanunsuz qaz xəttinə qoşularaq təbii qazı talamışdır. İddiaçı əməkdaşları tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə çəkilmiş qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla, onun təbii qazdan istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 486 manat, 28.02.2019-ci il tarixli, ******* saylı akt əsasında 853,20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akta əsasən 133.20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akta əsasən 97,20 manat İddiaçı İB-nə zərər dəymişdir. Azəriqaz İB-yə 1711,80 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin İddiaçı İB-yə ödəməli borc məbləği hazırda saldo üzrə ümumi 1711,80 manat təşkil edir. İddiaçı İB-nin nümayəndələri tərəfindən cavabdehə 1711.80 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X9 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, etiraz ərizəsi təqdim edərək bildirdi ki, İddiaçı İB Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1711,80 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2041,80 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın bank hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı İB-nin Cavabdeh qarşı müvafiq iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Cavabdeh tərəfindən İddiaçı İB-yə zərər vurulmamışdır. Birliyə vurulmuş zərərin hazırki iş üzrə cavabdehə heç bir aidiyyəti yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş aşağıdakı 05 ədəd akt, 31.01.2019-cu il tarixli ******* nömrəli, 28.02.2019-ci il tarixli, ******* nömrəli, 29.03.2019-cu il tarixli, ******* nömrəli akta , 30.04.2019-cu il tarixli, ******* nömrəli, 31.07.2019-cu il tarixli, ******* saylı X6 barəsində tərtib edilmişdir. X6 isə, aktların tərtib edildiyi tarixlərdən düz 2 il əvvəl, daha dəqiqliklə 20.01.2017-ci il tarixində ölmüşdür. Qeyd olunanlardan müəyyən olunur ki, həmin aktlar saxta və etibarsızdır. Çünki, ölən adamın adına aktlar tərtib edib, daha sonra da aktlarda onun ad və soyad qrafasının qarşısında «imtina etdi» deyə qeyd olunması o anlama gəlir ki, aktı tərtib edən işçilər ölən adama qəbirstanlıqda aktı imzalamaq təklif etmişlər və o da imtina etmişdir. Qeyd olunanlardan təkrar müəyyən olunur ki, aktlar etibarsızdır və formal tərtib edilmişdir. X1 adına 31.01.2019 - 31.07.2019- cu il tarixi aralığında tərtib edilmişdir. Cavabdeh isə həmin ünvana təbii qazın verilməsinə dair alqı-satqı müqaviləsini 08.08.2019-cu il tarixində bağlamışdır. İş materiallarına əlavə edilmiş aktlardan və müqavilədən görünür ki, qazdan istifadə qaydalarının pozulmasına dair aktlar tərtib edilərkən cavabdeh həmin ünvanda təbii qaz istehlakçısı olmamışdır. Bu səbəbdən həmin aktların və aktlardan irəli gələn hüquqi nəticələrin Cavabdeh heç bir aidiyyəti yoxdur. Belə olan təqdirdə də, hazırki borc məbləği cavabdehdən tələb edilə bilməz. İddiaçı İB-nın Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izhatlarını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08.08.2019cu il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Abonent saldosundan görünür ki, **********10000 abonent kodu olan Cavabdeh qazdan istifadə nəticəsində 1711.80 manat məbləğində borc hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında İddiaçı İB tərəfindən aktlar tərtib edilmiş, 31.01.2019-cu il tarixli ******* nömrəli, 28.02.2019-ci il tarixli, ******* nömrəli, 29.03.2019-cu il tarixli, ******* nömrəli akta , 30.04.2019-cu il tarixli, ******* nömrəli, 31.07.2019-cu il tarixli, ******* nömrəli aktlara əsasən 1711,80 manat dəymiş zərər hesablanmış, X1 adına tərtib edilmiş, fotoşəkillər çəkilmişdir. - 31.10.2020-ci il tarixli saldodan görünür ki, smart sayğaclı abonentin Gasrep üzrə borcu 0 manat təşkil edir. - 4 saylı Bakı “Asan Xidmət” X7 tərəfindən verilmiş 04 fevral 2017-ci il tarixli, AZ-İ seriyalı, 860279 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 20.01.2017-ci il tarixdə ölmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqaviləsi 08.08.2019-cu il tarixdə bağlanmışdır. Sözügedən 31.01.2019-cu il tarixli ******* nömrəli, 28.02.2019-ci il tarixli, ******* nömrəli, 29.03.2019-cu il tarixli, ******* nömrəli akta , 30.04.2019-cu il tarixli, ******* nömrəli, 31.07.2019-cu il tarixli, ******* nömrəli aktlar isə həmin tarixədək X2 adına tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, 31.01.2019-cu il tarixli ******* nömrəli, 28.02.2019-ci il tarixli, ******* nömrəli, 29.03.2019-cu il tarixli, ******* nömrəli akta , 30.04.2019-cu il tarixli, ******* nömrəli, 31.07.2019-cu il tarixli, ******* nömrəli X1 adına tərtib olunsa da, X6 20.01.2017-ci il tarixdə ölmüşdür. Cavabdeh ilə Azəriqaz İB arasında qazın alqı-satqısına dair müqavilə isə yalnız sözügen aktlar tərtib edildikdən sonrə yənə 08.08.2019-cu il tarixindən bağlanmışdır. İddiaçı tərəf isə Cavabdeh aktların tərtib edildiyi dövürdən yəni 31.01.2019-31.07.2017-cu il tarixlərində məhz aktların tərtib edildiyi ünvanda yaşaması təsdiq edəcək heç bir mötəbər sübut mülki işin matriallarına əlavə etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı İB-nə dəymiş zərər Cavabdeh tələb oluna bilməz. Beləliklə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5016/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5016/2021
03.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver