Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5028/2022 17.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızınınsədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəmdəsi və vəkili X2, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi təmin edilməsi və Cavabdeh 60.000 min (60 min manat) manat borc və həmin məbləğə uyğun olaraq ödənilmiş 272 (iki yüz yetmiş iki) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Müsahib oğlu təxminən 10 ildir ki, Cavabdeh ilə tanışdır. İddiaçı Müsahib oğlu metal işi ilə məşğul olur. Təxminən 2020-ci ilin əvvəllərində Cavabdeh iddiaçıya onunla birgə iş birliyi etməsini təklif edib. İddiaçı həmin təklifin reallaşması ilə bağlı Cavabdeh müxtəlif vaxtlarda 60.000 manat pul vermişdir. Lakin razılaşdırılmış iş təklifi alınmamış, buna baxmayaraq İddiaçı verdiyi pul məbləği ona geri qaytarılmamışdır. Buna görə də tərəflər arasında narazılıqlar yaranmış, iddiaçı pulun geri qaytarılmasını tələb etsə, cavabdeh buna məhəl qoymamışdır. Ona görə də iddiaçı polisə şikayət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində Bakı şəhəri Sabunçu RPİ 13-cü Polis şöbəsində verdiyi izahatdan da göründüyü kimi, o, 2020-ci ilin əvvəllərindən etibarən müxtəlif vaxtlarda İddiaçı 60.000 manatı ( altmış min manat) aldığını boynuna almış və pulları qaytaracağına söz vermişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən verilmiş pul hələ də ona qaytarılmamışdır. Buna görə də, iddiaçı pulun qaytarılması tələbi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edənə iddiaçi İddiaçı nümayəmdəsi və vəkili X4 iddia ərizəsinin məzmununua uyğun izahat verərək, iddia tələbini təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edərək bildirmişdir ki, trərflər arasında hər hansı bir müqavilə münasibətlərindən söz gedə bilməz. Beləki iddiaçı 60000 manatı cavabdehə vermiş olduğunu bildirsədə, qeyd edilən pulun hansı əsasla cavabdehə vermiş olduğunu sübut edə bilmir. Əgər tərəflər arasında borc müqaviləsi olsa idi, mütləq şəkildə məbləğ 3000 manatdan yüksək olduğundan tərəflər arasında borc müqaviləsi yazılı bağlanmalı idi. Cavabdehin polis şöbəsində vermiçş olduğu izhat isə mülki iş üzrə əsaslı sübut kimi qəbul edilə bilməz, belə ki, o polis şöbəsində olduğu zaman vermiş olduğu izahat pisxoloji gərginlik əsasında vermişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh izahatından görünür ki, Anar adlı şəxslə 10 ilə yaxındır ki, dostluq edir. Anar bilmişdir ki, o, metal işi ilə məşğuldur. Təxminən 2020-ci ilin əvvəllərində o, Anara təklif etmişdir ki, onunla iş birliyi qursun. Anar isə onun təklifini qəbul etmiş, ümumilikdə ayrı-ayrı vaxtlarda 60.000 manat pul vermiş və 2020-2022-ci ilə kimi qazancaq olaraq Anara 15-20 min manata yaxın qazanc vermişdir. Sonuncu dəfə əsas məbləğdən Anara fevral ayında 5000 manat pul vermişdir. 1 il ərzində işləyərək borc məbləğini qaytaracağını bildirmişdir. İş materiallarında 28 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı Azərbaycan Respublikası Mülki və Mülki-Prosessual Məcəllələrinin tələbləri baxımından müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. 25730 seriyalı dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı iddia qaldırılması üçün 272 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə mülki işin matriallarını, o cümlədən cavabdehin xx.xx.2022-ci il tarixində Bakı şəhəri Sabunçu RPİ 13-cü Polis şöbəsində verdiyi izahatı əsas götürərək hesab edir ki, tərəflər arasında hər hanıs bir etibarlı müqavilə münasibətləri olmasa da, iddiaçının cavabdehə 60000 manat məbləğində pul verməsi cavabdehin polis şöbəsində vermiş olduğu izhat ilə öz təsdiqini tapmışdır. O cümlədən məhkəmə tərəfindən yeganə sübüut kimi qəbul olunan izahatdan həmçinin o halda məlum olur ki, cavabdeh ona verilmiş pulun 5000 manatını ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri olmasada, iddiaçının cavabdehə pul verməsi mülki işin matriallarında sübut olunduğundan cavabdehdə olan pul məbləği Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən cavabdehdən alınraraq iddiaçıya geri verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 272 manat məbləğində dövlət rüsumunun 250 manat hissəsi cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 55000 (əlli beş min) manat məbləğində pul vəsaiti və 250 (iki yüz əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5028/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5028/2022
17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver