Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5038/2021 21.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu**********18784 olan iPhone X markalı telefon, 2 ədəd aksesuar, MYKRONOZ saat üçün 2680 (iki min altı yüz səksən) manat ödənilməmiş hissə, 785 (yeddi yüz səksən üç) manat dəbbə, 28.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********48134 olan iPhone 11 Pro markalı telefon, aksesuar, Xiaomi qulaqlıq üçün 2712 (iki min yeddi yüz on iki) manat ödənilməmiş hissə, 792 (yeddi yüz doxsan iki) manat dəbbə, ümumilikdə 6967 (altı min altı yüz altmış yeddi) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC ilə 27.09.2019cu il və 28.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********18784 olan iPhone X markalı telefon, 2 ədəd aksesuar, MYKRONOZ saat, İMEİ kodu **********48134 olan iPhone 11 Pro markalı telefon, aksesuar, Xiaomi qulaqlıq almış və nəticədə 6967 (altı min doqquz yüz altmış yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3132 (üç min yüz otuz iki) manat (18 ay x 174 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********18784 olan iPhone X markalı telefon, 2 ədəd aksesuar, MYKRONOZ saat üçün ümumilikdə, 3463 (üç min dörd yüz altmış üç) manat olmaqla ondan, 2680 (iki min altı yüz səksən) manat ödənilməmiş hissə, 783 (yeddi yüz səksən üç) manat dəbbə; 28.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4428 (dörd min dörd yüz iyirmi səkkiz) manat (18 ay x 176 manat + 1260 manat ilkin ödəniş) olan İMEİ kodu **********48134 olan iPhone 11 Pro markalı telefon, aksesuar, Xiaomi qulaqlıq üçün ümumilikdə, 3504 (üç min beş yüz dörd) manat olmaqla ondan, 2712 (iki min yeddi yüz on iki) manat ödənilməmiş hissə, 792 (yeddi yüz doxsan iki) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 2168 manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edərək bildirdi ki, cavabdehlə ilkin müqavilə 27.09.2019-cu il tarixində bağlanaraq cavabdeh İMEİ kodu **********18784 olan iPhone X markalı telefon, 2 ədəd aksesuar, MYKRONOZ saat almışdır. Lakin cavabdeh 24.10.2019-cu il tarixində **********18784 olan iPhone X markalı telefonu ilə mağazanın servisin yaxınlaşaraq, telefonun səs sistemində nasazlıq olduğunun bildirmiş və cavabdehin şikayəti əsasıda servisdə telefon yoxlanılmış, diaqnost olaraq bildirilmişdir ki, telefonunda səslə bağlı heç bir qusur olmamışdır, lakin telefonun ekranında donmalar olduğu müşahidə edilmiş və cavabdehə telefonu təmir edilməsi təklif edildiyi halda o imtina edərək qızıl zəmanətin endirimlərindən yararlanmaq isdədiyi bildirmişdir. Bunun nəticəsində cavabdehlə 28.10.2019-cu il tarixdə İMEİ kodu **********48134 olan iPhone 11 Pro markalı telefonun nisyə alıqı-satqısına dair yeni müqavil bağlanmışdır. Sonuncu müqavilədə satılmış daşınar əşyanın satış üzrə qiyməti 4.428 manat olduğu halda yeni müqavilə üzrə alınmış əşyaların dəyəri 3168 manat müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərəkən bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, belə ki, birinci yəni 27.09.2021- ci il tarixli müqavilə üzrə öhdəlikləri qəbul etmir, beləki həmin müqavilə üzrə almış olduğu telefonu səs sistemində problemlər olduğu üçün mağazanın servisinə geri vermiş olduğunun bildirərək iddia tələbinin yalnız ikinci yəni 28.10.2019-cu il tarixli müqaviləyə münasibətdə qəbul edərək, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27.09.2019-cu il tarixli 00942691 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh İMEİ kodu **********18784 olan iPhone X markalı telefon, 2 ədəd aksesuar, MYKRONOZ saat almışdır. -27.09.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu**********18784 olan iPhone X markalı telefon, 2 ədəd aksesuar, MYKRONOZ saatı təhvil almışdır. - 27.09.2019-cu il tarixli 00942691 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödəniş 174 manat müəyyən edilmişdir. 24.10.2019-cu il tarixli ServisLink-2 texniki xidmət mərkəznin verdiyi arayışdan məlum olurki, Cavabdeh tərəfindən təqdim edilmiş İMEİ kodu **********18784 olan iPhone X markalı telefon 24.10.2019-cu il tarixində diaqnostika aparılarq müəyyən edilmişdir ki, cihazda maye, zərbə, kənar müdaxilə yoxdur, səslə bağlı qusur yoxdur, ekranında domalar var. Müştəri cihazı təmir etdirmir, qızıl zəmanət endirimlərindən yararlanaraq dəyişir. Kontak Home MMC-nin malın qaytarılmasına dair 28.10.2019-cu il tarixli qəbzindən görünür ki, Cavabdeh İMEİ kodu **********18784 olan iPhone X markalı telefonu mağzaya geri təslim etmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28.10.2019-cu il tarixli 01013657 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh qızı İMEİ kodu **********48134 olan iPhone 11 Pro markalı telefon, aksesuar, Xiaomi qulaqlıq telefon almışdır. - 28.10.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********48134 olan iPhone 11 Pro markalı telefon, aksesuar, Xiaomi qulaqlığı təhvil almışdır. - 28.10.2019-cu il tarixli 01013657 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 176 manat müəyyən edilmişdir. -İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, сavabdeh 28.10.2019-cu il tarixli və 27.09.2019-cu il il krediti müqavilələri üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. - 09 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 27.09.2019-cu il tarixli müqaviləsinə əsasən, 2680 (iki min altı yüz səksən) manat ödənilməmiş hissə, 785 (yeddi yüz səksən üç) manat dəbbə, 28.10.2019-cu il tarixli müqaviləsinə əsasən, 2712 (iki min yeddi yüz on iki) manat ödənilməmiş hissə, 792 (yeddi yüz doxsan iki) manat dəbbə, ümumilikdə 6967 (altı min altı yüz altmış yeddi) manat borc hesablanmışdır. - İş materiallarına əlavə edilmiş qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə ABC Telecom arasında 27.09.2021-ci il tarixində nisyə alqı satqı müqaviləsi bağlanaraq bir neşə əşya o cümlədən iPhone X markalı telefon alınmışdır. Alıcı 24.10.2019-cu il tarixində Mağazanın servis xidmətinə müraciət edərək telefonun səs sistemində problem olmasını bildirmiş, servis xidmətində yoxlanışlar aparlıdığdan sonra müəyyən edilmişdir ki, telofonun səs sistemində problem olmadığı, lakin telefonun ekranında donmalar olduğu bildirilmiş, teleofonun qızıl zəmanətin şərtlərində nəzərdə tutulduğu qaydada ödənişsiz satıcı tərəfindən təmiri təklifi irəli sürümüşdür. Lakin alıcı Cavabdeh “qızıl zəmanətin” digər şərtindən yəni endirimdən yararlanmağı seçmişdir. Bununlada iddiaçı ilə cavabdeh arasında İMEİ kodu **********48134 olan iPhone 11 Pro markalı telefon, aksesuar, Xiaomi qulaqlıq alınmasına dair 28.10.2019-cu il tarixində müqavilə bağlanmışdır. Sonuncu müqavilədə nəzərdə tutulan əşyaların ümümi qiyməti 4428 manat olduğu halda tərəflərin razılığı ilə alıcı qızıl zəmanətdə nəzərdə tutulmuş endirimdən yaralnaraq malların alışı qiyməti alıcıya 1260 maat məbləğində endirim olunaraq ümuni 3168 manat müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 27.09.2019-cu il tarixli müqaviləyə əsasən 40 (qırx) manat dəbbə pulu, 28.10.2019-cu il tarixli müqaviləyə əsasən 50 (əlli) manat dəbbə pulu tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 27.09.2019-cu il tarixli müqaviləyə əsasən 2680 (iki min altı yüz səksən) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, 28.10.2019-cu il tarixli müqaviləyə əsasən 2712 (iki min yeddi yüz on iki) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu olmaqla, cəmi 5482 (beş min dört səksən iki) manat borcu tutularaq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 27.09.2019-cu il tarixli müqaviləyə əsasən 2680 (iki min altı yüz səksən) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, 28.10.2019-cu il tarixli müqaviləyə əsasən 2712 (iki min yeddi yüz on iki) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu olmaqla, cəmi 5482 (beş min dört səksən iki) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5038/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5038/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver