Məhkəmə qərarları › İş №2(008)-5038/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5038/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5038/2023 30.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı BOKT-un Abdulabad Filialının cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı BOKT-un Abdulabad Filialı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc 4403,50 (dörd min dörd yüz üç manat əlli qəpik) manat, faiz borcu 2001,55 (iki min bir manat əlli beş qəpik) manat, cərimə borcu 558,58 (beş yüz əlli səkkiz manat əlli səkkiz qəpik) manat olmaqla, cəmi 6963,63 (altı min doqquz yüz altmış üç) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 89,64 (səksən doqquz) manat dövlət rüsumunun tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ilə X3 arasında bağlanmış A/***29 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən o, 5*** manat məbləğində krediti 24 ay müddətinə illik 21,76 % dərəcəsi ilə götürmüşdür. Cavabdeh1 müqavilə öhdəliyini qismən icra etsə də, son ödəməsi xx.xx.2022-ci il tarixdə olmuş və xx.xx.2023-cü il tarixə onun əsas borcu 4403,50 manat, faiz borcu 2001,55 manat, cərimə borcu 558,58 manat, cəmi 6963,63 manat təşkil edir. Borcun qaytarılması üçün ona şifahi xəbərdarlıq edilmiş, pretenziya məktubu ilə müraciət olunmuşdur. Lakin o müqavilə öhdəliyini icra etməmişdir. Digər Cavabdeh2 isə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış A/***29 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin vaxtında və lazımı qaydada icra olunması üçün zaminlik müqaviləsi bağlamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək borcun olmasına etiraz etmədiyini, ayda 300 manat olmaqla ödəniş etdiyini, sonradan ödənişi maddi imkanı olmadığından icra edə bilmədiyini bildirmişdir. İddaçının nümayəndəsi və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, digər cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" BOKT MMC-nin Abdulabad Filialının A/***29 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" BOKT MMC-nin Abdulabad Filialı Cavabdeh1 24 ay müddətinə illik faiz dərəcəsi 21.76 % olmaqla 5*** manat kredit vermişdir. "xxxx" BOKT MMC-nin Abdulabad Filialının A/***29 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2 "xxxx" BOKT MMC-nin Abdulabad Filialının A/***29 nömrəli kredit müqaviləsi üzrə borcun öhdəliklərini tam icra etməsi üçün “Zamin” “Kreditor” qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, 11 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh kredit borcu üzrə ödənişlər edilməzsə kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi barədə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, 24 ay müddətinə hər ay üçün 300.56 manat ödəniş məbləği müəyyən edilmişdir. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından görünür ki, "xxxx" BOKT MMC-nin qanuni təmsilçisi X2r. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 53.3-cü maddəsinə əsaəsn nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Mülki işin araşdırılması zamanı məlum olmuşdur ki, iddia ərizəsini "xxxx" BOKT MMC-nin Abdulabad Filialı tərəfindən verilmişdir. İddia ərizəsi isə həmin hüququi şəxsin diroktoru tərəfindən deyildə Abdulabad filyalının direktoru Mejdun Əliyev tərəfindən imzalanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi "xxxx" BOKT MMC tərəfindən deyildə onun filyalı tərəfindən verildiyindən iddia tələbi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsində göstərilir ki, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Bu səbəbdən də, iddia ərizəsi baxılmamış saxlanıldığından 89.64 manat dövlət rüsumu iddiaçı geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 185.4, 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı "xxxx" BOKT-un Abdulabad Filialının cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzə əsasən İddiaçı BOKT MMC tərəfindən ödənilmiş 89.64 manat məbləğində dövlət rüsumu büdcədən İddiaçı BOKT MMC-yə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar