Məhkəmə qərarları › İş №2(008)-5048/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(008)-5048/2024

04.07.2024 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(008)-5048/2024 04.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, Baki şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi küçəsi,ev 35 yaşayan Kreditor Borclu «alimentin tutulması» haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: Kreditor Borclu birgə nikahlarından doğulmuş və yetkinlik yaşına çatmamış xx.xx.2021-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək hər ay 235 (iki yüz otuz beş) manat alimentin tutularaq kreditora ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclunun iş yeri və qazancı olsa da, uşağın saxlanması ilə bağlı maddi ehtiyacları qarşılamır. Borclu Binə çörək zavodunda “sürücü” vəzifəsində çalışır və bildiyinə görə aylıq qazancı 900 manatdır. Lakin uşağın qida, geyim və digər zəruri xərcləri ödəməkdən yayınmaqla yanaşı, uşaq xəstələndikdə belə onun həkimə aparılması, dərmanların alınmasıyla maraqlanmır, bununla bağlı çəkilən xərcləri qarşılamır. Kreditor uzun müddətdir borclu ilə danışıqlar aparsa da, ona öz ailəsi qarşsında öhdəliklərini dönə-dönə izah etsəm də, heç bir nəticə əldə edə bilməmişdir. Aliment tələbi ilə bağlı borclu ilə qarşılıqlı razılığa gəlmək üçün mediatora müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır. Belə ki, Bakı 18 sayiı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00555 saylı arayışından göründüyü kimi borclu ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Tələbilə bağlı mübahisə olmadığı üçün işə MPM-nin 276.2.4-ci maddəsinə əsasən iştirakımız olmadan baxıb məhkəmə əmri çıxarmağınız üçün kifayət qədər əsaslar olduğunu hesab edir. İş materiallarında olan Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, Kreditor ilə Borclu arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2326 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Quliyeva soyadı verilmişdir. Əlavə olaraq iş materiallarından Tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il tarixdə doğulmuş bir uşağı-X3 var. Müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir (Mülki Prosessual Məcəllənin 275.1 və 275.2-ci maddələri). Azərbaycan Respublikası MPM-nin 276.2.4-cü maddəsinə əsasən, tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Tələbdən də göründüyü kimi tələb atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqlara alınmentin verilməsi tələbini nəzərdə tutur. Kreditorun tələbinin aşkarlığı və ya borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması ilə bağlı şərtlərin mövcudluğuna gəldikdə isə məhkəmə bildirir ki, aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Mülki Prosessual Məcəllənin 280-ci maddəsinə görə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Eyni zamanda məhkəmə əmri dərhal icra olunmalıdır. Çünki, Mülki Prosessual Məcəllənin 284.1-ci maddəsinə görə məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, xx.xx.2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün oğlunun saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Borclu tutularaq Kreditor ödənilməlidir. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, Kreditor Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir və elə buna görə də alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. Alimentin tutulmasının icra edilməsi anına gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Bundan əlavə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi ilə icra sənədinin icraya yönəlməsi müddətləri tənzimlənir ki, həmin Qanunun 13.1.4-1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icraya yönəlməlidir. Yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbini nəzərə almaqla məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə əmri dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində göstərilən borclunun dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut iş materiallarında mövcud olmadığından, məhkəmə belə nəticəyə gəlir ki, dövlət rüsumu Borclu tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələbinə görə məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.2-ci maddəsinin tələbinə görə əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq Ə m r e t d i m: xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.1991-ci ildə Astara; Rüdəkənar kəndində anadan olmuş, Astara rayonu Suparibağ Ərazi Dairəsi, Rudəkənar kəndində qeydiyyatda olan Borclu xx.xx.2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün oğlunun saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Borclu tutularaq tələbkar Kreditor verilsin. Borclu 100 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab olunur. Məhkəmə əmrinin alimentə aid hissəsi dərhal icra olunsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri verilmiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar