Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5056/2024 29.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinkinlik yaşına çatanadək və xx.xx.2006-cı il təvəllüdlü X2 universiteti bitirənədək hər uşağa, hər ay 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat məbləğində aliment Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətmanə qəbul edilməsini xahiş etmişdir. Tələbini olnunla əsaslandırmışdır ki, Cavabdeh arasında bağlanmış nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnaməyə əsasən birgə nikahdan dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2006cı il təvəllüdlü X2 yetkinkinlik yaşına çatanadək hər uşağa hər ay 200 (iki yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Övladı, xx.xx.2006-cı il təvəllüdlü X5 hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında əyani, pullu təhsil alır. Mediasiya şurasına müraciət etmiş, cavabdeh ilə aralarında barışıq sazişi olsa da, Cavabdeh övladlarının saxlanması üçün alimentin ödənilməsindən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, cavabdehin barışıq sazişinin şərtlərinə əməl etmədiyini, böyük qızının üniversitetdə təhsil aldığını, həmçinin yarışlarda ölkəni təmsil etdiyini və buna görə də işləyə bilmədiyini, ödənişlə bağlı icraçıya müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında barışıq sazişinin şərtlərində də 18 yaşına çatanadək alimentin ödəniməsi qeyd olunduğunu, bu günədək ödəniş etdiyini və hal-hazırda da iki uşaq üçün mediasiya nəticəsində əldə olunmuş barışıq sazişinə uyğun olaraq aliment ödədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materillarını araşdıraraq hesаb edir ki iş üzrə icrааtа хitаm verilməlidir. İş materiallarına əlavə olunan MŞB/3/2024-00197 nömrəli, xx.xx.2024-cü il tarixli Mediasiya Şurasının təqdim etdiyi barışıq sazişindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında alimentin artırılması tələbi ilə bağlı barışıq sazişi imzalanmışdır. Tərəflər birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün atası Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdən etibarən hər ay, hər uşaq üçün 235 manat olmaqla, cəmi 705 manat alimentin İddiaçı ödənilməsinə razılaşmışlar. Аzərbаycаn Respublikаsı MPM-nin 355-23.1-ci mаddəsinə əsаsən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci mаddəsinə əsаsən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hаkim iş üzrə icrааtа хitаm verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Belə ki, tərəflər arasında mediasiya prosesi nəticəsində “alimentin miqdarının artırılması” barədə barışıq sazişi bağlanmışdır. Belə olan halda “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi cavabdeh tərəfindən könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə xüsusi icraat qaydasında müraciət edə bilər. Yuхаrıdа göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı MPM-nin 261-264, 267- 268-ci mаddələrini rəhbər tutаrаq, QƏRАRА АLDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-5056/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5056/2024
29.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver