Məhkəmə qərarları › İş №2(008)-5057/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5057/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5057/2024 30.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı2 nümayəndəsi (atası),eyni zamanda ikinci İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinə görə geri qaytarılmalı olan 7000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçılara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. İddiaçılar tələbi onunla əsaslandırmışdılarr ki, xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinə görə İddiaçı2 özəl ali təhsil müəssisəsinin bakalavr pilləsinə qəbulu prosesinin təşkili, zəruri danışıqların və sənədləşmələrin aparılması xidmətlərinin aparılması öhdəliyini cavabdeh öz üzərinə götürmüş, xidmətin dəyəri kimi 7000 manat tam olaraq ödənilmişdir. Lakin hal-hazıradək cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Yəni hər hansı ali təhsil müəssisəsinə düzəltmək baş tutmamışdır. Müqavilənin 3.2.4-cü maddəsinə görə “İcraçının” nöqsanı ucbatından müqavilə üzrə nəzərdə tutulmuş xidmətlərin həyata keçirilməsi tamamlamaq mümkün olmadığı halda “Sifarişçi” tərəfindən ödənilən xidmət haqqının geri ödənilməsi icraçının vəzifəsi kimi göstərilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etmədiyinə görə tərəflərindən ödənilmiş pul geri qaytarılmamışdır. Bununla bağlı dəfələrlə pulu geri qaytarılacağına dair çoxsaylı vədlər verilmişdir, qanuni təmsilçi X5 ilə bir çox telefon danışıqları, səsli yazışmalar vardır. Bu mənada həm təhsil gözləntilərindən, həm də mülkiyyətindən məhrum olmuşdur. Müqavilədə göstərilsə də, 7000 manatın ödənilməsi barədə hər hansı rəsmi sənəd, mədaxil qəbzi verilməmişdir. Müqavilədə MMC-nin məlumatları sırasında göstərilən VÖEN də tamamilə MMC-yə aidiyyətı olmayan VÖEN-dir. MMC-nin dövlət qeydiyyatından keçmiş VÖEN-ni ********** kimi təsbit olunmuşdur. Bütün bunlar aldatma, etibardan sui-istifadə, sübutları saxtalaşdırma, vergidən yayınmadır və özlüyündə xüsusi qərardadın çıxarılması üçün əsasdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh isə məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi (atası), eyni zamanda ikinci İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, cavabdeh adıçəkilən müqavilə əsasında onun oğlunu ikinci turdan özəl universitetlərinin birinə yerləşdirmək öhdəliyi götürmüş, lakin bunu etməmiş, hazırda oğlu oxumaq üçün Türkiyyəyə getmiş, onun övladı müqavilə bağlanan zaman 18 yaşına çatmadığından və ümumiyyətlə onun hər-hansı vəsaiti olmadığından həmin məbləğ onun tərəfindən ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). "xxxx" MMC xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatın alınmışdır, qanuni təmsilçisi X3r, VÖEN ********** (kommersiya qurumlarının dövlət reyestri haqqında məlumat). Cavabdeh İddiaçı2 ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə xidmət müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən görə cavabdeh İddiaçı2 özəl ali təhsil müəssisəsinin bakalavr pilləsinə qəbulu prosesinin təşkili, zəruri danışıqların və sənədləşmələrin aparılması xidmətlərinin aparılması öhdəliyini öz üzərinə götürmüş, xidmətin dəyəri kimi 7000 manat müəyyən edilmiş, həmin məbləğin tam olaraq ödənildiyi müqavilədə qeyd edilmişdir. Həmin müqavilədə cavabdehin VÖEN-i ********** kimi qeyd edilmişdir. Elektron məhkəmə sistemindən həmin VÖENİ-in şirkətin qanuni təmsilçisi X4 məxsus olduğu görünür. Hazırda iddiaçılar ödədikləri 7000 manatın ona qaytarılmasını istəyirlər. İddiaçı tərəfindən təqdim edilmiş diskdən X2 qeyri-qanuni söhbətləri müşahidə olunur (hansısa adamlarla görüşmələri, yoxlamadan sonra məsələnin həll edilməsi və sair). Məhkəmə aşağıdakı hüquqi əsaslara görə İddiaçı2 iddiasının qanuni və əsaslı, İddiaçı2 iddiasının əsassız olduğu qənaətinə gəlmişdir. Məhkəmə hazırki əqdin etibarlılığını yoxlayarkən adıçəkilən əqdin etibarsız əqd olduğu qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur, bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Adıçəkilən müqavilədən və tərəflərin arasında olan telefon danışıqlarından görünür ki, cavabdeh nəinki qanunda nəzərdə tutulmamayan, hətta qanunla qadağan edilmiş öhdəlik öz üzərinə götürmüş, İddiaçı1 7000 manatını götürmüş, bunu rəsmiləşdirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh İddiaçı1 hesabına əsassız varlanmışdır. Belə ki, Mülki Məcəllənin: 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Bu mənada birgə cavabdehlər torpaq üzərində mülkiyyət hüquqları (sənədləri) olmadan iddiaçının hesabına pul (əmlak) əldə etmişlər. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia İddiaçı1 iddiaçı təmin edilməli (ödənişi o təmin etdiyinə görə) təmin edilməli, cavabdehdən iddiaçın İddiaçı1 xeyrinə 7000 manat tutulmalı, İddiaçı2 iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı1 ödədiyi 90 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı1 iddiası təmin edilsin. 7000 manat məbləğində pul və 90 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı1 verilsin. İddiaçı2 iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar