Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5104/2021 03.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “icarə müqaviləsinə əsasən borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “icarə müqaviləsinə əsasən borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən icarə müqaviləsinə görə 3280 manat əsas borc və dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, cəmi 3310 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru Bünyat-zadə Emil Aydın oğlu ilə Cavabdeh arasında “Kia Optima” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin 30.03.2020-ci il tarixdən 22.11.2020-ci il tarixədək 1 günü 40 manat olmaq şərtilə 237 gün müddətinə icarəyə verilməsinə dair 30.03.2020-ci il tarixdə C9318 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi (FŞ) bağlanılaraq yol vərəqəsi və təhvil-təslim aktı verilmişdir. Avtomobilin icarə haqqına görə 3280 manat borcun tələb edilməsinə dair cavabdehə 22.12.2020-ci il tarixdə 34 saylı və 12.04.2021-ci il tarixdə 047 saylı pretenziya ilə müraciət edib 3 gün müddətində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2/28-də fəaliyyət göstərən İddiaçı MMC-yə gəlib icarəyə götürülən avtomobilin icarə haqqına görə ödənilməsi barədə EMS Ekspress sürətli poçt daşıma xidməti vasitəsilə məktubla müraciət edilmişdir. Bir neçə dəfə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh ödəniş etməmişdir. Cavabdeh 30.03.2020-ci il tarixli, C9318 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinin 2.2-ci və 4.6-cı bəndlərinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı MMC-nin direktoru Bünyat-zadə Emil Aydın oğlu ilə Cavabdeh arasında bağlanmış 30.03.2020-ci il tarixli, C9318 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, “Kia Optima” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh 30.03.2020-ci il tarixdən 22.11.2020-ci il tarixədək 1 günü 40 manat olmaq şərtilə 237 gün müddətinə icarəyə verilmişdir. - 435940 saylı Yol vərəqəsindən görünür ki, Cavabdeh “Kia Optima” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün 30.03.2020-ci il tarixdən 29.04.2020-ci il tarixədək icazə verilmişdir. - C9318 saylı invoysdan görünür ki, “Kia Optima” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin 30.03.2020-ci il tarixdən 22.11.2020-ci il tarixədək idarə edilməsi üçün ödənilməli olan 9850 manat puldan 6200 manat ödənilmiş, 370 manat cərimə məbləği çıxıldıqdan sonra 3280 manat ödənilməmiş qalmışdır. - Dövlət Miqrasiya Xidmətinin müvəqqəti yaşamaq üçün ******* saylı icazə vəsiqəsindən görünür ki, Rusiya Federasiyasının vətəndaşı, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikasının ərazisində 26.12.2021-ci il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmiş və ünvan 1 ünvanına qeydiyyata alınmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 12.04.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh borcunu ödəməsi barədə rəsmi qaydada xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1-ci maddə). Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında avtonəqliyyat vasitəsinin icarəsinə dair müqavilə bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə avtomobilin icarə haqqına görə razılaşdırılmış məbləği vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyindən, iddia təmin edilərək, 30.03.2020-ci il tarixli, C9318 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə 3280 manat borc məbləği cavabdehdən tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməklə, ondan tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 30.03.2020-ci il tarixli, C9318 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə 3280 (üç min iki yüz səksən) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-5104/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5104/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver