Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5111/2023 11.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1400 ABŞ dolları alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Hollandiya və Türkiyə vətəndaşıdır. Mərhum anası ünvan 1 ünvanda yaşayırdı. Həmin mənzil söküntüyə getdiyi üçün və sökülmüş mənzillərininn kompensasiyası Xətai Rayon İcra Hakimiyyəti tərəfindən mənimsənildiyi üçün anası X3 yaşlı ruhi xəstə olmasını nəzərə alaraq iddiaçı ona vəkil tutmuşdur. Bununla əlaqədar tanışlar vasitəsi ilə keçmiş 14 saylı Vəkil Bürosunun vəkili Cavabdeh ilə anasının hüqüqlarının müdafiəsinə görə ona müraciət etmiş, buna görə qarşılıqlı razılaşmaya əsasən iddiaçı 2018-ci ildə 3 dəfə olmaqla Cavabdeh Hollandiyadan “Western Union” vasitəsilə, cəmi 1400 (bir min dörd yüz) ABŞ dolları pul göndərdi ki, məhkəmədə anasının hüquqlarını müdafiə etsin. Nəticədə Cavabdeh iddiaçını aldatmış, ruhi xəstə anasından iki etibarnamə almışdır, anası xəstə olduğundan etibarnamənin məzmununu bilməmiş, etibarnamənin məzmunu yalandan dillə başa salmış, etibarnamədə başqa şeylər yazılmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh anasını aldadaraq ondan ele etibarnamə almışdır ki, anasının bütün əmlakını idarə etsin və ona ayrılmış kompensasiyanı Cavabdeh ala bilsin. Eləcə də, iddiaçının tanımadığı digər bir Rüfət adlı şəxslə, X4 aldadaraq Cavabdeh iddiaçının və anasının tanımadığı X5 adına da etibarnamə imzalatmışdır. İddiaçı Cavabdeh ilə ancaq müqavilə bağlamış, etibarnamə verilməsinə razı olmamışdır, çünki anası iddiaçıya etibarnamə vermişdir. İddiaçı bu hadisədən xəbər tutan kimi etibarnamələri ləğv elətdirdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəblərdən məhkəmə baxışında iştirak edə bilməyəcəyini, baxış iclasının onun iştirakı olmadan keçirilməsinin və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq, İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X12 cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun etibarından sui istifadə edib, cəmi bir dəfə hazırlıq iclasında iştirak etmiş, qalan heç bir məhkəmədə iştirak etməməsini nəzərə alaraq, Cavabdeh ona ödədiyi 1400 ABŞ dolları alınıb ona qaytarılmasım xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi mərhum anasının Xətai rayonu, Cavanşir küçəsi, yataqxana 1, ev 8 ünvanda yaşamasını, həmin mənzil söküntüyə getdiyi üçün sökülmüş mənzilin kompensasiyasının Xətai rayon İcra Hakimiyyəti tərəfindən mənimsənilməsini anası X3 yaşlı ruhi xəstə olmasını nəzərə alaraq ona vəkil tutmaq qərarına gəlməsini, bununla əlaqədar tanışları vasitəsi ilə cavabdehə müraciət etməsini və 2018-ci ildə 3 dəfə olmaqla cavabdehə Hollandiyadan “Vestem Union” vasitəsi ilə cəmi 1400 ABŞ dolları pul göndərməsini, lakin cavabdehin onun anasının hüquqlarını müdafiə etməməyini göstərmişdir. Cavabdeh qeyd edir ki, iddia tələbi tam əsassızdır və aşağıda qeyd edilənlərə əsasən rədd edilməlidir. Belə ki, cavabdeh X8 ilə onların tanışı olan Rüfət adlı şəxs vasitəsi ilə görüşmüş, X1 adlı şəxsə etibarnamə verərək, onu təmsil etməyi ona tapşırmış, bundan sonra cavabdeh Rüfətlə hüquqi yardım haqqında müqavilə imzalayaraq, X3 adından məhkəmədə iddia qaldırmış və həmin iş üzrə ona hüquqi yardım göstərmişdir. Artıq həmin müqavilənin üstündən 5 ildən də çox keçmiş, cavabdeh hüquqi yardıma görə həmin müqavilə üzrə təxminən 300-500 manat arası qonorar almış, müqavilə üzrə öhdəliyinə götürdüyü işi başa vurmuşdur. Cavabdeh həmin işin nəticəsinin müsbət olacağına əvvəlcədən heç kimə vəd verməmişdir. X8 və onun nümayəndəsi Rüfət Əzimov cavabdehə aralarında bağlanmış həmin müqavilə ilə əlaqədar heç bir irad bildirməmiş, bu vaxta qədər cavabdehə bu barədə hər hansı bir pretenziya verilməmişdir. Lakin hal-hazırda iddiaçı heç bir əsas olmadan cavabdehə 1400 ABŞ dolları göndərməsini və guya cavabdehin də həmin pul müqabilində onun üçün heç bir iş görmədiyini bildirir. Halbuki, cavabdehlə iddiaçı arasında heç bir zaman müqavilə olmamış, iddiaçının onun anası ilə bağladığı müqaviləni mübahisələndirmək hüququ olmamışdır. Məhz bu baxımdan, yəni, iddiaçının cavabdehlə onun anası arasında olan müqavilə üzrə hər hansı bir pul tələb etmək hüququ olmaması, həmin müqavilənin bağlanmasından artıq 5 il müddətin keçməsi, iddiaçı tərəfindən cavabdehə heç bir məbləğdə pul vəsaitnin göndərilməməsi nəzərə alınmalı, bu əsaslarla onun iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçının anasının ruhi xəstə olması barədə dediklərinə münasibətdə bir halı cavabdeh məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, X8 ilə görüşəndə o, ağlı başında, danşıqlarını başa düşən bir adam idi, həmin zaman X7 sahibsiz bir adam kimi yaşayırdı. Orada məcburi müalicə almırdı. X2 cavabdehə oğlundan şikayət edərək bildirmişdi ki, oğlu yetkinlik yaşına çatan kimi onu aparıb ruhi əsəb disponserinə yerləşdirmiş, sonra isə özü xaricə getmiş, heç bir zaman onunla maraqlanmamışdır. Onu bir müddət X7 saxladıqdan sonra həkimlər onu evlərinə buraxmış, lakin evə gələndə evlərinin sökülməsini görüb xəstəxanaya qayıtmış, xəstəxanada ona yazıqları gəldiyinə görə orada ona yaşamağa bir yer vermiş və o da xəstəxanada yaşamağa məcbur olmuşdur. Həmin zamanlar isə oğlu onunla maraqlanmamış, onun qeydinə qalmamışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh, X8 ilə müqavilə bağlamış, ona hüquqi yardım göstərmək öhdəliyini öz zərinə götürmüşüdür. Sevil Məmməd sağ olduğu dövrdə Cavabdeh qarşı məhkəmədə iddia qaldırmamışdır. Hazırda iddianı qaldıran şəxs mərhum Sevil Məmmədin oğludur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, hüquqi xidmət göstriləməsi üçün order J.X9, yəni Məmməd Muradın anası tətəfindən 2018-ci ildə verilmişdir. Uzun illər ərzində orderi verən şəxs özü hüquuqlarının pozulması ilə əlaqədar məhkəməyə müraciət etəmişdir. Hazırda isə iddiaçı məhkəməyə pul tələbi ilə müraciət etsə də, sözügedən müqavilə üzrə tərəf olmamış, konkret olaraq onun özünün hansı hüquqlarının pozulduğunu nə iddia əizəsində, nə də izahatında əsaslandırmamışdır. Həmçinin anasının hüquqlarını müdafiə etdiyini qeyd etsə də, anasının da hüquqlarının cavabdehin faktiki hansı hərəkətləri ilə pozulduğunu əsaslandıra bilməmişdir. Cavabdeh yalnız Bağırovanın vəd etdiyi hüquqi xidməti göstərmədiyini iddia etsə də, anasının order verməsindən sonra onu üçün iddia ərizəsinin elə Cavabdeh tərəfindən tərtib edildiyini də özü izahatında bildirmişdir. Belə olan halda İddiaçı1 hazırki iş üzrə iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Bu səbəbdən məhkəmə tərəfindən iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddia müddətini tətbiqi barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Beləliklə, məhkəmə hesab edirki, iddiaçının subyektiv hüququnun olmaması və cavabdeh tərəfindən onun hər-hansı hüququnun pozulması aşkar olunmadığından hazırda iddia müddətini tətbiq edərək iddiadan imtina barədə qərar çıxarılmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-5111/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5111/2023
11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver