Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5120/2024 24.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı nümayəndəsi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 9000 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2015-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Kərpic zavod yolunda yerləşən klinikanın yaxınlığında yaşayan Cavabdeh adlı şəxs və onun həyat yoldaşı Səbinə Mamedovanın imzası ilə yaşadıqları ünvanın yanında olan boş torpaq sahəsini satmaq adı ilə iddiaçıdan 9500 manat pul almışlar. Həmin pulu onların yaşadığı evdə Abdula vermiş və Abdulunun həyat yoldaşı Şəbinə Mamedova kağıza imza edərək 9500 manat pulu aldığını qeyd etmişdir. Lakin bu günə kimi Abdul həmin torpağın sənədlərini təqdim etməmiş və pulunu geri qaytarmamışdır. Uzun müddət sonra Abdul adlı şəxs həmin puldan 500 manat qaytarsa da, qalan 9000 manat pulu bu günə kimi qaytarmamışdır. Pulu Abdula verən zaman yanında Abdulun arvadı Səbinədən başqa heç kim olmamışdır. O, uzun müddət Abdulu mərhum həyat yoldaşının qohumu olduğuna görə gözləsə də, Abdulun pul vermək fikri olmadığına görə məcbur qalıb 2021-ci il tarixdə polisə şikayət etmişdir. Sabunçu RPİ-nin İŞ araşdırma apardıqdan sonra xx.xx.2023-cü il tarixdə "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar qəbul edərək, ona mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Buna görə də hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, tələb təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, tərəflər arasında yaranmış mübahisə mülki hüquqi xarakterli olduğundan, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh, İddiaçı onun mərhum bibisi oğlu X2 həyat yoldaşı olduğunu, 2014-cü ildə sözü gedən torpaq sahəsini bibisi oğlu X1 olmadığı üçün ucuz qiymətə 18000 manata satmışdır. Tanrıverdi Bağdadla gəlib əvvəlcə 5000 manat, sonra isə 4000 mnat pul gətirmiş, ümumilikdə həmin torpaq sahəsi üçün hissə-hissə olmaqla 9700 manat pul vermişlər. Pulun qalan hissəsini isə verə bilməmişlər. 2019-cu ildə qızına toy edən zaman onlardan torpağı satmaq üçün icazə istəmişdir ki, əldə edilən puldan İddiaçı pulunu qaytarsın. Lakin Bağdada buna razı olmamışdır. Torpağı satan kimi Bağdada Musayevanın pulunu qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından da göründüyü kimi tərəflər arasıanda torpağın alqı-satqısı ilə bağlı ilkin müqavilə olmuş və iddiaçı bu razılaşma əsasında hissə-hissə 9500 manat pulu cavabdehə vermişdir. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Göründüyü kimi tərəflər arasında torpaq sahəsi ilə bağlı şifahi alqı-satqı müqaviləsi bağlanmış lakin müqavilənin yazılı notarial formasına əməl edilməsə də, cavabdehə 9500 manat verilmiş sonradan bu məbləğdən 500 manat qaytarılmış, 9000 manat qaytarılmamışdır . Bu hal cavabdehin cinayət işinin başlanmasının rədd olunması barədə qərarında da öz təstiqini tapmışdır. Məhkəmə hesab edir ki, 9000 manat pul məbləği cavabdehdən tutularaq, iddiaçıya qaytarılması ilə bağlı iddia əsaslı olduğundan təmin edilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, 9000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə görə, şəhid ailələri məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, iddia ərizəsi qaldırılması üçün ödənilməli olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. 9000 (doqquz min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. 110 (yüz on) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-5120/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5120/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver