Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5121/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "əsas borc üzrə 2050,35 manat, faiz borcu üzrə 3,48 manat olmaqla cəmi 2053,83 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 40,54 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi" barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "əsas borc üzrə 2050,35 manat, faiz borcu üzrə 3,48 manat olmaqla cəmi 2053,83 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 40,54 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində deyilir ki, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 152.1.3-cü maddəsində deyilir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Sadalanan normaların tələbinə uyğun olaraq, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti hazırkı iddianı Cavabdeh1, yaxud da Cavabdeh2 rəsmi qeydə alındığı yerin məhkəməsinə verə bilər. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsində Cavabdeh1 ünvanı kimi Bakı şəhəri Ramana qəsəbəsi Şuşa şəhərciyi bina 80 mənzil 25, Cavabdeh2 ünvanı kimi ünvan 2sə də, məhkəməyə cavabdehlərin həmin ünvanlarda rəsmi qeydə alındığını təsdiq edən sənəd təqdim etməmişdir. "Elektron məhkəmə" informasiya sistemində olan məlumatlarla isə müəyyən edildi ki, Cavabdeh1 rəsmi qeydə alındığı yer Ağdam şəhəri Z.Hacıyev küçəsi ev 39, Cavabdeh2 rəsmi qeydə alındığı yer İsmayıllı rayon Ruşan kəndidir. Belə olan halda, hazırkı işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı deyil. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti eyni iddia ilə Ağdam Rayon Məhkəməsinə, yaxud da İsmayıllı Rayon Məhkəməsinə müraciət edə bilər. Eyni zamanda, iddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən xx.xx.2024cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 40,54 manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, qərara aldım: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "əsas borc üzrə 2050,35 manat, faiz borcu üzrə 3,48 manat olmaqla cəmi 2053,83 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 40,54 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi" barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 40,54 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X3.
Məhkəmə qərarları › İş №2(008)-5121/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5121/2024
05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver