Məhkəmə qərarları › İş №2(008)-5173/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5173/2022

15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5173/2022 15.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, iddiaçı "xxxx" ASC-nin cavabdehlər X1, X2 qarşı «borc» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC cavabdehlər X1, X2 qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası MPM-nin 284-4.2-ci maddəsinə əsasən həmin məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 iş günü müddətinə onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Hesab edirəm ki, iddiaçının «borc» barədə tələbi MPM-nin 284-4.1.2-cü maddəsinin tələblərinə uyğun verilmədiyindən, yəni iddia ərizəsinin “Xahiş etdi” hissəsində ödənilməmiş hissə olan borc məbləği 5661.32 manat göstərildiyindən, həmin ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-4.2-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 284-4.3-ci maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284-4.1.3, 284-4.3cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" ASC-nin cavabdehlər X1 və X2 qarşı «borc» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qəbul edilməsindən imtina olunsun. Ərizənin qəbul edilməsindən imtina olunması barədə qərardad iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Hakim Nilufər Cəfərlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar