Məhkəmə qərarları › İş №2(008)-5181/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5181/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5181/2024 20.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "12026,49 manat məbləğində pulun və ödənilmiş 127 manat dövlət rüsumunun cavabdehdən tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "12026,49 manat məbləğində pulun və ödənilmiş 127 manat dövlət rüsumunun cavabdehdən tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Cavabdeh "xxxx" ASC-dən xx.xx.2018-ci ildə 11823,95 manat məbləğində kredit almışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq onunla "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh ilk aydan etibarən müqavilə üzrə öhdəliklərini qəsdən icra etməmiş, nəticədə aylıq kredit məbləğləri zamin kimi onun əmək haqqından tutulmuşdur. Onun iddiası üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-1157/2021 nömrəli qətnaməsi ilə zaminlik müqaviləsi əsasında əmək haqqından xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilədək 6502,70 manat məbləğində silinmənin olması müəyyən edilmiş və Cavabdeh onun xeyrimə 6532,70 manat pulun tutulması qət edilmişdir. Cavabdeh ödənişin icrasından yayınmışdır. Cavabdehin kredit borcuna görə onun əmək haqqından indiyədək ümumilikdə 18559,49 manat məbləğində pul vəsaiti silinmişdir. xx.xx.2020-ci ildən kredit müqaviləsinin tam olaraq icra olunmasınadək 12026,49 manat məbləğində pul vəsaiti əmək haqqından silinmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh iş yoldaşıdır, Kapital Bank ASC-dən kredit götürdüyü zaman ona zamin durmuşdur. Borc maaş kartından çıxılmışdır. Cavabdeh hər ay 150 manat pul ödəyir, hal-hazırda 12026,49 manat borcu qalmışdır. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf etmiş və izahatında bildirmişdir ki, tələblə razıdır, lakin pulu hissə-hissə ödəyə bilər. O, bu barədə məhkəməyə ərizə verdi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində deyilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə deyilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Sadalanan normalardan göründüyü kimi, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən o halda qəbul edilə bilər ki, etiraf qanuna zidd olmasın və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasın. Ona görə də məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" ASC arasında xx.xx.2018-ci ildə kredit müqaviləsi bağlanmış, cavabdehə 11823,95 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-1157/2021 nömrəli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə 6502,70 manat məbləğində borcun tutulması qət edilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli Z-103RGTK1103020AA nömrəli "Zaminlik müqaviləsi"ndən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli Z- 103RGTK1103020AA nömrəli "Kredit müqaviləsi" üzrə Cavabdeh "xxxx" ASC qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür və İddiaçı bank qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşıyır. İşdə olan "Ödəniş kartı üzrə çıxarış"lardan görünür ki, xx.xx.2024-cü ilə İddiaçı tərəfindən kredit üzrə borc ödənilmişdir. Məhkəmə hazırkı mübahisənin həlli üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normalarına istinad olunmasını zəruri hesab edir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Sadalanan normaların birgə təhlilindən görünür ki, tələb hüququ kreditor qarşısında öhdəliyi icra etmiş zaminə keçir. Mülki işin sənədlərindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi icra etmədiyindən borc iddiaçının əmək haqqından çıxılmışdır. Ona görə də iddiaçı həmin pulun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də iddianın etiraf olunması məhkəmə tərəfindən qəbul edilməli və iddiaçının irəli sürdüyü tələblər təmin olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə 127 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbi təmin edildiyi üçün məhkəmə hesab ki, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 12026,49 manat pulu və ödənilmiş 127 manat dövlət rüsumu, cəmi 12153,49 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar