Məhkəmə qərarları › İş №2(008)-5182/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5182/2024

25.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5182/2024 25.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-625/2017 saylı, 16 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün tutulan aliment miqdarının artırılaraq, hər ay, hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməsi və uşaqlarının müalicəsi üçün hər ay, hər uşağa görə 300 (üç yüz) manat əlavə xərc pulunun Cavabdeh tutularaq, o - İddiaçı verilməsi, mediasiya xidməti üçün ödədiyi 61 manat pul vəsaitinin Cavabdeh tutularaq o - İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 625/2017 saylı, 16 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən, 24 aprel 2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X3 İddiaçı yanında saxlanılması, 24 aprel 2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət etmişdir. Lakin həmin məbləğ halhazırda Respublikada mövcud olan hazırkı bazar qiymətləri ilə müqayisədə, eləcə də uşaqların yaşının artması səbəbindən onların saxlanılmasına kifayət etmir. Qeyd edilən qanun normalarına istinadən hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan aliment miqdarı artırılaraq, hər ay, hər uşağa görə 235 manat sabit pul məbləğində müəyyən edilməlidir. Uşaqlarının hər ikisi Talassemiya xəstəsidir. Heç bir yerdə işləmir. Bütün günü övladlarının qulluğunda durur. Bütün vaxtını onlara sərf edir. Bu səbəbdən də maddi gəlir yoxdur. Həkimin məsləhəti əsasən uşaqları müntəzəm olaraq daima müalicə almalıdırlar. Hər ay hər iki övladını həkim müayinəsinə aparıb müalicələri üçün lazımi dərmanlar alır. Hər ay demək olar ki, hər iki uşağa, ortalama 384 manat pul xərcləməli olur. Buna da maddi cəhətdən imkanı çatmır. Hesab edir ki, Cavabdeh uşaqlarının müalicəsi üçün əlavə xərclərin ödənilməsinə cəlb olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesabe etmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 502821 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə doğulmuş X4 atası Cavabdeh, anası İddiaçıdır. Sumqayıt ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 558037 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuş X5 atası Cavabdeh, anası İddiaçıdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-625/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnamənin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Babək Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 227 nömrə ilə qeydə alınmış nikah pozulması, iş üzrə tərəflərin uşaqları-24 aprel 2010-cu il tarixdə doğulmuş X7 və 21 aprel 2014-cü il tarixdə doğulmuş X2 Ləbxanə Məhəmməd qızının yanında qalması, 24 may 2017-ci il tarixdən hesablanmaqla, Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 manat aliment tutularaq, 24 aprel 2010-cu il tarixdə doğulmuş X4 və 21 aprel 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı ödənilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 (əlli) manat mediasiya xərci, 10 manat kargüzarlıq xərci ödənilmişdir. Talassemiya Mərkəzinin xx.xx.2024-cü il tarixli diaqnozundan görünür ki, X8, X4 digər dəmir defisitli anemiya diaqnozu qoyulmuş və dəmir preparatları və vitaminoterapiya məsləhət görülmüşdür. X10 Mərkəzi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, 2014-cü il təvəllüdlü X8 həqiqətəndən xx.xx.2024-cü il tarixdə X10 Mərkəzində müvafiq həkimlərin qəbulunda olmuş, labarator müyainlərindən keçmiş, talassmiya daşıyıcısıdır. X10 Mərkəzi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, 2010-cü il təvəllüdlü X9 həqiqətəndən xx.xx.2024-cü il tarixdə X10 Mərkəzində müvafiq həkimlərin qəbulunda olmuş, labarator müyainlərindən keçmiş, talassmiya daşıyıcısıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 235 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqlarını pozduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(078)-625/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmalı, xx.xx.2010-cu il tarixdə doğulmuş X4 və xx.xx.2014-cü tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 235 (iki otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin xx.xx.2010-cu il tarixdə doğulmuş X4 və xx.xx.2014-cü tarixdə doğulmuş X3 müalicəsi üçün hər ay hər uşağa 300 manat əlavə xərc pulunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərdən tərəflərin birgə nikahından doğulmuş uşağlarının talassamiya daşıyıcısı olduğu müəyyən edilsədə, talassemiya daşıyıcılığının talassemiya xəstəliyi olduğu və daşıyıcılğa görə mütamadi olaraq müalicə olunması zəruriliyinin olduğu müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(078)-625/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. xx.xx.2010-cu il tarixdə doğulmuş X4 və xx.xx.2014-cü tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağ üçün 235 (iki otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar