Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5183/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona borclu olduğu 4910 mebel pulunu və 70 manat məhkəmə rüsumunu alınaraq ona - İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 2018-ci ilin əvvəlində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, "Subtropik sovxozun" da yaşayan Cavabdeh ilə tanış olmuşdur. O, onun mebel satışı ilə məşğul olduğunu bildiyindən, ondan hissə-hissə ödəməklə mebel istədi. O da X2 Komitəsində çalışdığını və aylıq məvacibinin 1000 manata yaxın olduğunu öyrəndikdən sonra ona mebel satmağa razılıq vermişdir. Şamil ona beh verdi ki, ona stol, stul və yataq dəsti gətirər, pulunu da hissəhissə ödəyəcəkdir. Hətta onunla birlikdə gedib bankomatdan 300 manat pul məxaric edib verdi ona. Bu da onda Şamilə qarşı ciddi inam yaratdı. Beləliklə, Şamillə razılaşdığı mebelləri gətirib yuxarıda göstərilən ünvana çatdırmışdır. Özü ilə bir yerdə ustaları da gətirmiş və mebelləri qurub təhvil vermişdir. Ümumilikdə, Şamilə satdığı mebellərin ümumi dəyəri 5960 manatdır. Şamil isə ona ümumilikdə indiyədək 1050 manat pul ödəmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirərək ödəməkdən qərəzli olaraq boyun qaçırır. Şamil telefon zənglərinə cavab vermədiyindən ev ünvanına getmişdir. Atası Füzuli də ona qarşı kobud rəftar edərək, təhqiramiz sözlərlə onu təhqir edib evlərində qovdu. Dedi: "sən bir də pula görə bizim həyətə gəlsin səndən şikayət edəcəyəm". O, bir neçə ay öncə Şamilin çalışdığı Dövlət Gömrük Komitəsinə rəsmi müraciət etdi ki, ona bu məsələdə köməklik göstərsinlər. Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsi onu və Şamili komitəyə dəvət etdilər. Orada Şamil ona 4910 manat borcu olduğunu səmimi etiraf etdi və 10 gün ərzində ona 1000 manat ödəyəcəyini, qalıq məbləği isə hissə-hissə ödəyəcəyinə söz verdi. İkisinin də izahatı alındı və Şamil ona olan borcunu tezliklə ödəyəcəyini öhdəlik götürdü. Şamilin dediyi vaxt tamam oldu, Şamilə yenə ənənəvi olaraq zəng çatmadı, yenə də müxtəlif bəhanələr gətirərək pulunu ödəmədi. Şamil üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmədiyinə görə Dövlət Gömrük Komitəsi tərəfindən ona intizam tənbehi tətbiq edildi. Gah dedi, bankdan kredit götürüb ödəyəcəyini, gah dedi əməkhaqqını alıb verəcəyini bildirdi. Beləliklə, üstündə yenə də bir neçə ay keçdikdən sonra o, çarəsiz qalıb Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmişdir. Şikayəti aidiyyəti üzrə Bakı Şəhər Baş Polis İdarəsinə yönləndirildi. BŞPİ-ə də ikisini də dəvət edib izahatları alındı və Şamil yenə də ona borclu olduğunu səmimi etiraf etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi məlumat verilmiş, Cavabdeh isə xx.xx.2024-cü il tarixdə teleqram ila müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin Qərarında izahatı alınmış Cavabdeh Fizuli oğlu izahat verərkən bildirmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır, Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində təlimçi işləyir. Vətəndaş İddiaçı yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuş və mahiyyəti üzrə bildirmişdir ki, İddiaçı o, 2 ay olar ki, görmüşdür. Bildiyinə görə o, Cəlilabad rayonunda mebel satışı ilə məşğul olur. 2018-ci ildə o, Qazax rayonunda Qırmızı körpüdə Gömrük Sərhəd buraxılış postunda işlədiyi vaxtı Rasif onların qonşularına mebel gətirdiyində yoldaşı X1 qonşudan onun telefon nömrəsini almış və sonradan ev üçün yataq dəsti, mətbəx mebeli və divan, stol stul sifariş vermiş və ümumilikdə 5960 manatlıq mebel dəstlərini Rasif yaşadığı evə çatdırmışdır. Yoldaşı Rasifə həmin mebellərin hissə-hissə ödəməklə razılaşmışdır. Həmin puldan ümumilikdə 1050 manat pulu ödədikdən sonra isə imkan olmadığı üçün, pandemiya düşdüyü üçün ödəyə bilməmişdir. Bu mebelin alınmasından onun xəbəri olmamışdır. Bu barədə ona 2021-ci ilin sonlarında yoldaşı zəng edərək borcu olduğunu bildirmişdir. Bu barədə Rasif də ona zəng vurub bildirmişdir. O, həmin pulu öz maaş kartından ödəyəcəyinə söz vermişdir. O, həmin şəxsin göndərdiyi karta bir neçə dəfə müəyyən miqdarda pul göndərmişdir. Sonradan Rasif ondan DGK-nə şikayət etmişdir. O, ona 1000 manat verəcəyinə söz vermişdir. Lakin o 300 manat düzəltdiyi üçün Rasif buna razılıq verməmişdir. Hal-hazırda yoldaşının Rasifə 4910 manat borcu qalmışdır və həmin pulu aybaay hissə-hissə 200 manat olmaqla mart ayından ödəyəcək. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarın surətindən görünür ki, X1 izahatında göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsilə birlikdə yaşayır. Vətəndaş İddiaçı yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuş, mahiyyəti üzrə bildirmişdir ki, İddiaçı mebel satışı ilə məşğul olur, o, 2018-ci ildə onların qonşuya mebel gətirdiyində həmin mebel xoşuna gəlmiş və o da onunla danışıb mebel almaq istədiyini bildirmişdir. Əvvəlcə ona 6 ədəd stul sifariş vermiş və pulunu aylıq hissə-hissəyə ödəmişdir. Sonra o, gəlib stulların pulunu aparanda demişdir ki, yataq dəsti, mətbəx mebeli və ünvan almaq istəyir. O, onun sifarişini qəbul etmiş və demişdir ki, gətirəndə pulunu hissə-hissə hesablaşarlar. Onların danışığından təxminən bir ay sonra o, zəng etmişdir ki, mebellər hazırdır. Rasif həmin mebel dəstlərini gətirib yaşadığı evə quraşdırmışdır. Həmin mebellərin dəyəri 6000 manata yaxın olmuş, onlar hissə-hissə pulunu aybaay ödəməklə razılaşmışlar və onun gödərdiyi karta pulu atmışdır. Həmin puldan təxminən 1050 manat pulu hissə-hissə ödəmişdir. Sonradan pandemiya düşmüş və pulu ödəməyə çətinlik çəkmişdir. O, bu barədə yoldaşına bildirməmişdir, çünki yoldaşı rayonda işləyirdi, o, ona mebelləri sürpriz etmək istəmişdir. O,pulu ödəyə bilmədiyi üçün Rasif yoldaşının iş yerinə Dövlət Gömrük komitəsinə şikayət etmişdir. Komitədən yoldaşını çağırıb izahatını almışlar. Həmin vaxt yoldaşı demişdir ki, 300 manat ödəyə bilər. O isə razılaşmamış, 1000 manat ödəməyi tələb etmişdir. Halhazırda onun Rasifə 4910 manat borcu qalmışdır və həmin pulu aybaay hissə-hissə 200 manat olmaqla, mart ayından ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən pullu kreditora dəymiş zərərin əvəzini ödəməyə pulludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş pullu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, pullu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən pul müqaviləsinə görə, iştirakçılardan biri (pul verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (pul alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (pul alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni eyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində pul verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin Qərarında göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam olaraq yerinə yetirməmiş, götürdüyü məhsulun ödənişlərindən yalnız 1050 manat ödəniş etdikdən sonra müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməli, Cavabdeh 4910 (dörd min doqquz yüz on) manat pulun, 70 (yetmiş) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4910 (dörd min doqquz yüz on) manat əsas borc, 70 (yetmiş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5183/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5183/2024
28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver