Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5251/2023 05.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçıASC-nin xeyrinə 25 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 556.53 manat əsas, 19.15 manat faiz, 145.53 manat cərimə olmaqla, ümumilikdə cəmi 721.21 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 25 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 557.33 AZN kredit götürmüşdür. 2023-cü il iyunun 25-dək X3 2019-cu il 25 dekabr tarixli kredit müqaviləsi üzrə banka 556.23 AZN əsas, 19.15 manat faiz, 145.53 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 721.21 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X6 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən 1006 №-li 11 may 2023-cü il tarixli arayışında bildirilmişdir ki, 24 sentyabr 2020-ci il tarixdə vəfat etmiş X3 hüquqi varisi Cavabdeh X1 miras qalmış əmlakın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmişdir. Bu da o deməkdir ki, faktiki olaraq Ağayeva X2 Yusif Mikayıl oğlu vəfat etdikdən sonra, yəni 05 mart 2021-ci il tarixdən əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə başlamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan kredit müqaviləsinin surətindən görünür ki, X5 ilə Yelo Bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 5 illik 1 faiz olmaqla, 557.33 manat kredit götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixli müqavlə üzrə 556.53 manat əsas borc, 19.15 manat faiz borcu,145.53 manat cərimə borcu olmaqla, cəmi 721.21 manat təşkil edir. X6 Xidmət Mərkəzi Notarriat ofisinin Yelo Bank ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ağayeva əzmiyyə Əmirqulu qızı X1 miras qalmış əmlakın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmiş, lakin qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə verilməmişdir xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka dair faktiki sahibliyi qəbul etdiyi üçün Ondan banka olan borcu xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətinə İddiaçı ASC-yə tam ödəməyi tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılmasıvə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1038-ci maddəsinə əsasən Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Məhkəmə araşdırması zamanı məlum məlum olmuşdur ki, iddiaçı ilə X5 arasında xx.xx.2019-cu il tarixində 60 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə tərəflər arasında nəzərdə tutulmuş öhdəlikləri tam olaraq yerinə yetirmiş, lakin müqavilənin digər tərəfi olan X5 müqavilənin icra müddəti bitməmiş və öhdəlik tam olaraq icra olunmadan xx.xx.2020-ci il tarixində vəfat etmişdir. İddiaçı Yelo Bank ASC hazırda məhkəməyə müraciət edərək borcalanın vərəsəsi kimi borc məbləğini Cavabdeh tutulmasını xahiş etsədə, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdıraraq qeyd edir ki, X6 Xidmət Mərkəzi Notariat ofisinin Yelo Bank ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan X3 vəfatından sonra onun miras əmlakın qəbul edilməsi üçün Cavabdeh ərizə ilə müraciət etsə belə hazırda cavabdehə vərəsəliklə bağlı şəhadətnamə verilməmiş və cavabdeh vərəsə kimi tanınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, nəqədər ki, hazırki vəziyyətdə cavabdehə atasında qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, gələcəkdə cavabdehə miras əmlakın qəbul edilməsi ilə bağlı vərəsəlik haqqında şəhadətnamə verildiyi halda yeni əsaslar ilə iddia ərizəsi formasında məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunmadığı üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5251/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5251/2023
05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver