Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5252/2024 20.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçının nümayəndələri (anası) X4, (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi (atası) X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Bakı şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayon Məhkəməsini 2( 008)-4719/2023 №-li xx.xx.2013-cı il tarixli qətnaməsi ilə onun himayəsində saxlanılmış xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşma çatana kimi hər bir uşağa görə hər ay 220 manat olmaqla, cəmi 440 manat aliment tutularaq İddiaçı qızma müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi və uşaqların saxlanılması üçün cavabdehdən hər bir övladı üçün hər ay 235 manat , cəmi 470 manat məbləğində sabit pul məbləğində və cavabdehin əmək haqqına hesablanan əlavə gəlirlərinin 1/3 hissəində alimentin ilkin Mediasiya təklifi ilə müraciət etdiyi tarixindən, yəni xx.xx.2023-cü ildən hesablanmaqla tutulub verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizə verərək ərizənin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi (atası) X6 ərizəyə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, Vəkil ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalı və ərizə baxılmamış saxlanılmalı, sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin: 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. İddiaçı iddia ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5252/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5252/2024
20.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver