Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5264/2025 28.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 Seyfəddin oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3800 manat məbləğində pulun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 58 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2023-cü ilin iyul ayında Bakıxanov qəsəbəsində Cavabdeh ilə tanış olmuşdur və həmin şəxs ona "SOCAR" şirkətində işlədiyini, onu həmin şirkətdə tibb bacısı kimi işə düzələdə biləcəyini bildirmişdir. O, Cavabdeh işə düzəlmək üçün nə qədər pulun lazım olduğunu soruşanda, Cavabdeh ondan 6500 manat məbləğində pul istəmişdir. O, həmin 6500 manat məbləği Cavabdeh yaşadığı ünvan 1 ünvanın qarşısında vermişdir. Cavabdeh onu düzəldəcəyi işlə bağlı 6-7 ay gözləməyini demişdir. O, həmin müddəti gözlədikdən sonra Cavabdeh ilə əlaqə saxlayaraq işin nə yerdə olduğunu soruşduqda Cavabdeh onun işinin alınmadığını və pulu ona geri qaytaracağını demişdir. Cavabdeh ona verilən 6500 manat puldan 2500 manat daha sonra isə 200 manat qaytarmışdır. Borclu Cavabdeh ona 3800 manat məbləğində pul verməlidir. O, dəfələrlə Cavabdeh 3800 manat pulunun geri qaytarılmasını istəməyinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Cavabdeh onun etibarından sui-istifadə, dələduzluq hərəkətləri edərək pulunu qaytarmaq istəmir. O, məcburiyət qarışısında qalaraq Cavabdeh hərəkətlərindən DİN-in 102 xitmətinə zəng vuraraq, eləcə də, şikayət ərizəsi ilə Sabunçu RPİ-nin 13-cü PŞ-yə şikayət etmişdir. Sabunçu rayon polis idarəsinin müstəntiqi borclu Cavabdeh polis şöbəsinə dəvət edərək izahatını aldıqdan sonra onun şikayətinin mülki xarakterli olduğuna görə xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edildi. Qərarın təsviri hissəsində göstərilənlərə nəzər alaraq toplamış mateial üzrə cinayət işinin başlanması rədd edilərək ona məhkəməyə mülki qaydada müraciət etmək hüququ izah edilmişdir. Borclu onun pulunu qaytarmaq istəmir. Cavadehlə bu barədə dəfələrlə söhbət etmələrinə baxmayaraq, onun sözlərinə hörmətsiz yanaşmışdır. Müraciətində göstərilən xüsusatlar DİN-nin səlahiyyətində aid olmadığı üçün qaldırılan məsələnin həlli mümkün olmaması ilə bağlı mülki qaydada aidiyyatı üzrə rayon Məhkəməsinə müraciət etməyi məqsədə uyğun görülmüşdür. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək göstərdi ki, cavabdeh ondan işə düzəltmək adından 6500 manat məbləğində pul almışdır və 6 ay gözləmələrini demişdir. Daha sonra onunla əlaqə saxlanılan zaman o, işin alınmadığını və pulu qaytaracağını demişdir. Hal hazırda onun 3700 manat borcu qalmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini məhkəməyə göstərməmişdir. Mülki işin materialları: -Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Samir Ağayevin qərarından görünür ki, Cavabdeh İddiaçı aldığı 6500 manat borc pulun 2700 manat hissəsini qaytardığından və toplanmış materialda qeyd olunan xüsusatlar cinayət deyil, mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinə hüquqi qiymət verməzdən əvvəl qeyd edir ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı preyudisial əhəmiyyətə malik olmaqla, MPM-nin 82.4-cu maddəsinə əsasən hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi xarakter daşıyır. İş materiallarında olan və preyudisial əhəmiyyətə malik olan qərarın məzmunundan Cavabdeh İddiaçı 6500 manat məbləğində pul vəsaitini borc olaraq alması və həmin borcdan 2700 manat məbləğində hissəsini geri qaytarması hadisəsinin olması müəyyənləşdirilir və məhkəmə hesab edir ki, həmin qərar həmin hissədə preyudisial əhəmiyyətə malik olmaqla, hadisənin olub olmamasını müəyyənləşdirmək həmin cinayət təqibi üzrə sübutetmə predmetini təşkil etmiş və araşdırma əsasında müəyyən edilmişdir. Odur ki, məhkəmə qərarın həmin hissədə preyudisiallığı ilə razılaşaraq qeyd edir ki, həmin hadisənin olub olmaması məsələsi artıq mübahisələndirilməməlidir. Məhkəmə preyudisial əhəmiyyət kəsb edən hallara mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, məhkəmə hesab edir ki, mübahisənin maddi hüquqi əsasını Azərbaycan Respublikası MM-nin 1091.1-ci maddəsi təşkil edir. Yuxarıda qeyd olunan hüquq normalarından göründüyü kimi, əsassız varlanma iddiası aşağıdakı dispozisiya şərtlərinin hər birinin mövcud olduğu halda təmin edilməlidir. 1) Cavabdeh iddiaçının hesabına varlanmalıdır. 2) Cavabdehin varlanmasının hüquqi əsası olmamalıdır. Yanlız yuxarıda qeyd olunan şərtlərinin hər biri olduğu halda əsassız varlanma iddiası təmin edilə bilər. İşin hallarından görünür ki, Cavabdeh İddiaçı pul vəsaiti hesabına varlanmışdır və bu varlanmanın müqavilə və qanuni əsası mövcud deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə iddianın qiyməti ilə bağlı qeyd edir ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, cavabdeh həmin iddia tələbi üzrə olan 3800 manat puldan 100 manat ödəniş etmişdir və onun 3700 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə borcdan 100 manat ödəniş hissəsi nəzərə alınmalı və iddia həmin hissədə təmin olunmamalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 3700 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddianın təmin olunan hissəsinə mütənasib olaraq iddiaçının ödədiyi 57 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu yerdə qalan hissədə iddiaçının özünə aid edilsin. Nəticə hissəsi Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3700 manat məbləğində pul və ödənilmiş 57 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №2(008)-5264/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5264/2025
28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver