Məhkəmə qərarları › İş №2(008)-5278/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5278/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5278/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29.12.2019-cu il tarixli müqaviləyə əsasən 2220.4 (iki min iki yüz iyirmi manat, qırx qəpik) manat ödənilməmiş hissə, 621 (altı yüz iyirmi bir) manat dəbbə pulu, 31.08.2019-cu il tarixli müqaviləyə əsasən 647 (altı yüz qırx yeddi) manat ödənilməmiş hissə, 201 (iki yüz bir) manat dəbbə pulu, 23.03.2019-cu il tarixli müqaviləyə əsasən 264 (iki yüz altmış dörd) manat ödənilməmiş hissə, 79 (yetmiş doqquz) manat dəbbə pulu, 13.11.2019-cu il tarixli müqaviləsinə əsasən 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 428 (dörd yüz iyirmi səkkiz) manat dəbbə pulu, 22.03.2020-ci il tarixli müqaviləyə əsasən 1865,8 (bir min səkkiz yüz altmış beş manat, səksən qəpik) ödənilməmiş hissə, 437 (dörd yüz otuz yeddi) manat dəbbə pulu olmaqla, cəmi 8191.2 (səkkiz min bir yüz doxsan bir manat, iyirmi qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 29.12.2019-cu il, 31.08.2019-cu il, 23.03.2019-cu il və 13.11.2019-cu il, 22.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Soyuducu LG, Soyuducu Samsung, Samsung Led TV, Samsung LED TV və Sony KD televizor almış və nəticədə 8191.2 (səkkiz min bir yüz doxsan bir manat, iyirmi qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2498.4 manat (18 ay x 138.8 manat + 0 manat ilkin ödəniş) Soyuducu LG üçün ümumilikdə, 2841,4 manat olmaqla ondan, 2220.4 (iki min iki yüz iyirmi manat, qırx qəpik) manat ödənilməmiş hissə, 621 manat dəbbə, 31.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1474 manat (11 ay x 134 manat + 0 manat ilkin ödəniş) Soyuducu Samsung üçün ümumilikdə, 848 (səkkiz yüz qırx səkkiz) manat olmaqla ondan, 647 (altı yüz qırx yeddi) manat ödənilməmiş hissə, 201 (iki yüz bir) manat dəbbə, 23.03.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 793 manat (18 ay x 44 manat +1 manat ilkin ödəniş) Samsung LED televizor üçün ümumilikdə, 343 manat olmaqla ondan, 264 manat ödənilməmiş hissə, 79 manat dəbbə pulu, 13.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1838 manat (18x102 manat+2 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə. 1856 manat olmaqla, ondan, 1428 manat ödənilməmiş hissə, 428 manat dəbbə, 22.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2017.8 manat (18 ay x 112,1 manat + 0 manat ilkin ödəniş) Sony KD televizor üçün ümumilikdə, 2302,8 manat olmaqla ondan, 1865.8 manat ödənilməmiş hissə, 437 manat dəbbə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2196 manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini, məhkəmə qərarından sonra ödənişlər edəcəyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.12.2019-cu il tarixli, 01170660 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh LG markalı soyuducu almışdır. -29.12.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh LG markalı soyuducunu təhvil almışdır. -29.12.2019-cu il tarixli, 01170660 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 138.8 manat müəyyən edilmişdir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31.08.2019-cu il tarixli 00880732 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Samsung markalı soyuducu almışdır. -31.08.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Samsung markalı soyuducunu təhvil almışdır. - 31.08.2019-cu il tarixli 00880732 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödəniş 134 manat müəyyən edilmişdir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.03.2019-cu il tarixli 00579104 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Samsung LED televizor almışdır. -23.03.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Samsung LED televizoru təhvil almışdır. -23.03.2019-cu il tarixli 00579104 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqqavilə üzrə aylıq ödəniş 44 manat təşkil edir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.11.2019-cu il tarixli 01047660 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Samsung LED televizor almışdır. -13.11.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Samsung LED televizoru təhvil almışdır. -13.11.2019-cu il tarixli 01047660 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqqavilə üzrə aylıq ödəniş 102 manat təşkil edir. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22.03.2020-ci il tarixli, 20195157 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Sony KD televizor almışdır. -22.03.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Sony KD televizoru təhvil almışdır. -22.03.2020-ci il tarixli 20195157 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqqavilə üzrə aylıq ödəniş 112.1 manat təşkil edir. -İş materiallarına əlave edilmiş 21.12.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, сavabdeh 29.12.2019-cu il tarixli, 31.08.2019-cu il tarixli, 23.03.2019-cu il tarixli, 13.11.2019-cu il, 22.03.2020-ci il krediti müqavilələri üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. - 02 iyun 2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X1 29.12.2020-ci il tarixli müqaviləyə əsasən 2220.4 (iki min iki yüz iyirmi manat, qırx qəpik) manat ödənilməmiş hissə, 621 (altı yüz iyirmi bir) manat dəbbə pulu, 31.08.2019-cu il tarixli müqaviləyə əsasən 647 (altı yüz qırx yeddi) manat ödənilməmiş hissə, 201 (iki yüz bir) manat dəbbə pulu, 23.03.2019-cu il tarixli müqaviləyə əsasən 264 (iki yüz altmış dörd) manat ödənilməmiş hissə, 79 (yetmiş doqquz) manat dəbbə pulu, 13.11.2019-cu il tarixli müqaviləyə əsasən 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 428 (dörd yüz iyirmi səkkiz) manat dəbbə pulu, 22.03.2020-ci il tarixli müqaviləyə əsasən 1865.8 (bir min səkkiz yüz altmış beş manat, səksən qəpik) manat ödənilməmiş hissə, 437 (dörd yüz otuz yeddi) manat dəbbə borcu olmaqla, cəmi 8191.2 (səkkiz min bir yüz doxsan bir manat, iyirmi qəpik) manat məbləğində ABC Telecom MMC-ə borcu vardır. - İş materiallarına əlavə edilmiş qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən 29.12.2019-cu il tarixli müqaviləyə əsasən 20 (iyirmi) manat dəbbə pulu, 31.08.2019-cu il tarixli müqaviləyə əsasən 10 (on) manat dəbbə pulu, 23.03.2019-cu il tarixli müqaviləyə əsasən isə 7 (yeddi) manat dəbbə pulu, 13.11.2019-cu il tarixli müqaviləyə əsasən isə 10 (on) manat dəbbə pulu, 22.03.2020-ci il tarixli müqaviləyə əsasən 15 (on beş) manat dəbbə pulu tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin dövlət rüsumunun ödənilməsi hissədində də qismən təmin edilərək 20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 29.12.2019-cu il tarixli müqaviləyə əsasən 2220.4 (iki min iki yüz iyirmi manat, qırx qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, 31.08.2019-cu il tarixli müqaviləyə əsasən 647 (altı yüz qırx yeddi) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 23.03.2019-cu il tarixli müqaviləyə əsasən 264 (iki yüz altmış dörd) manat ödənilməmiş hissə, 7 (yeddi) manat dəbbə pulu, 13.11.2019-cu il tarixli müqaviləsinə əsasən 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 22.03.2020-ci il tarixli müqaviləyə əsasən 1865,8 (bir min səkkiz yüz altmış beş manat, səksən qəpik) ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu olmaqla, cəmi 6487.2 (altı min dört yüz seksən yeddi manat, iyirmi qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 29.12.2019-cu il tarixli müqaviləyə əsasən 2220.4 (iki min iki yüz iyirmi manat, qırx qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, 31.08.2019-cu il tarixli müqaviləyə əsasən 647 (altı yüz qırx yeddi) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 23.03.2019-cu il tarixli müqaviləyə əsasən 264 (iki yüz altmış dörd) manat ödənilməmiş hissə, 7 (yeddi) manat dəbbə pulu, 13.11.2019-cu il tarixli müqaviləsinə əsasən 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 22.03.2020-ci il tarixli müqaviləyə əsasən 1865,8 (bir min səkkiz yüz altmış beş manat, səksən qəpik) ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu olmaqla, cəmi 6487. 2 (altı min dört yüz seksən yeddi manat, iyirmi qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar