Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5318/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyeva Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 (dörd yüz) manat məbləğində cari borcun, iddia ərizəsinin və sorğunun tərtib olunması üçün 60 (altmış) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 490 (dörd yüz doxsan) manat məbləğində pul vəsaitinin tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh xx.xx.2023-cü il tarixində 400 (dörd yüz yetmiş) manat, xx.xx.2023-cü il tarixində isə 70 (yetmiş) manat məbləğində borc pul vermişdir. Cavabdeh onun tanışı olmuş, maddi imkanı olmadığı üçün ondan borc pul istəmişdir. O, da öz insani keyfiyyətlərindən irəli gələrək cavabdehin maddi imkanının olmaması səbəbindən ona borc pul verməyi qəbul etmişdir. Borc pulun verilməsi Cavabdeh ilə razılaşdırılmış qaydada kart hesabına (Leo Bank hesabına) mədaxil edilməklə həyata keçirilmişdir. Belə ki, bank hesabına göndərilmiş borc pulun cavabdehin hesabına köçürülməsi faktı Cavabdeh ilə “Whatsapp” tətbiqi üzrə yazışmalara da öz əksini tapmışdır. Cavabdeh borc pulu 1 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. O, Cavabdeh etibar etdiyi üçün onun borc pulu ödəyəcəyi vədinə inanmışdır. Lakin dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq Cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etməmişdir. Belə ki, cavabdeh sonuncu 70 (yetmiş) manat məbləğində borc pulu hissə-hissə ödəmiş, lakin qalan 400 (dörd yüz) manat məbləğində borc pulu isə ödəməmişdir. Dəfərlərlə müraciət edərək borc pulun ödənilməsini tələb etdikdə isə subut edə bilməyəcəyini onun həmin pulu ödədiyini deyəcəyini deyərək öhdəliyindən yayınmışdır. Cavabdeh öz öhdəliklərini icra etməməsi, öhdəliyini icra etməkdən yayınmasına görə və məsuliyyətə cəlb edilməsi üçün o, Daxili İşlər Nazirliyinin 102 xidməti vasitəsilə şikayət vermişdir. İş ərazi aidiyyatı üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin icraatına təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı RPİ-nin 33cü Polis Bölməsinin əməkdaşları tərəfindən Cavabdeh izahatı alınmışdır. Cavabdeh verdiyi izahatda ondan borca aldığını etiraf etmiş və bildirmişdir ki, guya tərəfindən verilən xx.xx.2023-cü il tarixində 400 (dörd yüz yetmiş) manat, xx.xx.2023-cü il tarixində 70 (yetmiş) manat məbləğində borc pulu tam şəkildə borcun alınmasında bir neçə gün sonra əlbəəl ödəmişdir. Lakin cavabdeh ona yalnız 70 (yetmiş) manat qaytarmış, 400 (dörd yüz) manat məbləğində pulun geri qaytarılmasından yayınmışdır. “Whatsapp” tətbiqi üzrə yazışmalarda xx.xx.2023-cü il tarixində borc pulu tələb etdiyi zaman cavabdeh sosial şəbəkədə onu bloklamış, daha sonra yazışmaya qadağa qoymuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdehdən 470 manat məbləğində pul aldığını, lakin qeyd edilən pulu sonradan cavabdehə qaytarmış olduğunu bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin 03 iyul 2023-cü il tarixli 3-13-54-4/2A-4129/11/23 nömrəli İddiaçı ünvanladığı məktubundan görünür ki, İddiaçı şikayəti üzrə Cavabdeh izahatı alınmış, lakin sonuncu ona olan 400 manat borcunu əlbəəl qaytardığını qeyd etmişdir. Araşdırma zamanı, ərizənizdə göstərilən xüsusatların mülki mübahisə predmeti olaraq məhkəmələr tərəfindən araşdırılmalı olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ödəyici İddiaçı Cavabdeh LeoBank kart hesabına 400 manat məbləğində pul vəsaiti göndərmişdir. xx.xx.2023- cü il tarixli qəbzdən görünür ki, ödəyici İddiaçı Cavabdeh LeoBank kart hesabına 70 manat məbləğində pul vəsaiti göndərmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, X1 tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X1 tərəfindən iddia ərizəsi və sorğu üçün 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Beləliklə məhkəmə qeyd etməyi zərurui hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən ödəniş qəbzlərindən görünür ki, cavabdeh iddiaçıdan 470 manat məbləğində pul almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehin ondan almış olduğu pulun 70 manat olan hissəsini qaytarmış olduğunu, digər hissələrini isə qaytarmadığndan məhkəməyə müraciət etmiş olduğunu bildirdi. Cavabdeh isə iddiaçıdan almış olduğu 470 manat pulu qaytarmış olduğunu bildirsədə bunuda təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1 və 529.3-cü maddələrinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissəhissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Bundan başqa məhkəmə iddia tələbinin iddia ərizəsinin yazılması və sorğunun verilməsinə görə 60 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia ərizəsinin ödənişli formadı yazılması məhkəmədə zəruri olan hal olmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hssəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 400 ( dörd yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5318/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5318/2023
20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver