Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5339/2023 28.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı baş vermiş qəza nəticəsində əmlaka dəymiş 2500 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,, Müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh qarşı iddia verərək baş vermiş qəza nəticəsində əmlaka dəymiş 2500 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində saat 07.30-da Bakı şəhəri, Heydər Əliyev prospektində yol-qəzası baş vermişdir. Azlənd Plaza MMC-yə məxsus olan İsuzu avtobus ** TH *** dövlət qeydiyyat nişanlı hadisə baş verən anda Azlənd Plaza MMC-nin sürücüsü Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir, nəticədə avtobusa xəsarət yetirərək Azlənd MMC-yə maddi ziyan vurulmuşdur. Avtonəqliyyat vasitəsinə qəza nəticəsində dəyən ziyan hesablanmış və ümumi ziyan 2500 manat müəyyən edilmişdir. Cavabdehlə imzalanan əmək müqaviləsinin 5-ci maddəsinə əsasən, tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə ödəməyi öhdəsinə götürür. Əgər tərəflərdən biri digərinin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. Ancaq cavabdehlə hər hansı bir razılığa gəlinməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmənin iclasına çağırılmışlar, lakin iddiaçı və cavabdeh məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Bundan başqa, iddia ərizəsindən göründüyü kimi, mübahisə əmək münasibətlərindən yaranmış, lakin iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmələrinə dair müvafiq arayışı və ya protokolu iddia ərizəsinə əlavə etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə və 259.0.13-cü maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda iddia ərizəsi baxılmamış saxlanır. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 21.9, 21.9.1, 28.1-ci maddələrə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etmələrinə dair müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə, iddia ərizəsi məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin: 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC nun Cavabdeh qarşı baş vermiş qəza nəticəsində əmlaka dəymiş 2500 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5339/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5339/2023
28.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver