Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-537/2022 19.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyət hüququnun tanınması, alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ya pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyət hüququnun tanınması, alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ya pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsinə İddiaçı2 MMC-nin mülkiyyət hüququnun tanınması, ünvan 1 ünvanında yerləşən 0.07 ha torpaq sahəsinə dair İddiaçı2 MMC ilə alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması və ya ünvan 1 ünvanında yerləşən 0.07 ha torpaq sahəsinə görə İddiaçı1 tərəfindən ödənilən 233.971,12 manat (iki yüz otuz üç min doqquz vüz yetmiş bir manat on iki qəpik) manat məbləğin cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşıdır. Belə ki, o, Azərbaycan Respublikasında turist qismində olduğu vaxt hazırkı iş üzrə cavabdeh olan və Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh1 ilə tanış olmuşdur. Sonuncu isə iddiaçını xx.xx.1961-ci il təvəllüdlü atası Cavabdeh2 ilə tanış etmişdir. Bundan sonra Cavabdeh1 iddiaçını 26.04.1982-ci il təvəllüdlü X15 ilə tanış etmişdir. Daha sonra göstərilən şəxslər birləşərək iddiaçını İddiaçı1 ölkədə qonaq (turist) olmasından, Azərbaycan dilini bilməməsindən və ən əsası etibarından sui-istifadə etməklə onun pullarını mənimsəyərək başına olmazın oyunlar açmış və iddiaçıya qarşı xeyli qanunsuz əməllərə yol vermişlər. Belə ki, 2017-ci ilin sentyabr ayında Cavabdeh1 iddiaçınıya ünvan 2 ünvanında yerləşən 0.09 ha ölçüdə guya ucuz qiymətə torpaq sahəsinin satıldığı və həmin torpaq sahəsinin onun tərəfindən alınaraq orada özü üçün yaxşı bir villa tikməsi və gələcəkdə Azərbaycana gələrkən otellərdə deyil, məhz öz şəxsi bağ evində qalması barədə təklif irəli sürmüşdür. Daha sonra iddiaçı onun bu təklifi ilə bu şərtlə razı olmuşdur ki, həmin torpaq sahəsi tam şəkildə onun Azərbaycan Respublikasında yaratdığı İddiaçı2 MMC adlı şirkətin adına rəsmiləşdirilsin. Çünki iddiaçı əcnəbi şəxs olduğundan həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinin mümkünsüz olmasından (qanunla buna yol verilmədiyindən) məlumatlı idi və buna görə də yalnız öz adına şirkət təsis etdikdən sonra həmin torpaq sahəsinin yeni yaradılan şirkətin adına alqı-satqı edilməsi barədə öz aralarında şifahi razılığa gəlmişlər. Cavabdeh1 bununla razılaşmış və onun Azərbaycan bankları ilə problemləri olduğundan (müəyyən kreditlər üzrə ödənişləri etmədiyi üçün barəsində məhkəmə qətnamələri olduğu üçün) müvafiq pulun onun öz adına deyil, məhz atası və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh2 adına göndərilməsini bildirmişdir. Daha sonra iddiaçı öz vətənindən, yəni Əbu- Dabidən 11 sentyabr 2017-ci il tarixdə Əbu-Dabi Milli Bankı vasitəsilə 650.000,00 AED-BƏƏ dirhəmi (650.000,00 AED-BƏƏ dirhəmi x 0.4628 = 300.820,00 manat) pul köçürməsi etmiş və Cavabdeh2 da həmin göndərilən pulu şəxsən "xxxx"dan çıxardaraq oğlu Cavabdeh1 ilə birlikdə xərcləmişlər. Qeyd olunmalıdır ki, 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli “İcarə” müqaviləsi Bakı şəhəri 9 saylı Notariat ofisi tərəfindən təsdiq edilərkən də X3 Elçin Məhəmmədəli oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olmuşdur. Cavabdeh1 bir çox məsələlərdə atası Cavabdeh2 istifadə etməsinə baxmayaraq əcnəbiyə qarşı yol verilən bütün bu qanunsuzluqlara birbaşa rəhbərlik etmişdir. Göründüyü kimi, tərəflər arasında qeyd olunan şərtlərlə şifahi müqavilə bağlanılsa da cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri qismən icra etmiş və 0.09 ha torpaq sahəsinin yalnız 0.02 sotunda yerləşən bağ evinin əcnəbinin adına rəsmiləşdirilməsini həyata keçirmişdir. Yerdə qalan 0.07 ha torpaq sahəsini isə əcnəbini aldararaq yalnız Bakı şəhəri 9 saylı Notariat ofisində 28 sentyabr 2018-ci il tarixli, 3M- 1168 reyestr nömrəli “İcarə” müqaviləsini bağlamaqla kifayətlənmişdir. Nəticədə cavabdeh əcnəbiyə qeyd olunan 0.07 ha torpaq sahəsinin də onun adına rəsmiləşdirildiyini bildirmişdir. Əcnəbi isə ona inanmış və Azərbaycan dilini bilmədiyindən (Bakı şəhəri 9 saylı Notariat ofisində göstərilən müqavilə rəsmiləşdirilərkən tərcüməçi ilə təmin edilmədiyindən) elə məhz həmin “İcarə” müqaviləsi ilə də həmin torpaq sahəsinin onun şirkətinin adına rəsmiləşdirildiyi qənaətinə gəlmişdir. Qeyd olunmalıdır ki, Bakı şəhəri. Sabunçu rayonu. Pirşağı qəsəbəsi ünvanında yerləşən 94 saylı bağ evi hazırda əcnəbinin adına olmaqla ona məxsusdur. Bu Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına verilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestrində 161 nömrəli reyestr kitabının 15934 nömrəli vərəqində qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli, 04.10.2018-ci il tarixli “Çıxarışla” da bir daha təsdiq olunur. Xüsusilə qeyd olunmalıdır ki, göstərilən bağ evi və 0.09 ha torpaq sahəsində yerləşən digər köməkçi və başqa tikililərin hamısı məhz əcnəbi şəxsin öz vəsaiti hesabına inşa edilmişdir. Belə ki, həmin torpaq sahəsi reallıqda başqa bir qadına məxsus olmuşdur. Cavabdeh1 həmin torpaq sahəsini qeyd olunan qadından daha ucuz qiymətə almış və sonra onu dəyərindən dəfələrlə yüksək qiymətə əcnəbiyə satmağa nail olmuş və bu azmış həmin torpaq sahəsini aralarında gəldikləri razılaşmaya uyğun olaraq əcnəbi şəxsə məxsus hazırkı iş üzrə İddiaçı2 MMC-nin adına rəsmiləşdirməmişdir. Qeyd olunan şəxslər bununla kifayətlənməyərək, həmçinin əcnəbi şəxsə “tələ” qismində “Nikah müqaviləsi” də imzalatmışdırlar ki, gələcəkdə onun pullarını bir az mənimsəmək daha da rahat olsun. Hansı ki, həmin sənədin də heç bir hüquqi əsası yoxdur. Həmçinin qeyd olunan bütün bu qanunsuz hərəkətlərə rəhbərlik edən Cavabdeh1 (hazırda Azərbaycan Respublikasında yaşamır və iddiaçıdan mənimsədiyi pullar vasitəsilə Kanadaya köçərək hazırda orada yaşayır) iddiaçı ilə tanış etdiyi X10 da idarə edərək (hazırda da Dilrubə Elçinin bir növ burada nümayəndəsi olaraq onun qanunsuz göstərişlərini icra eləməkdədir) onu qanunsuz şəkildə iddiaçının bağ evinə salmış və ona tapşırıq vermişdir ki, oradan çıxmasın. Bununla bağlı iddiaçı tərəfindən Bakı şəhəri Sabunçu rayon Məhkəməsində cavabdeh X6 qeyd olunan “bağ evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair” iddia qaldırılmış və məhkəmə tərəfindən iddiaların tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmışdır. Təsadüfi deyildir ki, əcnəbi aldadıldığını bildikdən və öz hüquqlarını müdafiə etməyə başladıqdan sonra Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı məhkəmədə iddia qaldıraraq, 28.09.2018-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi və bu günə qədər ödənilməmiş icarə haqqının bank uçot faiz dərəcəsi və mənəvi ziyan nəzərə alınmaqla 10825 manat pulun tutulması tələbi barədə məhkəməyə müraciət etmişdir. Necə olur ki, 200 manat olan icarə haqqı məbləğləri az qala bu 3 ildə onun ailə üzvlərinə ehtiyac olmur, elə məhz indiki vaxtda bu onun yadına düşür? Göstərilənlər bir daha onu sübut edir ki, həmin iddia tamamilə əsassızdır. Yuxarıda qeyd olunan işin hallarından tam şəkildə aydın olur ki, 1) Cavabdeh1, 2) Cavabdeh2 və 3) X15 Azərbaycan Respublikasında qonaq olan əcnəbi şəxs - İddiaçı1 qarşı çoxlu sayda qanunsuz hərəkətlərə yol verərək onun pullarını mənimsəmiş və onun Azərbaycan dilini bilməməsindən istifadə edərək ona saxta sənədlərə qol çəkdirmişdirlər. Xüsusilə mühüm bir məqam odur ki, göstərilən şəxs ölkəyə teztez gələn turistdir və turist olaraq qonağa qarşı belə bir qanunsuz hərəkətin edilməsi tam yolverilməzdir və qeyd olunan özbaşınalığın qarşısı alınmayacağı təqdirdə bunun əcnəbilərə münasibətdə ölkə barədə mənfi fikrin formalaşdırılmaması və turistlərə qarşı yerli vətəndaşlar tərəfindən bu cür qanunsuz əməllərə yol verilməsi kimi məlumatların yayılmaması qaçılmaz olacaqdır. Göründüyü kimi, tərəflər arasında şifahi razılaşmaya əsasən bağ evi iddiaçının adına, bağ evinin yerləşdiyi torpaq sahəsi isə iddiaçıya məxsus şirkətin adına rəsmiləşdirilməli idi. Təəssüflər olsun ki, cavabdeh əcnəbinin Azərbaycan dilini bilməməsindən istifadə edərək torpaq sahəsini onun şirkətinin adına deyil, yalnız notariat kontorunda “İcarə müqaviləsi” bağlayaraq onun istifadəsinə verməklə kifayətlənmişdir. İddiaçıya yalnız yaxın vaxtlarda onun qeyd olunan şəxslər tərəfindən aldadıldığı və etibarından sui-istifadə edilərək başına belə bir oyun açıldığı məlum olmuşdur. 26 noyabr 1999-cu il tarixli “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir. 11 sentyabr 2000-ci il tarixli “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 9-cu bəndinə əsasən, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Həmin sənədin notarius tərəfindən edilmiş tərcüməsinin düzgünlüyü və ya sənədi tərcümə etmiş tərcüməçinin imzasının həqiqiliyi təsdiq olunur. Təəssüflər olsun ki, Bakı səhəri 9 saylı Notariat ofisi 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 revestr nömrəli “İcarə” müqaviləsini əcnəbinin bildiyi “Ərəb” və va “İngilis” dilinə tərcümə edilməsini təmin etməmiş və bununla da “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun, həmçinin “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələblərini kobud şəkildə pozmaqla onu rəsmiləşdirmişdir. Qeyd olunmalıdır ki, həmin vaxtda göstərilən 0.09 ha torpaq sahəsinin 1 (bir) sotunun real bazar qiyməti təxminən 5.000,00 (beş min) manat olduğu halda cavabdeh həmin torpaq sahəsini əcnəbiyə real dəyərindən, yəni 5.000,00 x 9 sot = 45.000,00 manat əvəzinə, xeyli baha qiymətə olmaqla 300.820,00 manata (650.000,00 AED- BƏƏ dirhəmə) satmış və hətta sonda verdiyi vədə əməl etməyərək 0.07 ha torpaq sahəsini əcnəbiyə məxsus şirkətin adına rəsmiləsdirilməsindən əsassız səkildə imtina etmişdir. Nəticədə qeyd olunan 9 (doqquz) sot torpaq sahəsinin 1 (bir) sotu əcnəbi üçün 33.424,44 (300.820,00 / 9 sot = 33.424.44 ) manata başa gəlmişdir. Nəzərə alınsa ki, göstərilən 0.09 ha torpaq sahəsinin yalnız 2 (iki) sotu əcnəbinin adına rəsmiləşdirilmiş və yerdə qalan 0.07 ha (yəni 7 sot) əcnəbinin şirkətinin adına rəsmiləşdirilməmişdir, bu halda cavabdehlər əcnəbinin onlara ödədiyi 233.971,12 manat məbləği (300.820,00 - 66.848.88 (yəni bağ evinin yerləşdiyi 2 sotun dəyəri) = 233.971,12) ona geri ödəməlidirlər. Bu səbəbdən hazırda Cavabdeh1 ya qeyd olunan 0.09 ha torpaq sahəsini əcnəbiyə məxsus şirkətin adına rəsmiləşdirməli, ya da ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 233.971,12 (iki yüz otuz üç min doqquz yüz yetmiş bir manat on iki qəpik) manat məbləği əcnəbiyə geri ödəməlidirlər. İddiaçının nümayəndəsinin və vəkilinin iddia ərizəsinə əlavə ilə 28.10.2021-ci il tarixində məhkəməyə müraciətə edərək ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsinə İddiaçı2 MMC-nin mülkiyyət hüququnun tanınması, ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsinə dair İddiaçı2 MMC ilə alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması və ya ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsinə görə İddiaçı1 tərəfindən ödənilən 299.320,47 (iki yüz doxsan doqquz min üç yüz iyirmi manat qırx yeddi qəpik) manat məbləğin müştərək qaydada cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sözügedən iddia ərizəsinə əlavə göstərilmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli qərardadının "xxxx" ASC-nin HD-336/21 saylı, 26.10.2021ci il tarixli “Cavab məktubu” ilə cavablandırılması və işin digər zəruri halları üzrə iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Həmin “Cavab məktubu”na əsasən: “Cavabdeh2 USD valyutasında olan cari hesabına BƏƏ-dən İddiaçı1 tərəfindən 19.09.2017-ci il tarixində 176.070,87 USD köçürmə olmuş, 21.09.2017-ci il tarixində "xxxx" ASC-nin Baş İdarəsinin Müştəri Xidmətləri Departamentinin kassasından Cavabdeh2 tərəfindən 174.846,94 USD məbləğində vəsait nağdlaşdırılmışdır. Nağdlaşdırmaya görə komissiya 1.223,93 USD təşkil etmişdir.” Göründüyü kimi, Əliyev X5 Məhəmmədəli Komu oğlu vasitəsi ilə İddiaçı1 299.320,47 (iki yüz doxsan doqquz min üç yüz iyirmi manat qırx yeddi qəpik) manat vəsait əldə etsə də razılaşmaya əsasən 0.09 ha torpaq sahəsini onun təsis etdiyi şirkətin adına rəsmiləşdirməmiş, əcnəbini aldararaq həmin torpaq sahəsini guya onun təsis etdiyi şirkətin adına rəsmiləşdirmək adı ilə onunla “İcarə” müqaviləsi bağlamış, bu azmış göstərilən torpaq sahəsini ona aylığı 200 manat icarə haqqı olmaqla icarəyə vermişdir və nəticədə yalnız həmin torpaq sahəsinin üzərində yerləşən 179,6 kv metrdən ibarət olan 94 saylı bağ evini onunla alqı-satqı etmişdir. Həmçinin məhkəmənin diqqətinə Əmlak Ekspert Mərkəzi tərəfindən verilən 13.10.2021 -ci il tarixli, ƏEM/O 44-979/21 saylı “Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə” Hesabatı çatdıraraq həmin “Hesabat”a əsasən: Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində İddiaçı1 məxsus olan 94 saylı bağ evinin yerləşdiyi 0,09 ha torpaq sahəsinin 0,01 ha üzrə 2017- 2018-ci il tarixinə bazar dəyərinin 4.800,00 (dörd min səkkiz yüz) manat təşkil etməsi göstərilir. Buradan isə qeyd olunan 9 (doqquz) sot torpaq sahəsinin 1 (bir) sotunun əcnəbi üçün 33.257,83 (299.320,47 / 9 sot = 33.257,83) manata başa gəldiyi (başqa sözlə desək, 1 (bir) sot torpaq əcnəbi üçün real dəyərindən təxminən 7 dəfə baha qiymətə olmaqla ona başa gəlmişdir) və hətta Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində İddiaçı1 məxsus olan 94 saylı bağ evinin yerləşdiyi 0,09 ha torpaq sahəsinin onun təsis etdiyi şirkətin adına rəsmiləşdirilmədiyi müəyyən olunur. Bu səbəbdən cavabdehlər əcnəbinin onlara ödədiyi 299.320,47 (iki yüz doxsan doqquz min üç yüz iyirmi manat qırx yeddi qəpik) manat məbləği ona geri ödəməlidirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə dair 16.11.2021-ci il tarixində yazılı etiraz və mülahizələri təqdim edərək qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin icraatında (hakim: Nilufər Cəfərli) iddiaçılar - İddiaçı1 və İddiaçı2 MMC-nin Cavabdeh1 və onun atası Cavabdeh2 qarşı adı bəlli olmayan və tərəflər arasında müqavilə bağlanması tələb olunan iddia tələbi ilə bağlı mülki işə baxılır. Məhkəmə prosesi 17 noyabr 2021-ci il tarixinə təyin edilmişdir. Həmin iddia ərizəsi ilə, iddiaçı ünvan 1 ünvanında yerləşən 0.07 ha torpaq sahəsinə dair "xxxx" MMC ilə alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh1 Məhəmmədəli oğlunun üzərinə qoyulmasını və ya Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 94 saylı bağ evi ünvanında yerləşən 0.07 ha torpaq sahəsinə görə İddiaçı1 tərəfindən ödənilən 233.971,12 manat (iki yüz otuz üç min doqquz yüz yetmiş bir manat on iki qəəpik) məbləğin cavabdehlərdən müştərək qaydada İddiaçı1 xeyrinə tutulmasını tələb etmişdir. İddiaçı1 iddiasını onunla əsaslandırır ki, Əbu Dabidərı 11 sentyabr 2017-ci il tarixdə Əbu Dabi milli bankı vasitəsilə 650.000 AED-BƏƏ dirhəmi (300.820 manat) pul köçürməsi etmiş X11 həmin göndərilən pulu şəxsən Bank of Baku-dan çıxardaraq Cavabdeh1 Məmmədəli oğlu ilə birlikdə xərcləmişlər. İddiaçılar adından çıxış etdiyini iddia etməklə, özünü iddiaçıların vəkili və nümayəndəsi kimi təqdim edən, Vəkil1 tərtib etdiyi və özünün şəxsən imzaladığı iddia ərizəsində göstərir ki, güya tərəflər arasında qeyd olunan şərtlərlə şifahi müqavilə bağlanılsa da, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri qismən icra etmiş və 0.09 ha. torpaq sahəsinin yalnız 0.02 sotunda yerləşən bağ evinin iddiaçının adına rəsmiləşdirilməsini həyata keçirmişdir. Yerdə qalan 0.07 ha torpaq sahəsini isə yalnız Bakı şəhəri 9 saylı Natoriat ofisində 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli “İcarə müqaviləsini bağlamaqla kifayətlənmişdir”. Nəticədə cavabdeh əcnəbiyə qeyd olunan 0.07 ha torpaq sahəsinin də onun adına rəsmiləşdirdiyini bildirmişdir. Əcnəbi isə ona inanmış və Azərbaycan dilini bilmədiyindən (Bakı şəhəri 9 saylı Notariat ofisində göstərilən müqavilə rəsmiləşdirilərkən tərcüməçi ilə təmin edilmədiyindən ) eləm əhz həmin “İcarə ” müqaviləsi ilə də həmin torpaq sahəsinin onun şirktinin adına rəsmiləşdirildiyi qənaətinə gəlmişdir. Qeyd olunmalıdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən 94 saylı bağ evi hazırda əcnəbinin adına olmaqla ona məxsusdur. Bu Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onım adına verilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestrində 161 N°-li reyestr kitabının 15934 Ns-li vərəqində qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli, 04.10.2018-ci il tarixli “Çıxarışla” da bir daha təsdiq olunur. Xüsusi qeyd olunmalıdır ki, göstərilən bağ evi və 0.09 ha torpaq sahəsində yerləşən digər köməkçi və başqa tikililərin hamısı məhz əcnəbi şəxsin öz vəsaiti hesabına inşa edilmişdir. Belə ki, həmin torpaq sahəsi reallıqda başqa bir qadına məxsus olmuşdur. Cavabdeh1 Məmmədəli oğlu həmin torpaq sahəsini qeyd olunan qadından daha ucuz qiymətə almış və onu dəyərindən dəfələrlə yüksək qiymətə əcnəbiyə satmağa nail olmuş və bu azmış kimi həmin torpaq sahəsini aralarında gəldikləri razılaşmaya uyğun olaraq əcnəbi şəxsə məxsus hazır ki iş üzrə İddiaçı2 MMC-nin adına rəsmiləşdirməmişdir. Qeyd olunn şəxslər bununla kifayətlənməyərək həmçinin əcnəbi şəxsə “tələ” qismində “Nigah müaqviləsi” də imzalatmışdırlar ki, gələcəkdə onun pullarını mənimsəmək daha da rahat olsun. Hansı ki, həmin sənədin də heç bir hüquqi əsası yoxdur. Həmçinin qeyd olunan bu qanunsuz hərəkətlərə rəhbərlik edən Cavabdeh1 (hazırda Azərbaycan Respublikasında yaşamır və müvəkkilindən mənimsədiyi pullar vasitəsilə Kanadaya köçərək hazırda orada yaşayır) müvəkkili ilə tanış etdiyi X10 da idarə edərək (hazırda da Dilrubə Elçinin bir növ burada nümayəndəsi olaraq onun qanunsuz göstərişlərini icra etməkdədir) onu qanunsuz şəkildə müvəkkilinin bağ evinə salmış və ona tapşırıq vermişdir ki, oradan çıxmasın. Bununla bağlı tərəfindən Bakı şəhəri Sabunçu rayon Məhkəməsində cavabdeh X6 qeyd olunan “ bağ evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia qaldırılmış və məhkəmə tərəfindən iddiasının tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmışdır. Təsadüfi deyildir ki, əcnəbi aldadıldığını bildikdən və öz hüquqların müdafiə etməyə başladıqdan sonra Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı məhkəmədə iddia qaldıraraq 28.09.2018-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi və bu günə qədər ödənilməmiş icarə haqqının bank uçot faiz dərəcəsi və mənəvi ziyan nəzərə alınmaqla 10825 manat olan icarə haqqı məbləğləri az qala bu 3 ildə onun ailə üzvülərinə ehtiyac olmur, elə məhz indiki vaxtda bu onun yadına düşür? Göstərilənlər bir daha onu sübut edir ki, həmin iddia tamamilə əsasızdır. Aşağıda göstərilən hallara görə, eyni zamanda fiziki şəxsin və hüquqi şəxsin adından çıxış edən vəkil və nümayəndə Vəkil1 tərəfindən tərtib edilmiş və imzalanmış, “ünvan 1 ünvanında yerləşən 0.07 ha torpaq sahəsinə dair "xxxx" MMC ilə alqısatqı müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması və ya ünvan 1 ünvanında yerləşən 0.07 ha torpaq sahəsinə görə İddiaçı1 tərəfindən ödənilən 233.971,12 manat ( iki yüz otuz üç min doqquz yüz yetmiş bir manat on iki qəəpik) məbləğin cavabdehlərdən müştərək qaydada İddiaçı1 xeyrinə tutulması” tələbi ilə bağlı iddasını əsassız və uydurma hesab edərək, qəbul etmir və rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Hər şeydən əvvəl qeyd edir ki, hal-hazırda onlara qarşı, digər əsassız iddialarla yanaşı, başlıca olaraq pul tələbi ilə çıxış edən iddiaçı Edrees X33rın arasında olan münasibətlərlə bağlı ( ev satılarkən pulunun ödənilməməsi və s.) onun onlara 120 min manatdan artıq borcu mövcuddur. Son zamanlar onlar bu borcun ödənilməsi tələbiləri intensivləşdirdikdən sonra, o vəziyyətdən çıxış yolunu, onlara qarşı bu əsassız iddiaları qaldırmaqda görüb. Edrees X38rın ünvanına 11 sentyabr 2017-ci il tarixdə 250 min dollar pul göndərib və bu pulla bağlı hər hansı tələb irəli sürülməsi üçün qanunda nəzərdə tutulmuş iddia müddəti, başa çatıb. Ən azı, yalnız bu fakt əsas götürülərək, iddia müddəti tətbiq olunmaqla iddia tələbi rədd olunmalıdır. Bu barədə məhkəməyə ərizə də, təqdim edilib. Edrees X23 cavabdehlərlə elektron danışıqları mövcuddur. Bu danışıqlarda cavabdehlər iddiaçıdan atasının cavabdehlərə olan borcunun ödənilməsini tələb edir. O isə, imkanlarının məhdud olduğunu bəhanə gətirərək, atasının onlara borclu olduğu 120 min manatdan artıq pul məbləğinin ödənilməsindən boyun qaçıraraq, bu məbləğin, 30 min manat olduğunu bildir və bu məbləğin ödənilməsi ilə qarşılıqlı razılığa gəlməyi dəfələrlə xahiş edir. Cavabdehlər bu təkliflə qətiyyən razılaşmayaraq, borcun ödənilməsini ötkəmli şəkildə tələb etdikdən sonra onlar, çıxış yolunu onlara qarşı bu əsassız iddiaları qaldırmaqda görüblər. Əgər həqiqətən də onların İddiaçı1 Awadh Ahmedə keçən 4 ilə yaxın müddət ərzində hər hansı razılaşma ilə bağlı borcu mövcud idisə niyə bu müddətdə o, borcunun ödənilməsini, qaytarılmasını tələb etmirdi? Axı o bizim adımıza pul göndərərkən bizi tanımırdı. Ondan bizə pul göndərməsini xahiş etməmişdik. Aramızda heç bir razılaşma və ya müqavilə mövcud deyildi. Harada yazılıb ki, o ünvanımıza göndərdiyi pulu məhz ona 2017-ci ilin sentyabr ayının 19-da ev almaq məqsədi ilə göndərib? Bəlkə bizə borcu mövcud olub və borcunu ödəyib? Bununla yanaşı digər tərəflərdən: iddia ərizəsində vətəndaş Dilruba Həsənova da daxil olmaqla cavabdehlər Cavabdeh1 və onun atası M. Qəhrəmanov iddiaçı X13rşı cinayət əməlləri törətmiş şəxslər kimi təqdim edilir. İddiaçı1 Ahmed Alimeri, cavabdehlərin dələduzluq yolu ilə xarici vətəndaş kimi onun əmlakını ələ keçirildiyini iddia edirsə, nədən bu barədə müvafiq istintaq orqanına müraciət etmir ? Məhkəməyə təqdim edilmiş sənədlər sırasında 11-ci sırada, təqdim olunan “Saxta şəkildə tərtib edilmiş Nigah müqaviləsi” adlandırılan müqavilə, İddiaçı1 Ahmedin özü tərəfindən tərtib edilməklə, o həyat yoldaşı kimi qəbul etdiyi Dilrubə Həsənova qarşısında üzərinə öhdəliklər götürülmüşdür. Ondan soruşulmalıdır, nədən o bu saxta sənədi tərtib etmişdir? İddia ərizəsində də göstərildiyi kimi İddiaçı1 Ahmed tərəfindən Məhəmməd Qəhrəmanovun ünvanına iddia ərizəsində göstərildiyindən fərqli olaraq 300.000 (üç yüz min) manat yox, cəmi 170.000 (yüz yetmiş min) ABŞ dolları göndərilmişdir ki, bu da Azərbaycan manatının məzənnəsi ilə cəmi 255.000 manat edir. Pulun göndərilmə tarixi 11 sentyabr 2017-ci il tarixə təsadüf edir. Cavabdeh1lə İddiaçı1 Ahmed arasında bağlanmış, evin alqı satqısına dair müqavilə isə həmin pul göndəriləndən 1 il sonra, yəni 28 sentyabr 2018-ci il tarixə təsadüf edir. Bu zaman, sonradan alqı-satqı müqaviləsinin predmeti olacaq, Pirşağı qəsəbəsində yerləşən mübahisə predmetinə çevrilmiş evin bünövrəsi belə yox idi, pulun göndərilməsi tarixində yəni, 11 noyabr 2017-ci il tarixdə iddaçı İdris Məhəmmədlə cavabdehlərin heç bir tanışlığı mövcud olmayıb. Onlar bir-birlərini tanımayıblar. O tanımadığı, heç vaxt görüşmədiyi adamın adma necə o məbləğdə pul göndərə bilərdi ?! Bu pul, hazırkı iddia üzrə İddiaçı1 Ahmedin qaynı yəni, yoldaşının qardaşı, Cavabdeh1 yaxın tanışı olub, onun vasitəsi ilə özünə qiyməti 250 min manat olan, özünün baxıb bəyəndiyi, Saray qəsəbəsində yerləşən evi almaq niyyətində olan, X35 göstərişi ilə, İddiaçı1 Ahmed tərəfindən, Elçinin atası Məhəmmədəli Qəhrəmnovun ünvanına göndərilib və pul, bankdan götürüldükdən 12 gün sonra X35 adına, Abşeron rayon Saray qəsəbəsində Cavabdeh1 tərəfindən 250.000 manat məbləğində həmin fərdi yaşayış evi alınıb. Göndərilən pul tam həcmdə bu məqsədə xərclənilib. Bu fakt pulun daxil olduğu və tərəfimizdən Bank of Bakuda götürüldüyü zaman pul göndərilməsini təyinatı ilə bağlı bank tərəfindən dəqiqləşdirilmə aparılmışdır. Bununla bağlı Bank tərəfindən verilmiş arayışı məhkəmənin diqqətinə təqdim edir. Arayışda göründüyü kimi, pul X40 üçün ev almaq məqsədilə göndərilir və cavabdeh tərəfindən təqedim edilən 29.09.2017-ci il tarixli alqı-satqı müqaviləsindən göründüyü kimi Cavabdeh1 bilavasitə vasitəçiliyi ilə 250.000 manat onun üçün Saray Qəsəbəsi, M. İbrahimov küçəsində həqiqətən ev alınmışdır. İddiaçı1 Ahmad Alameri ilə alqı-satqı və icarə müqavilələri isə bundan bir il sonra sonra bağlanmışdır (alqı-satqı müqaviləsi elektron yerləşdirilmişdir), İddiaçı1 Ahmedlə cavabdehlərin ilk tanışlığı, onun qaynı X40 Saray qəsəbəsində Cavabdeh1 vasitəçiliyi ilə fərdi ev alındıqdan sonra, o ailəsi ilə birgə Bakıya gələrkən baş vermişdir. İddiaçı1 Awadh Ahmed cavabdehləri tanımadığı halda, onların adına nə əsasla pul göndərə bilərdi? Özü də bir ildən sonra alınacaq ev üçün. Bir daha qeyd edilirki, bu zaman hazırda iddiaçı olan İddiaçı1 Awadh Ahmedin Bakı şəhərində nə ev almaq, nə də yaşamaq fikri yox idi, İddiaçıların nümayəndəsi E. Rəhmanov tərəfindən tərtib edilmiş iddia ərizəsində istinad edilən faktlardan biri də, həqiqəti əks etdirmir. Belə çıxır ki, E. Rəhmanov müvəkkillərinin adından iddia ərizəsi tərtib edərkən onunla normal söhbət belə etməmiş, onun fikirlərini dinləməmişdir. Tərtib edilmiş iddia ərizəsində iddia olunur ki, cavabdehlər Dilrubə Həsənova soyadlı qadınla əlbir olub, saxta nigah müqaviləsi tərtib etmiş və iddiaçının evini ələ keçirmişlər. Məhkəmənin nəzərinə çatdıraq ki, İddiaçı1 Ahmed cavabdehlərin xəbəri belə olmadan, öz evində xadimə kimi çalışan D.Həsənova ilə razılığa gələrək, onunla mülki nigah münasibətlərinə girmiş, hər ikisinin adından öz ölkəsində mülki nigah müqaviləsi tərtib etdirərək, Bakıya gətirmiş və bu müqavilədə D. Həsənovanı həyat yoldaşı kmi qəbul etdiyini göstərməklə, onun qarşısında öhdəliklər daşıdığını şəxsən özü, öz əli ilə qeyd etmişdir. Onun vəkili və nümayəndəsi Rəhmanov isə iddia edir ki, bu müqavilə, Bakı şəhərində notariusda gizlin, saxta yollarla tərtib edilmiş və İddiaçı1 Ahmed müqavilənin mətnindən xəbərsiz, yazılanlar ona tərcümə edilmədən oraya imza atmışdır, İddia ərizəsi, dilemma xarakteri daşıyıb, özündə dəqiq tələb əks etdirmir. Bu ərizə olduğu kimi, yəni məzmununda heç bir dəyişikliklər edilmədən vaxtı ilə, tərəfimizdən İddiaçı1 Ahmedə qarşı irəli sürülmüş iddia ərizəsinə etiraz kimi məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən rədd olunmuşdu. O zaman da, eyni faktlara istinad edilirdi. İddiaçı cavabdehlərə 300 min manat göndərdiyini və bu məbləğdən ona Pirşağı qəsəbəsində ev alındığını bildirərək, yerdə qalan 233.000 manatın ona geri qaytarılmasını tələb edir. Məlum olduğu kimi, 28 sentyabr 2018-ci il tarixdə tərəflər arasında bağlanan alqı-satqı müqaviləsində, bu evin Cavabdeh1 120.000 manata alındığı göstərilib. İddiaçının göndərdiyini iddia etdiyi 300.000 manatdan bu məbləğ çıxıldıqdan sonra yerdə cəmi, 180.000 manat pul qalır. Beləliklə iddiaçının hansı riyazi hesablamalar yolu ilə cavabdehlərdən 233 min manat istəməsi, qaranlıq olaraq qalır. İddia ərizəsində göstərilir ki, '‘'tərəfimizdən Bakı şəhəri Sabunçu rayon Məhkəməsində cavabdeh X6 qeyd olunan “ bağ evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia qaldırılmış və məhkəmə tərəfindən iddiasının tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmışdır”. Məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçının vəkilinin istinad etdiyi və məhkəmədə “udduqlarını” qabartmağa çalışaraq, bununla indiki məhkəməyə təsir göstərməyə cəhd etdiyi, bu iddia tələbinin, müvafiq iddia tələbi ilə heç bir əlaqəsi yoxdur. Digər tərəfdən, qeyd edək ki, həmin iddianı qaldırarkən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəflər arasında, mübahisənin qanuni həllində başlıca rol oynamalı olan, “nigah müqaviləsi” nin mövcud olduğunu məhkəmədən gizlətməklə, əslində saxtakarlığa yol vermiş və məhkəməni aldadaraq, düzgün olmayan qərar çıxarılmasına nail olmuşdur. Hazırda ləğv olunacağına şübhə olmayan, bu məhkəmə qərarından D. Həsənova tərəfindən apellyasiya şilayəti verilmiş və şikayət Bakı Apellyasiya Məhkəməsinin icraatına daxil olmaqla baxışa təyin edilmişdir. İddiaçı Edreqs Ali X32 iddia ərizəsində göstərdiyi “Notariat Kontorunda bağlanmış icarə müqaviləsinin tərcüməçinin iştirakı ilə olmadan bağlanması hissəsində” qeyd etmək istəyirik ki, iddianın bu hissəsinə Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli (İş N 2(008)- 5503/2021) qətnaməsində (hakim Tahirə Əsədova) hüquqi qiymət verilmişdir, İddiai ərizəsində kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Həmçinin qeyd edilməlidir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər”. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Göründüyü kimi iddiaçıların bütün iddiaları əsassızdır və heç bir öz təsdiqini tapmır. Belə ki, "xxxx" ASC-dən verilmiş sorğuya cavaba əsasən 19.09.2017-ci il tarixdə alınmış vəsait Saray qəsəbəsində yerləşən evin alınması ilə bağlı olmuşdur və X40 Noman tərəfindən göndərilmişdir (sorğuya cavab elektron yerləşdirilmişdir). Onu da qeyd edim ki, iddiaçılar iddia edirlər ki, guya Cavabdeh1 banklarla problemi olduğu üçün “vəsait” X12 adma göndərilmişdir. "xxxx" MMC-dən əldə olunmuş çıxarışdan da görünür ki, Əliyev Cavabdeh1 ümumiyyətlə gecikmiş öhdəliyi olmamış, mövcud olan öhdəliyini isə vaxtında yerinə yetirmişdir (AKB-dən çıxarış elektron əlavə olunur). Həmçinin qeyd edək ki, iddiaçılar iddia edirlər ki, guya tərəflər arasında razılaşma olmuş və torpaq sahəsi də İddiaçı2 MMC-yə satılmalı idi. İş materiallarına əlavə olunmuş “Kommersiya Hüquqi şəxslərin dövlət resystri məlumatları” haqqında elektron sənəddən də göründüyü kimi qeyd olunan hüquqi şəxs 19.10.2018-ci il tarixdə təsis edilmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilələr sentyabr ayında rəsmiləşdirilmişdir. Bununla da açıq şəkildə görünür ki, iddiaçıların bütün iddiaları “alt-üst” oldu. Həmçinin iddia tərəfin bütün bu hallar göstərir ki, İddiaçı1 Ahmad Alamerinin cavabdehlər Cavabdeh1 və onun atası Cavabdeh2 qarşı irəli sürdüyü dolaşıq və qanunazidd iddiası, əsasasız və uydurmadır. Heç bir fakta və qanun normasına əsaslanmır. Göstərilənlərə istinad etməklə, iddianı qəbul etmir və rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəi və vəkili 17.11.2021-ci il tarixində cavabdeh tərəfin 16.11.2021-ci il tarixli yazılı etirazına münasibət bildirərək qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 MMCnin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş icraatdadır. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli qərardadı "xxxx" ASC-nin HD-336/21 saylı, 26.10.2021 -ci il tarixli “cavab məktubu” ilə cavablandığından artıq cavabdehlərin qanunsuz əməlləri ifşa olunmuş və onlar çıxılmaz vəziyyətə düşmüşlər. Bu səbəbdən Cavabdeh2 vəkili məhkəməyə 16.11.2021-ci il tarixli “Ərizə” ilə müraciət etmiş və AR-nın MM-nin 373.2-ci maddəsinə istinad edərək “müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil etdiyindən və qeyd olunan iddia müddəti guya iddiaçı tərəfindən buraxıldığından iddiadan imtina barəsində və iddia tələbinin rədd olunması barədə qərar çıxarılması”nı xahiş etmişdir. Qeyd olunanlarla bağlı bildirmək istəyir ki, 16.11.2021-ci il tarixli “Ərizə”də göstərilənlər tamamilə əsassız olduğundan təmin edilməməlidir. Çünki hazırkı iş üzrə mübahisə predmeti məhz daşınmaz əmlakla bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tam mətni isə belədir: Müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. Göründüyü kimi, cavabdehin vəkili qeyd olunan maddənin yalnız özlərinə sərf edən hissəsini “Ərizə”də qeyd etmiş, hansı ki, həmin hissədə müqavilə tələbləri ilə bağlı iddia müddətindən bəhs edilir. Görünür qarşı tərəf daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin məhz 6 il olması barədə qanunvericiliyin tələbini unutmuşdur. Digər tərəfdən məhkəmənin diqqətinə bir daha çatdırmaq istəyir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-yə ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsinin İddiaçı2 MMC-nin adına alqı-satqı edilmədiyini İddiaçı1 tərəfindən X8 “11” iyun 2021-ci il tarixdə onunla əlaqə saxlayaraq keçmiş tanışı X2 nikahdan olan qızı ilə birlikdə qanunsuz olaraq onun evinə hər hansı razılığı və va icazəsi olmadan ondan xəbərsiz şəkildə mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1nə qanunsuz şəkildə daxil olmasından və həmin bağ evində ona məxsus əmlakları talaması səbəbindən bununla bağlı tərəfindən təcili olaraq Azərbaycan Respublikasının DİN-nin “102 qaynar xətti”nə müraciət etməyindən sonra məlum olmuşdur. Çünki, əcnəbiyə qarşı qanunsuz əməllərə yol verən iştirakçıların digər aktiv üzvü olan X15 əvvəllər həmin bağ evində olarkən evdə olan ehtiyat açarları əcnəbinin xəbəri olmadan götürərək özündə saxlamış və daha sonra mülkiyyətçinin evdə olmamasından və xaricdə olmasından istifadə edərək qanunsuz şəkildə gizli olaraq onun əmlakına daxil olmuşdur. Bu hadisəni isə əcnəbi bağ evində quraşdırdığı videomüsahidə kameraları vasitəsi ilə (istifadəsində olan mobil telefonda quraşdırılan xüsusi proqram vasitəsi ilə) izləyərkən görmüş və dərhal vəkili ilə əlaqə saxlayaraq bu barədə məlumatı ona bildirmişdir. Daha sonra öncə qeyd olunanlara əsasən “11” iyun 2021-ci il tarixdə tərəfindən “102 qaynar xəttə” müraciət edildi. Nəticədə “11” iyun 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PB-nin polis əməkdaşı Zaur müəllimlə birlikdə həmin bağ evinə gedilmişdir. X15 həmin bağ evində iddiaçı tərəfindən alınmış ərzaq məhsullarını götürdüyünü etiraf etsə də, həmçinin əsas bağ evindən çıxsa da, ona “siz məni buradan çıxara bilməzsiniz və bu torpaq ərəbin deyil ki, hələ bir onun haqqı da çatsın məni buradan çıxartsın ” demişdir. X1 iddiaçının vəkilinə söylədikləri ilə bağlı iddiaçı ilə əlaqə saxladıqda müəyyən oldu ki, ünvan 1nin yerləşdiyi 0.09 ha torpaq sahəsi Cavabdeh1 adında qalmaqda davam edir və Cavabdeh1 göstərilən 0.09 ha torpaq sahəsini əcnəbini aldararaq yalnız onunla Bakı şəhəri 9 saylı Notariat ofisində 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli “İcarə” müqaviləsini bağlamaqla kifayətlənmişdir. Bununla da cavabdeh əcnəbiyə qeyd olunan 0.09 ha torpaq sahəsinin də guya onun adına rəsmiləşdirildiyini bildirmişdir. Əcnəbi isə ona inanmış və Azərbaycan dilini bilmədiyindən (Bakı şəhəri 9 saylı Notariat ofisində göstərilən müqavilə rəsmiləşdirilərkən tərcüməçi ilə təmin edilmədiyindən) elə məhz həmin “İcarə” müqaviləsi ilə də həmin torpaq sahəsinin onun şirkətinin adına rəsmiləşdirildiyi qənaətinə gəlmişdir. X15 qeyd olunan bağ evindən könüllü çıxmadığından bununla bağlı tərəflərindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində cavabdeh X6 qeyd olunan “bağ evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair” iddia qaldırılmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2(008)-5720/2021 saylı qətnaməsi ilə (qətnamə əlavə olunur) iddiaları tam şəkildə təmin edilmişdir. Həmçinin bildirmək istəyir ki, həmin ərazinin polis sahə müvəkkili Yaşar müəllim ilə birlikdə həmin bağ evinə getdikdə, Yaşar müəllim də X6 həmin bağ evində heç bir hüquqi əsas olmadan və qanunsuz olaraq yaşamasını müəyyən edərək göstərilən şəxs barəsində onun həmin bağ evində qeydiyyatsız yaşaması barədə AR İXM-nin 563.1-ci maddəsinə əsasən 25.06.2021-ci il tarixli "İnzibati xəta haqqında” Protokol tərtib etmişdir. Daha sonra göstərilən şəxs barəsində 25.06.2021 -ci il tarixli "İnzibati tənbeh vermə haqqında” Qərara əsasən ona “xəbərdarlıq” növündə inzibati tənbeh tətbiq edilmişdir. Odur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-yə ünvan 1nin yerləşdiyi 0.09 ha torpaq sahəsinin İddiaçı2 MMC-nin adına rəsmiləşmədiyi və cavabdehlər tərəfindən aldadıldığı məhz 2021-ci ilin iyun ayında (tərəflərindən “102 qaynar xəttə” müraciət edildikdən və X6 ona “siz məni buradan çıxara bilməzsiniz və bu torpaq ərəbin deyil ki, hələ bir onun haqqı da çatsın məni buradan çıxartsın” deməsindən sonra məlum olmuşdur) məlum olmuşdur. Əks təqdirdə iddiaçılar elə bu qaydada aldadılmış vəziyyətdə də qalacaqdırlar. Cavabdeh2 vəkili tərəfindən məhkəməyə təqdim edilmiş 16.11.2021-ci il tarixli “Ərizə” əsassız olduğundan onu təmin edilməməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili cavabdeh etirazına və mülahizələrinə cavab olaraq 15.12.2021-ci il tarixində və 17 yanvar 2022-ci il tarixində təkrar eyni xarakterli yazılı etiraz və mülahiz təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Reyestrindən çıxarışdan görünür ki, İddiaçı2 MMC 19.10.2018-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Qanuni təmsilçisi X41 Awadh Ahmeddir. - Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyarı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2nin mülkiyyətçisi İddiaçı1dir. - Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Texniki Pasportunun surətindən görünür ki, ünvan 2nin hüquqi mülkiyyətçisi İddiaçı1dir. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyarı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 saylı torpağın mülkiyyətçisi Cavabdeh1dur. - Cavabdeh1 ilə İddiaçı1 arasında 28 sentyabr 2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Cavabdeh1 öz xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.09 ha olan torpaq sahəsini 28.09.2023-cü ilədək icarəçi İddiaçı1 icarəyə vermişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 08.12.2021-ci il tarixli, 33/4257 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı1 ilk dəfə 12.07.2017-ci il tarixdə Azərbaycan Respublikası ərazisinə gəlməsi barədə məlumat qeydə alınmışdır. "xxxx" ASC-nin sorğuya cavab məktubundan görünür ki, X4 USD valyutasından olan cari hesabına BƏƏ-dən İddiaçı1 tərəfindən 19.09.2017-ci il tarixdə 176070.87 USD köçürmə olmuş, 21.09.2017-ci il tarixdə "xxxx" ASC-nin Baş İdarəsinin Müştəri Xidmətləri Departamentinin kasssasından X7 tərəfindən 174.846.94 USD məbləğində vəsait nağdlaşdırılmışdır. Nağdlaşdırmaya görə komissiya 1.223.93 USD təşkil etmişdir. Cavabdeh2 21.09.2017-ci il tarixdə Bank of Baku ASC-nin rəhbərliyinə yazmış olduğu izahatında qeyd etmişdir ki, köçürülən vəsait ev alqı satqısı üçün köçürülmüşdür. Evin alqısı üçün vəsaiti köçürən şəxs (X36 Noman) mənim oğluma etibarnamə vermişdir. Hesabı vəsaitə köçürən şəxs X25 səlahiyyətli nümyəndəsidir. X36 Noman əczaçılıq işi ilə məşğuldur, apteklər şəbəkəsi var. Nəzərə alınmasını xahiş etmişdir. - 17.01.2022-ci il tarixli Azərbaycan Kredit Bürosunun çıxarışın surətindən görünür ki, Cavabdeh1 sözügüdən pul məbləğinin köçürülməli olduğu tarixdə banklar üzrə hər hansı ödəniliməli olan borcu mövcud olmamışdır. AN-İ seriyalı, ******* nömrəli, 28.09.2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 179.6 kv.m olan bağ evinin və 0.09 ha torpaq sahəsinin ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 179.6 kv.m olan bağ evi hissəsini 120000 (bir yüz iyirmi min) manata İddiaçı1-ə satmışdır. AN-İ seriyalı, ******* nömrəli 29.10.2017-ci il tarixli X31 ilə Cavabdeh1 Məhəmmədli oğlu arasında bağlanmış Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 saylı ünvanda yerləşən ümumi sahəsi 0.09 ha torpaq sahəsi 32000 manat ödəlinərək satıcı X19 mülkiyyətindən alıcı Cavabdeh1 Məhəmmədli oğluna mülkiyyətinə keçmişdir. AN-İ seriyalı, 645230 nömrəli 23.09.2017-ci il tarixli X24 ilə Cavabdeh1 Məhəmmədli oğlu və X40 Noman arasında bağlanmış Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi 250000 manata satıcı X24 tərəfindən alıcı X40 Nomana satılmışdır. - İddiaçı1 ilə Dilruba Həsənova arasında bağlanmış nikah müqaviləsinə əsasən onun sadiqliyini qorumaq, ər həyatyoldaşının bütün öhdəliklərini yerinə yetirməyə borcludur, ərizə xərc kimi 400 manat ödəməlidir, əri tərəfindən ayrılması hallarında arvaddan boşanma haqqı olaraq 10.000 manat ödənməlidir, İddiaçı1 ölüm halında arvada yalnız 50.000 manat verilməsi olduğu bəndlər qeyd edilmişdir. - MN ******* nömrəli, 2520 nömrəli protokolun surətindən görünür ki, X15 barəsində Azərbaycan Respublikası İXM-nin 563-cü maddəsinə əsasən 2019-cu ilin may ayından Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 saylı ünvanda yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçmədən yaşadığından protokol tərtib edilmişdir. - MN ******* nömrəli, 2520 nömrəli protokola əsaslanan 25.06.2021-ci il tarixli qərarın surətindən görünür ki, X15 Azərbaycan Respublikası İXM-nin 563.1-ci maddəsi ilə inzibati xəta törətdiyindən barəsində xəbardarlıq növündə inzibati tənbeh tədbiri tətbiq edimişdir. - - "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatında görünür ki, ünvan 2 ünvanında yerləşən 0.09 ha torpaq sahəsinin 1 (bir) sotunun 2017-2018-ci illər tarixinə real bazar qiyməti manatla 4800 (dörd min səkkiz yüz) manat təşkil edir. - 16 noyabr 2021-ci il tarixdə cavabdehlərin nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı “Edrees Alameri" MMC-nin və İddiaçı1 Awadfı Ahmed Alameri-nin Cavabdeh1 və X12 qarşı məhkəmə mübahisəsi icraatdadır (İş N 2 (008) 7373/2021). Qeyd olunan iş üzrə məhkəmə baxışı 17 Noyabr 2021-ci il tarixə saat 16:45-ə təyin edilmişdir. Bilinən kimi AR MM-in 373.2-ci madəsinə əsasən “Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir”. AR MM-in 375.2. məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən “İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır”. Konstitusiya məhkəməsinin 28 Noyabr 2018-ci il tarixli Plenimum qərarına (C.Əzimov şikayəti üzrə) əsasən iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər”. Göründüyü kimi iddiaçı qeyd olunan iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia tələbi rədd olunmalıdır. Xahiş edirik İcraartınızda olan İddiaçı2 MMC-nin və İddiaçı1 Cavabdeh1 və X12 qarşı mülki iş (İş N 2(008)-7373/2021) üzrə iddia müddəti keçdiyindən iddiadan imtina barəsində və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbini və ona əlavə edilmiş sənədləri araşdıraraq ilk növbədə qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC Cavabdeh2 qarşı olan iddia tələbi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin “əsasız varlanma” fəslinə aid olan müddalar tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1096.2-ci madddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1097.1-ci madddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə məhkəmə araşdırılması o cümlədən Bank of Baku ASC-nin məhkəmənin sorğusuna vermiş olduğu cavabdan da aydın olur ki, həqiqətən İddiaçı1 19.09.2017-ci il tarixində Cavabdeh2 bank hesabına 176070.87 ABŞ dolları məbləğində pul vəsaiti köçürmüş, Cavabdeh2 isə həmin pul vəsaitini şəxsən 21.09.2017-ci il tarixində nəğdləşdirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili həmin pul vəsiatinin köçürülməsində məqsəd iddiaçı ilə digər Cavabdeh1 arasında şifahi bağlanmış “tapşırıq müqaviləsi” olduğunu qeyd etsə də, göstərilən pul məbləği Cavabdeh1 deyildə digər cavabdeh M.Qəhramanovun adına köçürülmüş, İddiaçı1 ilə Cavabdeh2 arasında hər hansı müqavilə münasibətlərinin olmasına dair sübutular məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili sözügedən pul məbləğinin iddiaçı tərəfindən Cavabdeh2 adına köçürülməsinin səbəbini həmin pul məbləğinin iddiaçıya deyildə onun qohumu olan X40 Noman tərəfindən köçürüldüyünü qeyd edərək, həmin pulu tərəflar arasında bağlanmış tapşırıq müqaviləsinə əsasən Abşeron rayonu saray qəsəbəsində ev alındığını vurğulayaraq buna dair daşınmaz əmlakın alqı-satqısına dair sənədləri məhkəmə təqdim etməsinə baxmayaraq məhkəmə hesab edir ki, həmin pul məbləğinin iddiaçıya deyildə digər şəxsə yəni X40 Nomana məxsus olmasını təsdiq edəcək sübutlar məhkəməyə təqdim etməmişdir. Və eyni zamanda məhkəmə Cavabdeh2 21.09.2017-ci il tarixdə Bank of Baku ASC-nin rəhbərliyinə yazmış olduğu izahatına hüquqi qiymət verərək hesab edir ki, həmin izahat birtərəfli qaydada yazıldığında məhkəmə qeyd edilən izahatı mötəbər sübut qismində qəbul edə bilməz. Qeyd edilənlərə əsasən məlum olur ki, Cavabdeh2 19.09.2017-ci il tarixində İddiaçı1 tərəfindən onun adına göndərilmiş pul vəsitini qəbul edərək heç bir qanuni və müqavilə əsası olmadan iddiaçının xeyirə varlanmışdır. Beləliklə, İddiaçı1 Cavabdeh2 pulu geri tələb etmək hüququ yaranmışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, iddiaçı Cavabdeh2 həmin pul məbləğini onun varlandığını bildiyi vaxtdan 2 il müddətində geri tələb etmək hüquq vardır. İddiaçı isə cavabdehin onun hesabına varlandığını bildiyi vaxtdan yalnız 4 (dört) ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə müraciət etmişdir, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı1 tərəfindən iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İşin faktiki hallarından da görünür ki, iddia müddətinin axımı iddiaçının cavabdehə pulu göndərdiyi və cavabdehin isə pulu qəbul etdiyi andan 21.09.2017-ci il tarixdən başlamış, lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 2 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə 21.09.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Bundan başqa məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin Cavabdeh1 qarşı ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsinə İddiaçı2 MMC-nin mülkiyyət hüququnun tanınması, ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsinə dair İddiaçı2 MMC ilə alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması və ya ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsinə görə İddiaçı1 tərəfindən ödənilən 299.320,47 (iki yüz doxsan doqquz min üç yüz iyirmi manat qırx yeddi qəpik) manat məbləğin cavabdehlər - Cavabdeh1 İddiaçı1 xeyrinə tutulması hissəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Cavabdeh1 Məhəmmədədli oğlu öz xüsusi mülkiyyətinə olan Bakı şəhəri Sabunçu rayonu , Pirşağı qəsəbəsi, 94 saylı bağ evini 120000 manat məbləğində pul müqabilində İddiaçı1ya satmış və alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi qanunvericiliyin tələblərini uyğun yerinə yetirmişdir. Eyni zamanda tərəflər arasında alqı-satqı müqaviləsindən başqa 28.09.2018-ci il tarixində icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 öz xüsusi mülkiyyətinə olan Bakı şəhəri Sabunçu rayonu , Pirşağı qəsəbəsi, 94 saylı torpaq sahəsini 5 (beş) il müddətinə İddiaçı1 icarəyə vermişdir. Beləliklə məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı1 ilə Cavabdeh1 arasında yalnız alqı-satqı və icarə müqaviləsində irəli gələn öhdəlik münasibətləri yaranmış və Cavabdeh1 həmin öhdəlik münasibətləri üzrə qanunla üzərinə düşən vəzifələrini yerinə yetirmişdir. Bundan başqa iddiaçılar Cavabdeh1 qarşı məhkəməyə müaricət edərək, Cavabdeh1 ilə İddiaçı2 MMC arasında alqı-satqı müqaviləsi bağalnma öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması və ya pul məbləğinin Cavabdeh1 alınaraq İddiaçı1yaya ödənilməsini məhkəmədən xahiş etsə də, məhkəmə ilk növbədə iddiaçıların diqqətinə çatdırır ki, müqavilə bağlamaq müqavilə bağlamalı olan tərəflərin müstəqil iradə ifadəsidir. Hər hansı bir fiziki və hüquqi şəxsin üzərinə müqavilə bağlama öhdəliyinin qoyulması qanunvericliyin tələbləri uyğun deyildir. Bundan başqa 299.320,47 (iki yüz doxsan doqquz min üç yüz iyirmi manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutulub cavabdeh İddiaçı1yaya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matraiallarına əlavə edilmiş sənədlərdən sözügedən iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə (öhdəlik) münasibətləri müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsasız olduğundan təmin edilməməlidir. Bundan başqa məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili 28.09.2018-ci il tərixində İddiaçı1 ilə Cavabdeh1 arasınad bağlanmış icarə müqaviləsi əslində İddiaçı2 MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 saylı torpaq sahəsinə dair alqı-satqı müqaviləi olmalı olduğunu qeyt etsədə, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, İddiaçı2 MMC hüquqi şəxs kimi 19.10.2018-ci il tarixindən yaradılığından sözügedən müqavilənin bağlanması tarixində İddiaçı2 MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri Sabunçu rayonu , Pirşağı qəsəbəsi, 94 saylı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmas qeyri-mümükün olduğundan, iddiaçı tərəfin irəli sürdüyü arqument məhkəmə tərəfindən mümükünsüz hesab edilir. Odur ki, qeyd edilənlər nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyət hüququnun tanınması, alqısatqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ya pul” tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.3-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyət hüququnun tanınması, alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ya pul” tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-537/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-537/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver