Məhkəmə qərarları › İş №2(008)-537/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-537/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-537/2025 09.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxslər "xxxx" MMC və X4 olmaqla) “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş zərər əvəzində 1835 manat və ödənilmiş dövlət rüsumu əvəzində 39 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə iddiaçının atası X4 ilə "xxxx" MMC arasında bağlanmış daxili lizinq müqaviləsinə əsasən «Khazar» markalı, **- PG-*** dövlət nişanlı avtomobili 23 faizlə 48 ay müddətinə aylıq 429,49 manat ödəmək şərti ilə öhdəlik götürmüşdür. Lakin, atasının sürücülük vəsiqəsi olmadığından, "xxxx" MMC tərəfindən sözü gedən avtomobili idarə edilməsi üçün ona etibarnamə verilmişdir. xx.xx.2024-cü il tarixdə X9 prospektini keçən zaman köhnə avtovağzalın dönəcəyindən (Bakıxanov körpüsünün altı) 03:40 radələrində Cavabdeh idarə etdiyi BMW 750 Ll X DRİVE minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yoluna çıxaraq, toqquşmuşlar. Toqquşma zamanı bədən xəsarəti almasalar da, avtomobilinə 1835 manat ziyan dəymişdir. Cavabdeh törətdiyi əmələ görə barəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati Tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Lakin, Cavabdeh icbari sığortası olmadığı üçün ona məxsus avtomobil təmir edilməmişdir. Avtomobilə dəymiş ziyan olaraq xx.xx.2024-cü il tarixdə təqdim edilmiş X11 aktına əsasən 1835 (bir min səkkiz yüz otuz beş) manat dəymiş ziyan hesablanmışdır. Həmçinin o, "xxxx" MMC-dən bu barədə iddia qaldırmağı tələb etsə də, "xxxx" MMCnin hüquqşünası ona aralarında daxili lizinq müqaviləsi olduğundan onların deyil, iddiaçının özü Cavabdeh qarşı məhkəməyə müraciət etməsini tövsiyə etmiş və onları da üçüncü şəxs qismində işə cəlb etdirməsini bildirmişdir. Cavabdehin törətdiyi inzibati xəta əsasında ona dəymiş zərər öz təqsirini tapmışdır. Lakin, Cavabdeh həmin ziyanı ödəməkdən boyun qaçırır. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə araşdırması zamanı iddianın tələb hüququ olmayan şəxs tərəfindən qaldırılması məlum olduğundan, iddiaçının yazılı razılığı əsasında X4 ilə "xxxx" MMC arasında bağlanmış daxili lizinq müqaviləsinə əsasən «Khazar» markalı, **-PG-*** dövlət nişanlı avtomobillə bağlı tələb hüququ ona məxsus olduğundan, iddiaçı əsl iddiaçı ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. "xxxx" MMC-nin nümayəndəsi X5 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi ilə bağlı Sabunçu Rayon Məhkəməsində qaldırılan iddianın təmin olunmasına heç bir etirazlarının olmadığını və 2(008)-537/2025 nömrəli mülki işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X4 iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə X4 ilə "xxxx" MMC arasında bağlanmış daxili lizinq müqaviləsinə əsasən, «Khazar» markalı, **-PG-*** dövlət nişanlı avtomobili 23 faizlə 48 ay müddətinə aylıq 429,49 manat ödəmək şərti ilə müqavilə bağlanaraq öhdəlik götürülmüşdür. "xxxx" MMC tərəfindən İddiaçı verilən etibarnamədən görünür ki, «Khazar» markalı, **- PG-*** dövlət nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir. Bakı şəhər DYPİ Yol Patrul Xidməti Baş İnspektor Polis Baş X1 tərəfindən xx.xx.2024-cü il saat 03:40-da baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar BMW 750 Ll X DRİVE minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2024cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla İXM-nin qeyd olunan maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyinə görə 40 (qırx) manat cərimə olunmuşdur. Bakı şəhər BPİ-nin DYPİ-nin YNHÜŞ-nin baş inspektoru, polis tərəfindən tərtib edilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 03:40-da Bakı şəhəri ərazisində Cavabdeh idarə etdiyi BMW 750 Ll X DRİVE minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması zaman maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar icraatında araşdırılan həmin hadisə üzrə izahatı alınmalı olan Cavabdeh yazılı izahat verilməsi təklif edilsə də, o hadisə ilə bağlı izahat verməyəcəyini və bu barədə tərtib edilən sənədləri imzalamayacağını bildirmişdir. “Express Servis” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, «Khazar» markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1835 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 fevral 2025-ci il tarixli 07 nömrəli ekspert rəyindən görünür ki, «Khazar» markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2115 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. xx.xx.2024-cü il tarixdə İddiaçı idarə etdiyi «Khazar» markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə, Cavabdeh idarə etdiyi BMW 750 Ll X DRİVE minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitəsinə zərər dəyməsi işin mübahisəsiz halıdır. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində X2 əmlakına ziyan dəymiş, bu barədə cavabdeh inzibati qaydada cərimə edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən şəxsin öhdəsinə qoyulmalıdır. İş materiallarında olan ekspert rəyinə əsasən iddiaçının əmlakına dəymiş ziyan 2115 manat müəyyən edilsə də, iddiaçı əmlakına dəymiş ziyan olaraq, 1835 manat tələb etdiyindən məhkəmə iddiaya tələb həcmində baxaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməli olduğundan, X3 məxsus nəqliyyat vasitəsinə dəymiş zərərin 1835 manat olması öz təstiqini tapdığından iddia tələbi tam təmin olunaraq, Cavabdeh dəymiş zərər məbləği tam həcmdə tutulmalıdır. Qeyd olunanlar nəzərə alınaraq məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 1835 (bir min səkkiz yüz otuz beş) manat dəymiş zərər və 39 (otuz doqquz) manat dövlət rüsumu tutularaq, X3 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1835 (bir min səkkiz yüz otuz beş) manat dəymiş zərər və 39 (otuz doqquz) manat dövlət rüsumu tutularaq, iddiaçı X3 ödənilsin. Ekspert rəyinin alınması üçün 200 (iki yüz) manat pul Cavabdeh tutularaq "xxxx" MMC-nin (VÖEN: **********, icraçının hesablaşma hesabı: H/H: AZ61AİİB********************, Kod 200093, Bankın VÖENİ: **********, SWİFT: AİİBAZ2X) hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar