Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5377/2021 09.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək , Cavabdeh ümumilikdə 8395.86 manat və 1000 ABŞ dollarının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinə poçt vasitəsi ilə daxil olmuş Nizami Rayon Məhkəməsinin hakimi Babək Qasımovun 2(007)-1022/2021 saylı, 16.07.2021-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın 2/3 hissəsinə payının müəyyən edilməsi” tələbinə dair 2(007)-1022/2021 saylı mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair 2(008)- 5377/2021 saylı mülki işlə birgə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-5377/2021 saylı mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı mülki iş üzrə icraat birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, hazırkı mülki iş Nizami Rayon Məhkəməsinin hakimi Babək Qasımovun icraatında olan iddiaçı X3 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın 2/3 hissəsinə payının müəyyən edilməsi” tələbinə dair mülki işlə bir icraatda baxılması üçün Nizami Rayon Məhkəməsinin hakim Babək Qasımovun icraatına verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, mülki-prosessual hüquq institutu olaraq “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, icraatda olan mülki işlə Nizami Rayon Məhkəməsinin hakimi Babək Qasımovun icraatında olan iddiaçı X3 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın 2/3 hissəsinə payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbləri eyni tərəflər arasında, eyni əsaslar üzrə yarandığından və sözügedən mübahisələr üzrə ilkin olaraq mülki iş hakim Babək Qasımovun icraatına verildiyindən həmin işlər bir icraatda birləşdirilməsi üçün hakim Babək Qasımovun icraatına verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 169.4-cü və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş Nizami Rayon Məhkəməsinin hakimi Babək Qasımovun icraatında olan iddiaçı X1 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın 2/3 hissəsinə payının müəyyən edilməsi” tələbinə dair mülki işlə bir icraatda birləşdirilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsn. Hakim: Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5377/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5377/2021
09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver