Məhkəmə qərarları › İş №2(008)-5410/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5410/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5410/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1989-cu il tarixli Cavabdeh 3400 manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə tanış olaraq onda satmaq məqsədi ilə 3400 manat qızıl zinət əşyaları götürüb. Sonradan ona məlum oldu ki, ondan götürdüyü qızılları sataraq pulları özünə xəricləyir. Dəfələrlə onun pulunu qaytarmağı isdəməyinə baxmayaraq sözlərinə hörmətsiz yanaşıb. Bu da ona pisxoloji təsir edərək əsəbləri korlanır. Buna görə cavadehdən ona verdiyi qızılları və ya qızların dəyərinin hesablayaraq 3400 manat borcun qaytarlmasını tələb etmişdir. Razılığa görə cavabdeh borcu tam şəkildə tez bir zaman qaytarılmasına söz verdi. Həmin şəx əvvəlcədən etibarını qazanaraq etibarından istifadə etdi. Cavabdelə WhatsApp yazışmaları vardır. Dəfələrlə cavabdehə qızıllarını ya da pulunu istəməyinə baxmayaraq cavabdeh qızılları və yaxud 3400 manat dəyəridə pulun ona qaytarılmasından boyun qaçırdır. Borclu ona pulunu qaytarmaq istəmir. Cavadeh bu barədə dəfələrlə söhbət etməyinə baxmayaraq onun sözlərinə hörmətsiz yanaşırlar. Borclu ümumilikdə ona qızıl ziynət əşyaların dəyərində 3400 manat borcu var. Pulunun qaytarılması ilə bağlı cavabdehdən Yasamal rayon Polis idarəsinin 29-cu Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh Polis şöbəsində ilkin olaraq ona borclu olduqunun boynuna almamış sonradan o yazışmalar polis şöbəsinə sübut olaraq təqdim etdiyidən sonra borclu izahat verərək ona 3400 manat qızıl zinət əşyalrının dəyəri olaraq borclu olduğunun etiraf etmiş və izahatında yazmışdır.. Buna baxmayaraq cavabdeh ona borclu olduğunun desə də xx.xx.2024-cü il tarixli müraciətinə cavab olaraq Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Vətandaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanunun 7.10-cu maddəsinə əsasən müracitəti ilə bağlı mülki qayda olduğuna görə Məhkəməyə müraciət etməyi məqsədəuyğun görüldü. Cavabdeh şifahi şəkildə xəbərdarlıq edilmişdir. Lakin Cavabdeh pulu qaytarmadığına görə məcburiyyət qarşısında qalaraq Sabunçu rayon Məhkəməsinə müraciət edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini tam olaraq qəbul edərək bildirmişdir ki, o artıq 2 ildir ki iddiaçıdan hər ay qızıl götürərək qızılın dəyərini iddiaçıya ödəmişdir. Lakin son vaxtlar aldığı qızılın dəyərini maddi imkanı olmadığını üçün geri qaytara bilməmişdir. Axırıncı aldığı qızıl 10 qram dəyərində olan italyan qızılı olmuşdur. Həmin qızılın qramı 140 manatdan müəyyən edilmişdir. Bundan əvvəldən aldığı qızıllardan qalan borcu isə cəmi 2000 manat olmuşdur. O iddia tələbini tam qəbul etdiyini bildirmiş lakin ondan tutulan məbləğin aylara bölünməsini məhkəmədən xahiş etmişdir. iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 55 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə mülki işin matriallarını araşdırararaq qeyd edir ki, iddiaçı cavabdehin ona 3400 manat məbləğində borcu olduğunu bildirmiş, cavabdeh isə həmin məbləğində borcu borcu olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli Cavabdeh 3400 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3400 (üç min dörd yüz) manat məbləğində pul və 54 (əlli dört) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar