Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5424/2021 07.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək: 09.01.2019-cu il tarixli müqaviləyə əsasən Samsunq LED TV üçün 483 manat ödənilməmiş hissə, 147 manat dəbbə, 19.02.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********76453 olan iPhone Xs Max markalı telefon üçün 2015 manat ödənilməmiş hissə, 636 manat dəbbə, ümumilikdə 3281 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə: 09.01.2019-cu, 19.02.2019-cu il tarixli müqavilələrə əsasən Samsunq LED TV və İMEİ kodu **********76453 olan iPhone Xs Max markalı telefon almış və nəticədə 3281 manat borcu yaranmışdır. Cavabdeh müqavilə şərtləri ni pozmuş və nəticədə: 09.01.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1331 manat olan (19 ay x 70 manat + 1 manat ilkin ödəniş) Samsunq LED TV üçün ümumilikdə 630 manat olmaqla, ondan 483 manat ödənilməmiş hissə, 147 manat dəbbə, 19.02.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 4552 manat olan (18 ay x 212 manat + 736 ödəniş) İMEİ kodu **********76453 olan iPhone Xs Max markalı telefon üçün ümumilikdə 2651 manat olmaqla, ondan 2015 manat ödənilməmiş hissə, 636 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3385 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəoinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlansı, müştərinin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianını təmin edilməsini məhkəmədə xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış: 09.01.2019-cu il tarixli müqaviləyə əsasən Samsunq LED TV , 19.02.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********76453 olan iPhone Xs Max markalı telefonu cavabdehə satmış və ödəniş cədvəlləri tərtib edilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" MMC-yə aralarında bağlanmış: 09.01.2019-cu il tarixli müqaviləyə əsasən Samsunq LED TV üçün 483 manat ödənilməmiş hissə, 147 manat dəbbə, 19.02.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********76453 olan iPhone Xs Max markalı telefon üçün 2015 manat ödənilməmiş hissə, 636 manat dəbbə, ümumilikdə 3281 manat borcu var. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks təqdirdə aidiyyəti üzrə Dövlət qurumuna müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilələrin şərtlərini pozmuş, müqavilələr ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya müqavilələr üzrə ödənilməmiş 2498 manat (483 + 2015) borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia 783 manat (147 + 636) dəbbə pulunun tutulması hissəsində qismən, yəni 78 manat hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli: 09.01.2019-cu il tarixli müqaviləyə əsasən Samsunq LED TV üçün 483 manat ödənilməmiş hissə, 19.02.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********76453 olan iPhone Xs Max markalı telefon üçün 2015 manat ödənilməmiş hissə, ümumilikdə 2498 manat ödənilməmiş hissə və 78 manat dəbbə, cəmi 2576 manat və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 09.01.2019-cu il tarixli müqaviləyə əsasən Samsunq LED TV üçün 483 manat ödənilməmiş hissə, 19.02.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********76453 olan iPhone Xs Max markalı telefon üçün 2015 manat ödənilməmiş hissə, ümumilikdə 2498 manat ödənilməmiş hissə və 78 manat dəbbə, cəmi 2576 manat və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hisədə rədd edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5424/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5424/2021
07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver