Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-544/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Muradova Hicran Nadir qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı сavabdeh Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1480 (bir min dörd yüz səksən) manat maddi zərərin əvəzinin, 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzinin və 39,80 (otuz, doqquz manat səksən qəpik) dövlət rüsumuna görə ödənilmiş pulun, cəmi 2019,80 (iki min on doqquz manat səksən qəpik) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, fərdi sahibkar kimi öz adına aldığı müxtəlif markalı avtomobilləri fiziki şəxslərə günlük icarəyə verib qazanc əldə edir. Təxminən 1 il bundan öncə cavabdehlə taksi sürücüsü kimi tanış olmuşdur. İstifadə etdiyi avtomobilin icarəyə verən tərəfindən təhvil verilməsini tələb edilməsini eşitdikdə (taksidə gedərkən telefon danışığından eşitmiş) bildirmişdir ki, onda icarəyə vermək üçün avtomobillər var, səninlə əlaqə saxlayacaqdır. xx.xx.2023-cü cü ildə cavabdeh ilə əlaqə saxlayıb həmin tarixdən günlük icarəsi 25 manat və cari təmiri onun öhdəsində olmaqla müxtəlif avtomobilləri ona icarəyə vermişdir. xx.xx.2024-cü ilədək cavabdeh ona məxsus olan müxtəlif avtomobilləri qeyd olunan şərtlərlə icarəyə götürüb işlətmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh **-GY-*** nömrəli ona məxsus olan Kia Rio markalı maşını icarəyə götürərək icarə şərtlərinin dəyişdirilməsini xahiş edib. Belə ki, təmir xərclərini öz üzərinə götürməklə ona gündəlik 20 manat verməyi öhdəsinə götürüb və o da həmin tarixdən razılaşmışdır. Həmin günü avtomobili ona icarəyə vermiş və o, avtomobilin mühərriki, ötürücülər qutusu da daxil olmaqla öz təşəbbüsü ilə bütün təmir xərclərini üzərinə götürüb. Təmir xərcləri daxil olmaqla (avtomobilin mühərriki, ötürücülər qutusu da daxil) günlük 20 manat icarə haqqı verməsi şərtilə xx.xx.2024-cü il tarixdə avtomobili ona icarəyə vermişdir. İlk günlər o ona məxsus 070 *** ** ** nömrəsi ilə əlaqə saxlamışdır. 2024-cü ilin may ayının 11-də ona saat 13:08-də göndərdiyi 26 saniyəlik səs yazısında avtomobilin 10 gündən bir Bayılda yerləşən servisdə texniki baxışdan keçirməsini bildirmiş və əyləc bəndlərinə nəzər yetirməsini istəmişdir. Əvəzində ona 13:20, 13:21 və 13:26 radələrində göndərdiyi 10 saniyəlik səslərlə bildirib ki, onun buna vaxtı yoxdur, ehtiyac da yoxdur və naklatkalar da qaydasındadır. 16 may 2024-cü il tarixində saat 08:10-da ona göndərdiyi 11 saniyəlik səs yazısında ödənişlərdə gecikdirmə etdiyinə görə avtomobili geri qaytarmasını tələb etmiş, saat 15:58-də 38 saniyəlik səslə avtomobildə hər şeyin qaydasında olduğunu və ödəniş problemini həll edəcəyini bildirib. Çünki cavabdeh günlük icarə haqlarını tam ödəmirdi. 24 may 2024-cü il tarixdə ona göndərdiyi saat 19:23-də 55 saniyəlik səs yazısında bir daha bildirmişdir ki, texniki xərcləri öz boynuna götürüb. Yenidən 24 mayda ona göndərdiyi saat 19:28-də 48 saniyəlik və həmin tarixdə 20:05 radələrində 59 saniyəlik səslərlə maşına texniki cəhətdən baxa bilməyəciyini bildirib maşını təhvil verməsini istəmişdir. 25 may saat 08:01-də 40 saniyə, 08:19-də 07 saniyə və 09:21-də 30 saniyəlik səslərdə əyləc bəndi alıb dəyişdiyini və atasının, dayılarının usta olduqlarını bildirərək, əyləc bəndlərinin şəkillərini ataraq hər şeyi həll etdiyini bildirib. 25 mayda 09:32-də ona göndərdiyi 3.45 saniyəlik səsdə ona razılaşma şərtlərini xatırladaraq texniki xərclərin onun üzərində olduğunu bildirmişdir. Əgər öhdəsindən gələ bilmirsə avtomobili təhvil verməsini istəmişdir. Cavab olaraq saat 10:02-də ona göndərdiyi 1.21 saniyəlik səsdə problemin yalnız əyləc bəndində olduğunu, bir problemin olmadığını bildirib və avtomobildə hər hansı bir problem olacağı təqdirdə özü həll edəcəyini təsdiqləyib. 26 mayda saat 14:56-da ona göndərdiyi 41 saniyəlik səslə razılaşmaları bir daha qeyd olunub. Həmin gün onun valideyni tərəfindən saat 15.03-də ona göndərilmiş 2.14 saniyəlik səs bunu təsdiq edir. Bundan sonra avtomobili götürəndə olduğu vəziyyətdə təhvil verməsini tələb etmişdir. Həmin gün ona göndərdiyi 15:37-də 49 saniyəlik səsdə texniki xərcləri boynuna götürdüyünü etiraf edir. O da cavab olaraq göndərdiyi 2.52 saniyəlik səsdə 15:53-də bir daha texniki xərclərə cavabdeh olduğunu bildirmişdir. Lakin cavabdeh bir müddət sonra avtomobilin qabaq açılıb bağlanan metal örtük və qoruyan zonanı əzib, nəhayət avtomobilin mühərrikini sıradan çıxarmışdır. Bununla ona maddi ziyan vurmuşdur. Bu faktı da səs yazıları və şəkillər təsdiq edir. May ayının 26-da isə ona göndərdiyi 14:16-də 38 saniyəlik səsdə avtomobilini səhər tezdən işə salmaq istədiyini, lakin avtomobilinin işə düşmədiyini bildirib. Lakin cavabdeh ona yalan danışmışdır, əslində isə xx.xx.2024-cü il tarixdə saat 10.03-də avtomobili idarə edərkən avtomobilin söndüyünü bildirir. Beləliklə, yalan danışdığı ortadadır. Bundan başqa 26 mayda səhər həyətdə işə düşmədiyini bildirir, az sonra isə qeyd edir ki, avtomobil Sabunçunun dairəsindədir. Bu da onu göstərir ki, avtomobil həyətdə 26-sı səhər deyil, 25-i Sabunçu dairəsində xarab olub. Bu da növbəti yalanını göstərir. Səs yazılarında bu açıq görünür. Bunu təsdiq edən şəkil də var. 26 may saat 18:11-də göndərdiyi 40 saniyəlik səs bunu təsdiq edir. Əlavə foto da var. Həmin dairədə gənclər axşamlar avtoşluq edirlər. Bu da onlardan biri olub. 27 mayda saat 16:10-da ona göndərdiyi 33 saniyəlik səsdə avtomobilini tam düzəldib verəcəyini bildirir. Həmin gün saat 17:00 radələrində avtomobili evakuatorla ustaya aparır. Video görüntü var. Maşın xarab olan vaxt açılıb örtülən metal örtüklə qoşqu edərək açılıb örtülən metal örtüyü zədələyib və avtomobilin qabaq hissəsini vuraraq əzib, bununla əlavə olaraq 250 manat zərər vurub. Səs yazıları, video görüntülər və ustaların verdiyi qaimələr bunu təsdiq edir. Video ilə bu zərərin vurulması təsdiqini tapmışdır. Namiq bildirir ki, dayısı ustadır, onu həll edəcək, lakin sonra imtina edir. 29 mayda pul tapacağı, kartına yükləyəcəyi vədləri ilə onu aldadıb. 30 mayda saat 15:52 də ona atdığı videogörüntıı ilə mühərrikin dağıldığını, yararsız hala düşdüyünü və yeni mühərrikin alınması üçün 800 manat pul tələb olunduğunu bildirib. Ustanın bildirdiyinə görə radiatorun şlanqı deşilib və maşında su tükənib. Buna görə də mühərrik qızıb və başlıq əyilib. Avtomobil nasaz vəziyyətdə idarə olunub. Göstəricidə qızınma, yəni temperaturu göstərən şkalanın olmasına baxmayaraq sürücü, yəni Cavabdeh buna diqqət etməyib. Avtomobil susuz idarə olunduğuna görə qızaraq yararsız hala düşüb. Bu da tamamilə sürücünün məsuliyyətindədir. 01 iyun 2024-cü il tarixdə aralarında olan 2.18 saniyəlik telefon danışığı onun məsuliyyətini təsdiq edir. 31 may saat 10:03-də ona göndərdiyi 11 saniyəlik səsdə avtomobilin sürülərkən xarab olduğunu bildirir. Lakin əvvəlcə səhər-səhər işə salarkən işə düşmədiyini bildirirdi. Bununla da cavabdeh ona 850 manat məbləğində mühərrik alınmasına görə 110 manat mühərrikə aid olan forsunkaları, sobanın alt və üst şlanqları və digər hissələrin alınmasına görə 270 manat mühərrikin dəyişdirilməsi üçün usta haqqının verilməsinə görə 40 manat zədələnmiş qoruyucu örtüyün rənglənməsinə görə 60 manat rəngsaza xidmət haqqının ödənilməsinə görə 150 manat dəmirçiyə xidmət haqqının ödənilməsinə görə, cəmi 1480 manat maddi ziyan vurmuşdur. Bundan başqa səs yazılarından və işin digər hallarından görünür ki, cavabdeh ona mənəvi zərər vurmuş, cavabdeh onu ciddi narahat edib dəfələrlə aldatmış, buna görə ciddi şəkildə əsəbləşmişdir. Səs yazılarını diqqətlə dinlədikdə görür ki, cavabdeh onu ciddi narahat edib əsəblərinə də oynamış, demək olar ki, özünün özbaşına və laqeyd hərəkətləri ilə avtomobilinə ziyan vurmuşdur. Cavabdehə dəfələrlə deyir ki, avtomobili idarə edib icarə haqqını verə bilmirsənsə, sən necə təmir xərclərini öz üzərinə götürürsən, yaxşısı budur indidən geri qaytar avtomobili. Cavabdeh isə hər dəfə bildirir ki, narahat olmamağını, texniki qulluq və onun xərcləri ona aiddir. Bununla da cavabdeh ona 500 manat məbləğində mənəvi zərər vurmuşdur. Bir məsələyə diqqət yetirsə, görünür ki, o, avtomobili taksi və sair muzdlu işlərdə işlədib gəlir əldə etmək məqsədilə deyil, özünün kefinə və istəklərinə uyğun olaraq, zəhmət çəkib qazanc əldə etmək məqsədi olmadan icarə haqqını və təmir xərclərini ödəyə bilməyəcəyini qabaqcadan bildiyi halda boş-boşuna avtomobili ondan alıb ona ziyan vurmuşdur. 26 mayda onun anası ilə bu barədə danışmışdır. Həmin gün onun valideyni tərəfindən ona göndərilmiş 2.14 saniyəlik səs bunu təsdiq edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Muradova Hicran Nadir qızı iddia tələbini qəbul etməyərək oğlu ilə aralarında şifahi müqavilə bağladığını, lakin avtomobilin onun oğluna nasaz vəziyyətdə verildiyini, avtomobilin naklatkaları nasaz olduğundan, cavabdeh ilə atasının həmin naklatkaları öz həyətlərində dəyişdirmiş olduğunu, cavabdehin atasının usta olduğunu onların maşına xarab etməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sahil Firması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 77 nömrəli qüsur aktından görünür ki, Kia Rio markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilə 1500 manat ziyan dəymişdir. AE 005564 nömrəli X2 Şəhadətnaməsinin surətindən görünür ki, Kia Rio minik markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3r. xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, X1 Rio minik markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə bütün hərəkətləri etmək üçün İddiaçı 11 ay 6 gün müddətinə etibarnamə verilmişdir. Qaima Fakturalardan görünür ki, Kia Rio minik markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilə mator üçün xx.xx.2024-cü il tarixdə 270 manat, xx.xx.2024-cü il tarixdə 110 manat , xx.xx.2024-cü il tarixli 850 manat, xx.xx.2024-cü il tarixdə isə 250 manat ödəniş edilmişdir. İş matriallarına iddiaçı tərəfindən əlavə edilmiş flash kartda olan iddiaçı ilə cavabdeh arasında olan xx.xx.2024-cü il tarixli səs yazılardan müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya səs yazısı ilə müraciət edərək səhər tezdən maşının işləmədiyi, maşını gətirən gündən maşının yaxşı işləmədiyini, maşını sürə bilmədiyini indi isə işləmədiyini bildirmişdir. İddiaçı isə cavabdehə avtomobilin yararsız vəziyyətdə olduğunu, maşını qaytarmasını, maşına görə gündəlik arenda pul ödədiyi halda maşının sürülməli vəziyyətdə olmadığını bildirdiyini söyləmişdir. İş matriallarına iddiaçı tərəfindən əlavə edilmiş flash karta olan cavabdehin anasının iddiaçıya ünvanadığı səs yazısında qeyd edilir ki, maşının gəldiyi gündən sürülmədiyini, maşının gəldiyi gündən nasaz olduğunu, atasının belə cavabdehə əsəbləşdiyini, maşını iddiaçıya qaytarılması üçün oğluna dəfələrlə xəbərdarlıq etdiyini, maşını cavabde ilə atasının tam sökərək tam bərpa etdiklərini bildirmişdir. İş matriallarına əlavə cavabdehin nümayəndəsi tərəfindən əlavə edilmiş flash kartda olan iddiaçının cavabdehə göndərmiş olduğu səs yazısından görünür ki, iddiaçı cavabdehdən avtomobili geri qaytarmasını, həmin avtomobilin saz vəziyyətdə olmadığını, maşının ilinin köhnə olduğunu, taxi ilə işləməyə yararlı olmadığını, hər axşam qaytaracağını dediyi halda avtomobili qayatarmadığını bildrmişdir. İş matriallarında olan qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 39.80 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında əldə edilmiş razılıqdan müəyyən edilir ki, iddiaçının qanuni sahibliyində olan avtomobili cavabdehə taxi fəaliyyəti ilə məşğul olmaq üçün verilmişdir, işin hallarından habelə tərəflər arasında olan səs yazılarından müəyyən edilir ki, cavabdeh avtomobili iddiaçıdan götürən zaman avtomobilin zəruri xərclərini onun üzərinə düşməsi ilə razılaşmışdır. İddiaçı sonradan cavabdehə həmin avtomobilin saz vəziyyətdə olmadığı bildirilmiş, avtomobili geri qaytarmasını xahiş etmişdir. Cavabdeh isə avtomobili qaytarmamış, yalnız avtomobil artıq istifadəyə tam yararsız olduqdan sonra iddiaçıya bu haqda məlumat verərək avtomobili iddiaçıya qaytarmışdır. Bundan sonra iş matriallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı sözügedən avtomobili işlək vəziyyətə gətirməsi üçün 1480 maant məbləğində xərc çəkmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qanuni istifadəsində olan avtomobilə dəymiş 1480 manat zərər cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan əlavə məhkəmə iddia tələbinin 500 manat mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 34.8 (otuz dörd manat, səksən qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1480 (min dörd yüz səksən) manat məbləğində maddi ziyan və 34.8 (otuz dörd manat, səksən qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalna hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-544/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-544/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver