Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5448/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 600 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ondan 600 manat pulu özündə saxlaması üçün almışdır. Bunu yoldaşı X1 demişdir ki, pulu verək cavabdehdə qalsın, pul onlarda qalsa xərclənəcək. Cavabdehlə dörd ildir ki, çörək kəsmişdilər. Cavabdeh həmin pulu qaytarmır. Cavadehlə bu barədə dəfələrlə söhbət etməyinə baxmayaraq sözlərinə hörmətsiz yanaşmışdır. Cavabdeh pulu qaytarmadığına görə məcburiyyət qarşısında qalaraq Sabunçu rayon polis şöbəsinin 12-ci Polis Şöbəsinə yazılı şəkildə müraciyət etməyinə baxmayaraq Azərbaycan Respublikasının CM-nin 125-ci maddəsinə əsasən tərkib əlamətləri olmadığından Polis Bölməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edildi. Cavabdeh iddia ərizəsinə etiraz verərək işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Etirazı cavabdeh onunla əsaslandırmışdır ki, iddiaçının tələbi qanunsuzdur, əsassızdır, şər, böhtan xarakterlidir və təmin olunmamalıdır. Təxminən bir il bundan əvvəl vəfat etmiş həyat yoldaşı X3 uzun müddət xəstə olmuşdur. X6 adlı şəxs görürdü ki, həyat yolaşına məxsus olan “Nissan Sunny” markalı, “**-DZ-***” dövlət qeydiyyat nişanlı avtomobilləri olsa da, cavabdeh avtomobili idarə edə bilmədiyindən həyat yoldaşını xəstəxanaya aparıb gətirmək və digər işlərdə çətinlik yaranmışdır. O, əvvəlcə özünü yaxın göstərib təkid etdi ki, onun həyat yoldaşı Dünyamalı Əliyev tez-tez cavabdeh gilə gəlib getsin və avtomobili idarə etsin. Daha sonrs Elmira Əliyeva təkid etdi ki, həyat yoldaşı Dünyamalı Əliyev cavabdehə avtomobil idarə etməvi öyrətsin, bu adla da Dünyamalı Əliyev mütəmadi olaraq rahat şəkildə onların evinə gəlib, əyləşib, deyib-gülürdü. Cavabdeh həmin avtomobili Dünyamalı Əliyevə hər ay hissə 300 manat ödəmək şərti ilə icrarəyə vermişdir. Dünyamalı Əliyev 18 ay avtomobili sahibliyində saxlamış, onu idarə etmiş, ondan bəhrələnmişdir. Dünyamalı Əliyev aylıq ödənişləri etmədiyindən avtomobili tələb edib ondan geri almışdır. Avtomobilin bir-çox hissələrini yararsız və pis hala salınmış, təmir işləri aparılmamışdır. Buna görə cavabdeh öz hesabına avtomobili təmir etdirmişdir. Bundan sonra iddiaçı onu təhqir etməyə, şər-böhtan xarakterli ifadələr işlətməyə, hədəqorxu gəlməyə başlamışdır. İddiaçının qeyd etdiyi halların heç biri həqiqətə uyğun deyil, ondan hər hansı bir məqsədlə pul almamışdır, ona heç bir borcu yoxdur. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa yğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tərəfindən iddia tələbini sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçının vəsatəti əsasında şahid X5 məhkəmədə aşağıdakı ifadəni vermişdir. Hər iki tərəfi tanıyır, iddiaçı onun işlədiyi yerin yanında qutab bişirib satır, cavabdeh isə yaxınlıqda poçtda işləyir. O, iddiaçının cavabdehə 500-600 manat verdiyini görüb, soruşub o nə puldu, iddiaçı deyib ki, saxlamaq üçün Nəcibəyə verir. Sonralar pulun qaytarılb-qaytarılmadığı ilə maraqlanmış, iddiaçı 100 manatın qaytarıldığını, 500 manatın qaytarlmıdığını billdirmişdir. Göründüyü kimi, şahid işin hallarını iddiaçıdan eşitdiyi kimi anlatmışdır, bu əsasdan onun ifadəsi mötəbər sübut hesab edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5448/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5448/2023
01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver