Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5497/2021 02.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə icals katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzildən çıxarılmalarına və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzildən çıxarılmalarına və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3 azyaşlı uşaqları ilə birlikdə, ona məxsus, Bakı şəhəri, Nardaran qəsəbəsi, X10 ünvanında yerləşən, Nardaran Bələdiyyəsi tərəfindən verilmiş 180612XOW5X5 seriyalı və 973 qeydiyyat nömrəli 04.05.2020-ci il tarixli Bələdiyyə şəhadətnaməsinə əsasən, 600 (kvadratmetr) torpaq sahəsindən və həmin torpaq sahəsində tikilmiş 150 (kvadratmetr) fərdi yaşayış evindən çıxarılmasına və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 34, 34.1, 34.2-ci maddələrinə əsasən istifadə hüquqlarına xitam verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nardaran qəsəbəsi, X10 ünvanında yerləşən 600 kv. metr torpaq sahəsi, və həmin torpaq sahəsində tikilmiş 150 kv. metr fərdi yaşayış evi 180612XOW5X5 seriyalı və 973 qeydiyyat nömrəli Bələdiyyə Şəhadətnaməsinə əsasən ona məxsusdur. Sözügedən 600 kv. metr torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş 150 kv. metr fərdi yaşayış evə dair sənəd, Bələdiyyə 180612XOW5X5 serıy və 973 qeydiyyat nömrəli Bələdiyyə Şəhadətnaməsi 04.05.2020-cı ildə, Nardaran Bələdiyyəsində qeydə alınaraq ona təqdim edilmişdir. Hal-hazırda cavabdehə Cavabdeh1, Cavabdeh2 və 18.04.2012-cı ıl təvəllüdlü X4, 23.01.2014-cü il təvəllüdlü X5 və 31.01. 2018-ci iİ təvəllüdlü X2 adlı 3 azyaşlı uşaqları ilə birlikdə, sözü gedən Bağ evində və həmin bağın torpaq sahəsindən qanunsuz olaraq yaşayırlar və istifadə edirlər. Faktiki olaraq o, cavabdehlərin ucbatından bağına və bağında tikilmiş fərdi yaşayış evimə fasiləsiz olaraq sahiblik edə bilməyir. Cavabdeh2 onun qardaşıdır və Cavabdeh1 isə qardaşının həyat yoldaşıdır. Təxminən 2014-cü ildə, ona məxsus Sabunçu rayonu, Nardaran qəsəbəsi, X10 ünvanında yerləşən 600 kv. metr torpaq sahəsində ev tikərək tam istifadə halına gətirmişdir. Və sonradan həmin sözü gedən bağ sahəsini və fərdi yaşayış evini 04.05.2020-ci ildə Nardaran Bələdiyyəsində özəlləşdirmişdir. Belə ki, qardaşı Cavabdeh2 2015- ci ildə ona yaxınlaşaraq bildirdi ki, özünə ev eşik tikənə kimi, həyat yoldaşı və 2 az yaşlı uşağı ilə birlikdə müvəqqəti yaşamaları üçün onlara verir. O da onunla razılaşaraq, heç bir pul vəsaiti almamaq müqabilində ona məxsus Bakı şəhəri, Nardaran qəsəbəsi, X10 ünvanında yerləşən 600 kv. metr torpaq sahəsini, və həmin torpaq sahəsində tikilmiş 150 kv. metr fərdi yaşayış evini qardaşına ailəsi ilə birlikdə müvəqqəti yaşamaları üçün vermişdir. Belə ki, cavabdeh qardaşı Cavabdeh2 ilə 2021-ci ildə görüşərək ona, ev eşik tikib tikməməsi barəsində sual verdikdə, cavab olaraq bildirdi ki, xeyr hələ də özünə ev eşik tikiməmişdir və imkanı da yoxdur. O isə ona bildirdi ki, bu Bağ evini və torpaq sahəsini ona ailə üzvlərinlə birlikdə, müvəqqəti yaşamağı üçün ona görə vermişdir ki, başqa yerə kirayə pulu verməsin və o pulları yığıb özünə ev tiksin. Amma o məsuliyyətsizlik edərək hələ də özü üçün ev k tikmək məsələsinə biganə yanaşır. Və bu səbəbdən qardaşı Cavabdeh2 bildirdi ki, ona məxsus Sabunçu rayonu, Nardaran qəsəbəsi, X10 ünvanında yerləşən 600 kv. metr torpaq sahəsini, və həmin torpaq sahəsində tikilmiş 150 kv. metr fərdi yaşayış evini ailə üzvləri ilə birlikdə boşaldaraq ona təhvil versin. Və cavabdehə bildirdi ki, onların əvəzinə müxtəlif ödənişlər etməli olur və eyni zamanda cavabdehin onun Bələdiyyə Şəhadətnaməsinə əsasən mülkiyyətində olan mənzilindən qanunsuz istifadə etməsi formal xarakter daşımaqla bərabər, cavabdeh onun mülkiyyət hüquqlarını da pozur. Əvvəla o onun əvəzinə kommunal xərclərlə yanaşı əlavə ödənişlər etməli olur. Təəssüf ki, həmin ödənişlər ondan yenə də alınmaqda davam edir. Cavabdeh isə bütün bunları bildiyinə gördüyü təqdirdə, ona məxsus bağı və bağda tikilmiş fərdi yaşayış evini boşaltmaq yerinə, məsuliyyətsizlik edərək görməzdən gəlir və onun sözü gedən əmlakımı nə təhvil vermir, nə də ailə üzvləri ilə birlikdə boşaltmır. Bütün bu olanları görüb, cavabdeh ailə üzvləri ilə birlikdə, hələ də ona məxsus Bağında yerləşən torpaq sahəsini, və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evini boşaldaraq təhvil vermək niyyətində olmadığını başa düşmüşdür və bu səbəbdən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Belə ki, cavabdehlərin faktiki olaraq qeydiyyat üzrə başqa yerdə olmaları, eyni zamanda onun bağ evində qeydiyyatsız olmaları onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaratmasına səbəb olur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, sözügedən ev ona məxsusdur. 2015-ci ildən qardaşı və ailəsinə həmin evdə müvəqqəti yaşaması üçün icazə vermişdir. Lakin artıq qardaşı Eminlə digər cavabdeh Vüsalə boşanmışlar. Lakin buna baxmayaraq X3 həmin evdə yaşayır. Cavabdehlər boşandığından artıq Cavabdeh1 onun ailəsi deyildir, bu səbədəndə evi tərk etməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsini qəbul edərək ailə qurduqdan sonra qardaşının evinə köçdüyünü, 4-5 il olar ki, orada ailəsi ilə birlikdə yaşadığını bildirmişdir. Lakin hal-hazırda arvadı Cavabdeh1 ilə boşanmışdır. Buna baxmayaraq Cavabdeh1 onun qardaşına məxsus evdə yaşamğa davam edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə üzrə nümayəndəsinin 1918 nömrəli, 30 aprel 2021-ci il tarixli arayışına əsasən İddiaçı ünvan 2 ünvanında daimi qeydiyyatdadır. -Bakı şəhəri X1 görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ masivində yerləşən fərdi evə İddiaçı 04.05.2020-ci il tarixdə vergi ödəyicisi kimi uçota alımışdır. - İddiaçı ilə Azərqaz İB arasında Qaz paylayıcı ilə məişət qaz qurğusu istifdəçisi arasında qazın alqı-satqısı barədə AKX-0208498/02-2020 nömrəli, 04.02.2020-ci il tarixli müqavilə bağlanaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları massivində yerləşən fərdi evin qazla təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında yaranmış mübahisənin predmenti olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X7 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikilidir və həmin evi Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-də heç bir qeydiyyatdan keçməmişdir. Hazırki mübahisə isə özbaşına tikili hesab edilən fərdi yaşayış evindən çıxarılma və istifadə hüququna xitam verilməsi tələbi olsa da, iddiaçının həmin evə qanunla müəyyən edilmiş qaydada hər hansı bir hüquq olması, yəni həmin əmlaka dair hüquqmüəyyənedici sənədlərinin olması məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki, iddiaçı tərəf mülki işin materiallarına əlavə edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X7 torpaq sahəsinə və onun üzərində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüquqlarının yaranmasını qeyd etsə də, məhkəmə hesab edir ki, mülkiyyət hüququ yalnız torpaq sahəsinin və onun üzərində tikilmiş tikilinin qanunla müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyatda alındığdan sonra yaranır. Təbii qazdan istifadəyə dair müqavilə və yaşayış yerindən arayış isə hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Həmiçinin məhkəmə onuda qeyd edir ki, məhkəmə iclasında iddiaçı sözügedən torpaq sahəsinə və onun üzərində tikilmiş tikiliya dair mülkiyyət hüququnu təsdiq edən sənəd kimi Bakı şəhəri Nardaran Bələdiyyəsi tərəfidən təqdim edilmiş Şəhadətnaməyə istinada etsədə, məhkəmə iddiaçının diqqətinə çatdırır ki, həmin sənəd fiziki şəxsin vergi ödəyicisi kimi uçota alınmasınıl təsdiq edən sənəddir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, iddiaçı və Cavabdeh2 məhkəmə iclasında izahat verərəkən bildirdilər ki, Cavabdeh2 ilə digər Cavabdeh1 həmin fərdi yaşayış evində 2015-ci il tarixindən yaşamışlar. İddiaçı ilə Azəriqaz İB arasında qazın alqısatqısına dair müqavilə isə 2020-ci il tarixində bağlanmışdır, həmçinin Bakı şəhəri Nardaran Bələdiyyəsi tərəfidən təqdim edilmiş Şəhadətnamə 04.05.2020-ci il tarixinə aid olduğundan, məhkəmə həmin sənədləri mötəbər sübut kimi qəbul etməyərək hesab edir ki, iddia tələbinin bir hissəsini əhatə edən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3 azyaşlı uşaqları ilə birlikdə, Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsi, X10 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair iddia tələbi təmin edilə bilməz. Daha sonra məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsi, X10 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsinə tələbinə dair hisssəinə münasibət bildirərək qeyd edir ki, göstərilən yaşayış evi özbaşına tikildir, özbaşına tikiliyədə münasibətdə istifadə hüququ yaranmadığından məhkəmə hesab edir ki, iddia tələbi bu hissədədə əsasız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Aqil oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılmalarına və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5497/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5497/2021
02.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver