Məhkəmə qərarları › İş №2(008)-5498/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5498/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5498/2025 25.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim X3, iddiaçı X1 Cavabdeh qarşı "80 manat borcun və 30 manat dövlət rüsumunun, cəmi 110 manat məbləğində pulun alınması" barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı "80 manat borcun və 30 manat dövlət rüsumunun, cəmi 110 manat məbləğində pulun alınması" barədə xx.xx.2025ci il tarixli iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbi belə əsaslandırmışdır ki, Cavabdeh 2025-ci ilin mart ayında ondan 80 manat məbləğində pulu borc almış, lakin bugünədək qaytarmamışdır. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsində deyilir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə qeyd edir ki, hazırkı iddia üçün qanunda alternativ ərazi aidiyyəti qaydaları nəzərdə tutulmadığına görə ümumi ərazi aidiyyəti qaydaları tətbiq edilməli və həmin qaydalara müvafiq olaraq, iddia cavabdehin rəsmi qeydə alındığı yerin ümumi məhkəməsinə verilməlidir. "Elektron məhkəmə" informasiya sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən edildi ki, Cavabdeh rəsmi qeydə alındığı ünvan Qazax rayonu Kosalar kəndidir. Belə olan halda, hazırkı iddiaya baxılması Qazax Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. İddia ərizəsində Cavabdeh ünvanı kimi Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi göstərilmişdir. Lakin hazırkı işin ərazi aidiyyəti cavabdehin yaşadığı yerə görə deyil, rəsmi qeydə alındığı yerə görə müəyyən edildiyi üçün məhkəmə qeyd edir ki, cavabdehin faktiki olaraq Bakı şəhəri Sabunçu rayonu ərazisində yaşaması işin ərazi aidiyyətinin dəyişdirilməsinə əsas verə bilməz. Beləliklə, hazırkı işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı deyil, bu hal isə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qaytarılmalı olsa da, iddiaçı məhkəməyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim etmədiyinə görə bu məsələ hazırkı qərardadda həll edilməməlidir. Məhkəmə bunu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı X1 Cavabdeh qarşı "80 manat borcun və 30 manat dövlət rüsumunun, cəmi 110 manat məbləğində pulun alınması" barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X6.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar