Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5548/2023 12.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dən ona məxsus olmuş ünvan 1 ünvanda yerləşən 2 bloklu 12 mərtəbəli yaşayış binasının 2-ci giriş Xİ mərtəbəsində 3 otaqlı, 101 nömrəli, sahəsi 99,11 kvm. olan mənzilin cavabdehə satılmasına görə ona ödənilməyən 48.000 manat pulun, habelə ödədiyi 234 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 2 bloklu 12 mərtəbəli yaşayış binasının 2-ci giriş Xİ mərtəbəsində 3 otaqlı, 101 nömrəli, sahəsi 99,11 kv.m olan mənzil əvvəllər X2 məxsus olmuş, sonuncu ona 130.000 manat pul verməli idi, o pulun əvəzinə o, bu mənzili müqavilə əsasında Tamaradan almışdır. Sonra isə həmin mənzilə dair cavabdehlə müqavilə bağlamışdır. Həmin dövrdə o, mənzili satmaq istəyirdi, Cavabdeh MTK-nin sədri Fəzli Əzizov ona dedi ki, mənzili satmaq olmaz, əgər mənzili satmaq istəyirsə onda onlara satsın. O, məcbur olub onunla razılaşmış və mənzili 2019-cu ilin fevral ayında 130.000 manata satılmasını danışmışlar və F.Əzizov ona hissəhissə 82.000 manat pul vermişdir. Cavabdeh aktlarda 84.000 manat göstərsə də, ona 82.000 manat pul vermişdir. Lakin bu günə qədər qalan 48.000 manat pulu ona vermir. Dəfələrlə gedib pulunu istəsə də cavabdeh pulunu verməkdən imtina edir. Ona deyir ki, “get hara istəyirsən şikayət et”. xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli aktlardan da görünür ki, cavabdeh mənzilin dəyərini ona hissə-hissə vermişdir, birdəfəyə verməmişdir. Onu da qeyd etmək istəyir ki, o, həmin mənzili o dövrdə 160.000 manata satırdı, lakin Fəzli Əzizov ona imkan vermədi və özü həmin mənzili ondan almışdır. Nəticədə onu aldatmışlar və o, pulunu cavabdehdən ala bilmir. Ona görə də o, məhkəməyə müraciət edir. İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 234 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı ilə bağlanmış 41 nömrəli müqaviləyə əsasən Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov 17 küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 3 otaqlı 101 saylı mənzilin geri qaytarılması səbəbilə xx.xx.2019-cu il tarixdə müəssisənin kassasından müştəriyə 10.000 AZN ödənilir. Həmin vəsaitin ödənilməsini X5 və etibarnamə əsasında X3 öz imzaları ilə təsdiqləmişlər. - xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı ilə bağlanmış 41 nömrəli müqaviləyə əsasən Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov 17 küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 3 otaqlı 101 saylı mənzilin geri qaytarılması səbəbilə xx.xx.2019-cu il tarixdə müəssisənin kassasından müştəriyə 20.000 AZN ödənilir. Həmin vəsaitin ödənilməsini X5 və etibarnamə əsasında X3 öz imzaları ilə təsdiqləmişlər. - xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı ilə bağlanmış 41 nömrəli müqaviləyə əsasən Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov 17 küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 3 otaqlı 101 saylı mənzilin geri qaytarılması səbəbilə xx.xx.2019-cu il tarixdə müəssisənin kassasından müştəriyə 10.000 AZN ödənilir. Həmin vəsaitin ödənilməsini X5 və etibarnamə əsasında X3 öz imzaları ilə təsdiqləmişlər. - xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı ilə bağlanmış 41 nömrəli müqaviləyə əsasən Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov 17 küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 3 otaqlı 101 saylı mənzilin geri qaytarılması səbəbilə xx.xx.2019-cu il tarixdə müəssisənin kassasından müştəriyə 10.000 AZN ödənilir. Həmin vəsaitin ödənilməsini X5 və etibarnamə əsasında X3 öz imzaları ilə təsdiqləmişlər. - xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı ilə bağlanmış 41 nömrəli müqaviləyə əsasən Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov 17 küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 3 otaqlı 101 saylı mənzilin geri qaytarılması səbəbilə xx.xx.2019-cu il tarixdə müəssisənin kassasından müştəriyə 10.000 AZN ödənilir. Həmin vəsaitin ödənilməsini X5 və etibarnamə əsasında X3 öz imzaları ilə təsdiqləmişlər. - xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı ilə bağlanmış 41 nömrəli müqaviləyə əsasən Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov 17 küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 3 otaqlı 101 saylı mənzilin geri qaytarılması səbəbilə xx.xx.2019-cu il tarixdə müəssisənin kassasından müştəriyə 24.000 AZN ödənilir. Həmin vəsaitin ödənilməsini X5 və etibarnamə əsasında X3 öz imzaları ilə təsdiqləmişlər. - İddiaçı tərəfindən Cavabdeh MTK-nin sədrinə ünvanlanmış və notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, “Mən, İddiaçı yazıb Sizdən xahiş edirəm ki, X1 razılıq ərizəsi ilə təhvil verilmiş ünvan 2 ünvanındakı ümumi sahəsi 368.8 kv.m olan 3 nömrəli mənzilin əvəzində Cavabdeh MTK tərəfindən 41 saylı xx.xx.2018-ci il tarixli müqavilə ilə adıma rəsmiləşdirilmiş Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Mehmandarov küçəsi 17 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının giriş-2, mrtəbə-Xİ, sahəsi 99.11 kv.m-dən ibarət olan 3 otaqlı, 101 nömrəli yaşayş mənzilinə aid 41 saylı xx.xx.2018ci il tarixli müqaviləyə xitam verəsiniz. Həmin mənzilin dəyərini tamamilə aldım. Bu işlə bağlı mənim Cavabdeh MTK-nə qarşı heç bir iddiam, şikayətim və tələbim yoxdur. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. İddia tələbindən görünür ki, iddiaçı mübahisəli mənzilin əvvəllər X2 məxsus olmasını, sonuncunun ona olan 130.000 manat borcu müqabilində mənzili ona satmasını, bundan sonra həmin mənzilə dair onunla cavabdeh arasında müqavilə bağlanmasını, daha sonra mənzili 130.000 manata Cavabdeh MTK-nə satdığını və aralarındakı müqavilənin ləğv edildiyini, lakin cavabdehin ona cəmi 82.000 manat pul ödədiyini, qalan 48.000 manat pulu bugünədək qaytarmadığını iddia edərək, hazırda həmin pulu cavabdehdən tələb edir. Lakin iddiaçı tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları (X4 ilə borcun müqabilində mənzili almasına əsas olmuş müqavilə, cavabdehlə mübahisəli mənzilə dair aralarında bağlanmış müqavilə, mənzilin dəyərinin 130.000 manat olması, cavabdehin mənzilin dəyərindən 48.000 manatı ödəməməsi) məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdehin ona borclu olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halları sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Əksinə, İddiaçı tərəfindən Cavabdeh MTK-nin sədrinə ünvanlanmış və notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, o, X1 razılıq ərizəsi ilə təhvil verilmiş ünvan 2 ünvanındakı ümumi sahəsi 368.8 kv.m olan 3 nömrəli mənzilin əvəzində Cavabdeh MTK tərəfindən 41 saylı xx.xx.2018-ci il tarixli müqavilə ilə adına rəsmiləşdirilmiş Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Mehmandarov küçəsi 17 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının giriş-2, mrtəbə-Xİ, sahəsi 99.11 kv.m-dən ibarət olan 3 otaqlı, 101 nömrəli yaşayış mənzilinə aid 41 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə xitam verilməsini xahiş etmiş, həmin mənzilin dəyərini tamamilə aldığını və bu işlə bağlı Cavabdeh MTK-nə qarşı heç bir iddiasının, şikayətinin və tələbinin olmadığını bildirmişdir. Belə olan halda, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsinin heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MTKnə qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-5548/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5548/2023
12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver