Məhkəmə qərarları › İş №2(008)-5579/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5579/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5579/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı2 (eyni zamanda İddiaçı1 MMC-nin qanuni təmsilçisi) iştirakları ilə İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 750000 manat məbləğində əsassız ələ keçirilmiş vəsaitin və ödənilmiş 1040 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixdə İddiaçı2 və Cavabdeh tərəfindən nizamnamə kapitalı 50 manat təşkil edən və hər birinin bu kapitaldakı payı 50% olan İddiaçı1 MMC təsis edilmişdir. Həmin MMC-nin mülkiyyətində ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi olmuşdur. Təsisçilər arasında xx.xx.2014-cü il tarixdə saziş bağlanmış, həmin sazişdə Cavabdeh tərəfindən 2013-cü ildə maya qismində 785000 manatın verilməsi və İddiaçı1 MMC-nin mülkiyyətinin dəyərləndirilməsi əks edilmişdir. Daha sonra təsisçilər arasında qeyd olunan sazişlə bağlı mübahisə yaranmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdehlər İddiaçı2 və İddiaçı1 MMC-yə qarşı iddiası qismən təmin edilərək Cavabdeh İddiaçı1 MMCnin təsisçiliyindən çıxarılması, İddiaçı2 Cavabdeh xeyrinə ******* ABŞ dolları və həmin məbləğdən faydalandığına görə 70000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması, qətnamənin Cavabdeh İddiaçı1 MMC-nin təsisçiliyindən çıxarılması hissəsi ilə pulun ödənilməsi barədə hissəsinin eyni zamanda icra olunması qət edilmişdir. AR Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə həmin qətnaməs dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2017-ci il tarixdə İddiaçı2 tərəfindən icra şöbəsinə müraciət edilmiş, “Dan Ulduzu” şadlıq sarayının sata bilmədiyi və nağd pulunun olmadığına görə tələbkara satdığı əmlakın pulunu nağd qaytara bilmədiyini göstərmişdir. İcra məmuru 2018-ci ilin fevral ayında “Dan Ulduzu” adı altında şadlıq evi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsini, eləcə də İddiaçı2 məxsus mənzillərin qiymətləndirməsini həyata keçirərək, tələbkara təklif etmiş, tələbkar isə yalnız xx.xx.2018-ci il tarixdə qeyri-yaşayış sahəsinin bütövlükdə hərraca çıxarılmasını xahiş etmişdir. Yasamal rayon icra şöbəsi sifarişi əsasında "xxxx" tərəfindən verilmiş rəyə əsasən əmlakın qiyməti ******* manat müəyyən edilmişdir. Daha sonra qeyri-yaşayış sahəsi Yasamal rayon icra şöbəsi tərəfindən hərraca təqdim edilmiş və “X6” MMC-də açıq hərrac vasitəsilə 4 dəfə hərrac keçirikdikdən sonra sonda xx.xx.2018-ci il tarixdə ******* manat məbləğində Cavabdeh adına 326 nömrəli protokol vasitəsilə satılmışdır. Qeyd olunan hərracın nəticələri İddiaçı2 tərəfindən mübahisələndirilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı2 iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş və İddiaçı2 iddiası təmin edilməmiş, AR Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Cavabdeh yuxarıda qeyd edilən qətnamələrdə göstərilən ******* ABŞ dolları almalı olduğu təqdirdə ******* manat dəyəridə olan Dan Ulduzu adı altında fəaliyyət göstərən qeyri-yaşayış sahəsini bütövlüklə əldə etmişdir. Bununla da, Cavabdeh İddiaçı2 və İddiaçı1 MMC-nin 750000 manat məbləğində pulunu Yasamal rayon icra şöbəsinin icra məmurunun və “X6” MMC-nin vasitəsilə ələ keçirmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazda qəbul edilmiş məhkəmə aktları sadalanaraq onunla əsaslandırılmışdır ki, həmin məhkəmə aktları hazırki iddia tələbinin əsassız olduğuna dəlalət edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı2 (eyni zamanda İddiaçı1 MMC-nin qanuni təmsilçisi) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, hazırda həmin əmlak 26000000 manata satışa çıxarılmışdır. Hesab edir ki, cavabdeh əsassız varlanmışdır. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı1 MMC xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, qanuni təmsilçisi İddiaçı2dur (Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatları). İddiaçılar ilə cavabdeh arasında çoxsaylı məhkəmə mübahisələri olmuşdur. Məhkəmələr tərəfindən aşağıdakı məhkəmə aktları qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı2 və İddiaçı1 MMC-yə qarşı iddiası qismən təmin edilərək Cavabdeh İddiaçı1 MMC-nin təsisçiliyindən çıxarılması, İddiaçı2 Cavabdeh xeyrinə ******* ABŞ dolları və həmin məbləğdən faydalandığına görə 70000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması, qətnamənin Cavabdeh İddiaçı1 MMC-nin təsisçiliyindən çıxarılması hissəsi ilə pulun ödənilməsi barədə hissəsinin eyni zamanda icra olunması qət edilmişdir (AR Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır). Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı2 hərracın nəticələri ilə əlaqədar olan iddiası rədd edilmişdir (AR Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır). Həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, "Dan Ulduzu-2013” MMC İddiaçı2 və X2 birgə təsisçiliyi ilə 2013-cü ildə yaradılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi icraya yönəldilmişdir. Bundan sonra icra məmuru tələbin İddiaçı2 təsisçisi olduğu “Dan Ulduğu- 2013" MMC-nin mülkiyyətindəki qeyri-yaşayış sahəsinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, əmlakın qiymətləndirilməsi üçün "Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-yə sifariş göndərmiş, həmin MMC-nin 2018-ci il tarixli rəyinə əsasən qeyri-yaşayış sahəsi ******* manat dəyərində qiymətləndirilmiş, Yasamal rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında "X6" MMC tərəfindən hərraca çıxarılmış, 19 noyabr 2018-ci il və 03 dekabr 2018-ci il tarixlərdə hərraclar keçirilmiş, sonuncu hərracda əmlak 30 faiz endirimlə - yəni ******* manata Ağaəli İsmayılova satılaraq hərracın nəticələri haqqında eyni tarixli protokol tərtib olunmuş və tərəflər arasında müvafiq müqavilə bağlanmışdır. İddiaçı2 arvadı X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Dan Ulduzu -2013" MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin X1 dair 03 dekabr 2018-ci il tarixli 326 saylı protokolun və onun əsasında “X6 MMC ilə X5 arasında bağlanmış 03 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Eyni zamanda elə həmin icraatda müstəqil tələb irəli sürən İddiaçı2 eyni tələblərlə iddia verimşdir. Hər iki iddia rədd edilmişdir. Beləliklə, məhkəmələr tərəfindən hərracın nəticələri qanuni hesab edilmişdir. Hazırda mübahisəli əmlak cavabdehin mülkiyyətndədir. İddiaçılar hesab edirlər ki, Cavabdeh ******* manat dəyəridə olan qeyri-yaşayış sahəsini ******* əldə etdiyindən iddiaçılar 750000 manat məbləğində (2500000 – 1750000) ziyana düşmüş, cavabdeh isə həmin məbləğdə əsassız varlanmışdr. İddiaçılar həmin məbləğin onlara geri qaytarılmasını istəyirlər. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanunsuz və əsassız olduğu qənaətinə gəlmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Bu mənada birgə cavabdehlər torpaq üzərində mülkiyyət hüquqları (sənədləri) olmadan iddiaçının hesabına pul (əmlak) əldə etmişlər. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yuxarıda qeyd olunanlardan görünür ki, cavabdeh tərəfindən ******* manat dəyərində olan əmlakın ******* əldə edilməsi qanuni qüvvəsini almış məhkəmə aktları ilə qanuni hesab edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçılara məxsus əmlakın əldə edilməsini hüquqi əsası mövcud olmuşdur, bu səbəbdən o, əsassız varlanmış hesab edilə bilməz və iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçılar ödədikləri 1040 manat məbləğində dövlət rüsumunun cavabdehdən onların xeyrinə tutulmasını istəyirlər. İddia rədd edildiyindən məhkəmə hesab edir ki, həmin rüsum iddiaçılara aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş 1040 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar