Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-559/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12000 manat pulun və iddia ərizəsi üçün ödənilmiş 126 manat dövlət rüsumu tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh keçmiş qaynatasıdır. Cavabdehin qızı X1 ilə xx.xx.2014 cü ildə rəsmi nikaha daxil olmuşdur. Sonradan Salyan Rayon Məhkəməsinin 2(057)-671/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh qızı ilə nikahımlız pozulmuş və həmin nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü Əlizadə İnci anasının himayəsinə verilərək, uşağın doğum haqqında akt qeydində ata qrafasındakı məlumatlar ləğv edilmişdir. Nikahın pozulmasına səbəb cavabdehin keçmiş həyat yoldaşının ona mütəmadi olaraq xəyanət etməsi, birgə nikahdan doğulmuş uşağın atasının o olmadığı və külli miqdarda ona maddi və mənəvi ziyan vurması olmuşdur. Həmin nikah münasibətləri dövründə o, cavabdehə qaynatası olaraq etibar edib şəxsi ehtiyacları üçün 17 oktyabr 2021-ci il tarixdə 10000 manat nağd şəkildə yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Albalılıq bağ sahəsi, 1184 saylı evdə, 2000 AZN isə qızı keçmiş həyat yoldaşı Fatimə Əliyevanın adında Unibanka kart hesabına köçürmüşdür. Qeyd olunanlarla bağlı Səbail rayon polis idarəsində araşdırma aparılmış və müraciətində qeyd olunan xüsusatlar mülki məsələ olduğundan xx.xx.2024-cü il tarixli qərar ilə cinayət işinin başalanılması rədd edilərək qeyd olunanlarla bağlı mülki qaydada müvafiq məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Qeyd olunan şikayəti üzrə cavabdeh qisməndə olsa da hazırkı iddia tələbində göstərilən məbləğləğdən 10000 manat məbləğində pulunu məndən aldığını etiraf etmişdir. Cavabdeh qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu, Albalılıq bağ sahəsi, 1184 saylı evdə yaşayır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh izahatında borcu etiraf edir. Rədd qərarında 8-ci səhifəsində etirafedici ifadələr var. Orada 10000 manat borcun alınması barədə qeydlər var. Qətnamə 29 yanvar tarixdə elektron sistemə yükləndiyi üçün məhkəmə baxışında təqdim edə bilmişdir. Cavabdeh araşdırma dövründə 10000 manatı etiraf edir, lakin 2000 manatı etiraf etmir. 2000 manata dair sübutumuz qətnamədəki qeydlərdir, başqa sübut yoxdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, iddiaçıdan 10000 pul almışdır. Vətəndaş İddiaçı şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasına rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.1.1-ci maddəsinə əsasən qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. İş üzrə təqdim edilmiş əsas sübut olan, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh izahatında 10000 manat pulu iddiaçıdan aldığını etiraf etmişdir. Beləliklə, iddiaçının tələb etdiyi 12000 manat puldan 10000 Cavabdeh verilməsi faktı onun özünün polisdə verdiyi izahatı ilə təsdiq olunur. 2000 manat pulun cavabdehə verilməsi ilə bağlı isə iddiaçı tərəfi hər hansı mötəbər sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10000 manat məbləğində pul tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsində deyilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** mədaxil qəbzi ilə 126,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cəmi 12000 manat məbləğində iddianın 10000 manat hissəsi (83,33 faizi) təmin olunduğuna görə bu məbləğə mütənasib olaraq dövlət rüsumunun 83,33 faizi, yəni 105,32 manatı cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 21,08 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10000 (on min) manat pul və iddia ərizəsi üçün ödənilmiş 105 (yüz beş) manat 32 (otuz iki) qəpik dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 21,08 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-559/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-559/2025
19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver