Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5619/2021 06.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ATSC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ATSC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ATSC-nin xeyrinə 7.858,60 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 20 fevral 2017-ci ildə “Bakı Şərab 1” ATSC-nin təchizat və satış şöbəsinə sürücü-ekspeditor vəzifəsinə qəbul edilmiş, 03.02.2020-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. 20 fevral 2017-ci ildən 03 fevral 2020-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində təchizat və satış şöbəsində sürücü-ekspeditor vəzifəsində işlədiyi dövrdə cavabdehlə 20.02.2017-ci il il tarixli, 04 saylı və 01.08.2017-ci il tarixli, 09 saylı tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəllənin 200-cü maddəsinin tələblərinə müvafiq olaraq cavabdehlə “Bakı–Şərab-1” ATSC-ti arasında bağlanmış, yuxarıda sözügedən müqavilələrin tələblərinə əsasən Cavabdeh Cəmiyyətdə işlədiyi və ona etibar edilmiş maddi sərvətlərin saxlandığı bütün dövr ərzində ona etibar olnmuş avtomaşının, eləcə də məhsulların və satışdan əldə edilən pulların qorunub-saxlanılmasına, pulun cəmiyyətin xəzinədarlığına təhvil verilməsinə cavabdeh olmaqla yanaşı tam maddi məsuliyyət daşımışdır. 28 fevral 2017-ci ildən 06 mart 2017-ci ildən 06 mart 2017-ci ilədək olan müddətdə, müvafiq sənədlərlə cavabdehə satış məqsədi ilə ümumilikdə 27.988.60 manat dəyərində alkoqollu içkilər verilsə də, həmin malların 7858.60 manat məbləğində olan hissəsi bu günədək cəmiyyətin xəzinədarlığına onun tərəfindən ödənilməmişdir. İşçinin tam maddi məsuliyyətinin əsaslarını ehtiva edən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsinin a) bəndinin tələblərinə görə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanuna zidd hərəkətləri ilə işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 200-ci maddəsinə əsasən 1ci hissəsinin tələblərinə müvafiq olaraq cavabdehlə bağlanmış yuxarıda sözügedən tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən onun tam maddi məsuliyyətə verilmiş hazırki vaxta qalıq dəyəri 7858.60 manat məbləğində alkoqollu içkiləri və ya bu içkilərin dəyəri bu günədək cəmiyyətə ödənilməmişdir. Cavabdehin maddi məsuliyyətini istisna edən hallar olmadığından, yuxarıda qeyd olunan məbləğdə pul vəsaitinin cəmiyyətə ödənilməsinin təmin olunması üçün müvafiq iddia ilə məhkəməyə müraciət etməkdə haqlıyıq və hesab edir ki, bu haqlı tələbi məhkəmə tərəfindən təmin edilməlidir. Cəmiyyətə vurulmuş 7858.60 manat məbləğində maddi zərərin könüllü olaraq ödənilməsi cavabdeh təklif edilsə də, cavabdeh bu vəsaiti ödəməmişdir. Cavabdehdən cəmiyyətin xeyrinə 7858.60 manat məbləğində pul tutulmalıdır. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia ərizəsində qeyd olunan 27.988.6 manat məbləğində olan malı o iddiaçıdan təhvil almışdır, lakin həmin malın dəyərini iddiaçıya tam ödəmiş, artıq qalan malı isə iddiaçıya geri qaytarmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, 29.11.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək 06.12.2021-ci il tarixdə saat 17.00-a təyin edilmiş məhkəmə iclasına iddiaçı tərəfini iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 20.02.2017-ci il tarixli tam maddi məsuliyyət daşınması barədə müqavilənin surətindən görünür ki, sürücü-ekspeditor Cavabdeh avtomaşını, məhsulları və satışdan əldə edilən pul qorunub saxlanması, pulların cəmiyyət xəzinədarlığa tam təhvil verilməsinə cavabdehdir və tam maddi məsuliyyət daşıyır. - 01.08.2017-ci il tarixli tam maddi məsuliyyət daşınması barədə müqavilənin surətindən görünür ki, sürücü-ekspeditor Cavabdeh avtomaşını, məhsulları və satışdan əldə edilən pul qorunub saxlanması, pulların cəmiyyət xəzinədarlığa tam təhvil verilməsinə cavabdehdir və tam maddi məsuliyyət daşıyır. - "xxxx" ATSC –nin 28.02.2017-ci il tarixli qaima fakturasının surətindən görünür ki, ödəyici Cavabdeh 18231.8 manat məbləğində malı Bakı Şərab ATSC-dən təhvil götürmüşdür. - Bakı Şərab-1” ATSC –nin 06.03.2017-ci il tarixli qaima fakturasından görünür ki, ödəyici Cavabdeh 9757.20 manat məbləğində malı Bakı Şərab ASC-dən təhvil götürmüşdür. - 09 mart 2017-ci il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən 20130 manat məbləğində kasssaya mədaxil edilmişdir. - Alıcı Cavabdeh adına olan qaima fakturanın surətindən görünür ki, cəmi 27988.60 manat olan pul vəsaitindən kassaya 20130 manat pul vəsaiti ödənilmiş, 7858.60 manat pul vəsaiti qalmışdır. - 12.04.2021-ci il tarixli, 53 nömrəli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh "xxxx" TASC-ə olan borcunu ödəmədiyi təqdirdə hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinəə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun alqı-satqı müqaviləsi üzrə alınmış mallarara görə pulun verilməsi vəzifəsi, iddiaçının isə təhvil verilmiş mallara görə pulun tələb edilməsi hüququ yaranmışdır. İşin mübahisəzsiz halı ondan ondan ibarətdir ki, cavabdeh iddia ərizəsində qeyd edilən dəyəri 27.988.6 manat məbləğində olan malı iddiaçıdan təhvil aldığını məhkəmə iclasında vermiş olduğu ifadəsi ilə etiraf etmişdir. Eyni zamanda cavabdeh məhkəmə iclaasında bildirmişdir ki, qeyd edilən malların dəyərini, yəni satışdan əldə olunmuş pulu iddiaçıya tam şəkildə ödəmiş olduğunu israr etsədə bu halı təsdiq edəcək sübüt məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş materiallarından və cavabdehin izahatından aydın olur ki, ona 27.988.6 manat məbləğində mal verilmişdir və o qeyd olunan puldan iddiçıya cəmi 20130 manat ödəniş etdiyindən onun ödənilməmiş 7858.6 manat borcu qalmışdır. Ona görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 7858.60 (yeddi min səkkiz yüz əlli səkkiz manat, altmış qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ATSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5619/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5619/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver