Məhkəmə qərarları › İş №2(008)-5623/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5623/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5623/2023 26.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6300 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, müharibə veteranıdır. 2-ci qrup əlil kimi Səbail rayonu DSMF-də qeydə alınıb vəsiqə almışdır. Bir neçə il əvvəl əlillik qrupu ləğv edildiyi üçün daha təyin olunmuş müavinəti ala bilmişdir. 2021-ci ilin noyabr ayında bu barədə əvvəllər tanıdığı Cavabdeh bildirdikdə o, ona bu işdə kömək edə biləcəyini dedi və bunun müqabilində o, pulu verməyə razılıq vermişdir və təklif etdi ki, pulun verilməsini borc müqaviləsi ilə rəsmiləşdirək. Notariusa getmək üçün işdən çıxmağa imkanı olmadığından qardaşı İddiaçı xahiş etmişdir ki, öz adından borc müqaviləsi bağlasın. Beləliklə, qardaşı Şaiqlə Cavabdeh arasında borc müqaviləsi rəsmiləşdirilmiş və 6000 manat məbləğində pul Nizami rayonu ərazisində yerləşən 15 saylı notariat ofisində Cavabdeh vermişdir. Daha sonra İltifat ondan əlavə olaraq 300 manat pul istəmişdir və həmin məbləği də ona vermişdir. Lakin razılaşdığı vaxtda cavabdeh vədini yerinə yetirməmiş və hal-hazıradək ona verdiyi pulu qaytarmamışdır. Cavabdehin qaytarmalı olduğu pul vəsaiti ona məxsusdur, onun müqavilə bağlamaq imkanı olmadığından qardaşı İddiaçı adından müqavilə bağlanmışdır. Qeyd olunanlarla bağlı polisə müraciət etsə də və bununla əlaqədar araşdırma aparılsa da Səbail RPİ 9-cu PB-də 03 iyun 2023-cü il tarixdə qərar qəbul olunmuş, məsələnin mülki xarakterli olması səbəbilə ona mülki qaydada məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Daha sonra iddiaçı X1 ərizə ilə müraciət edərək mülki iş üzrə onu əsli olan iddiaçı qismində qardaşı İddiaçı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən ərizə mümükün hesab edilərək iddiaçı X1 əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materaillarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli notarial qaydada bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı 6000 manat pulu 28 mart 2022-ci il tarixdə qaytarmaq şərti ilə Cavabdeh borc vermişdir. ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki işin matraiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, iddiaçı 6000 manat məbləğində pul vəsaitini 28 mart 2022-ci il tarixində qaytarmaq şərti ilə cavabdehə vermişdir. İddiaçı sonradan 300 manat pul vəsaitini cavabdehə vermiş olduğunu bildirsədə, bunu təsdiq edəcək möhtəbər sübutları məhkəmə təqdim etməmişdir. Halhazırda iddiaçı məhkəməyə müraciət edərək 6300 manat borcun cavabdeh tərəfindən qaytarılmamasını iddia edərək həmin pul vəsitini tələb edir, cavabdeh isə dəfələrlə məhkəmə iclasına dəvət edilsədə məhkəmədə iştirak etməmiş, ona verilmiş pul vəsaitinin qaytarılamsını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1 və 529.3-cü maddələrinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 6000 (altı min) manat pul tutularaq İddiaçı ödənilməlidir. İddiaçının sonradan cavabdehə əlavə 300 manat pul vermiş olduğunu bildirsədə bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində pul və 95 (doxsan beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar