Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5630/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 17 040 (on yeddi min qırx) manat dəyərində qızıl-zinət əşyaları və ya onun müqabilində nəğd pulun alınıb ona verilməsi, eləcə də məhkəməyə ödədiyi dövlət rüsumunun Səadət Cabbarovadan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, fərdi qaydada evində xalça toxuyub satmaqla məşğul olduğu üçün cavabdeh X3 online qaydada məişət əşyalarının satışı ilə məşğul olan şəxs kimi tanımışdır. Onu o, təqribən iki il olar ki, tanıyır. Səadət ondan müxtəlif vaxtlarda borc pul almış və qısa vaxtda onu qaytarmışdır. Eyni zamanda o, özü tanışı Mətanət adlı qadından qızıl-zinət əşyalarını nisbətən ucuz qiymətə nisyə götürüb onu tanıdığı şəxslərə statusda paylayaraq tez satır və Mətanətin pulunu qaytarır, özünə də az miqdarda qazanc əldə edir. 2022-ci ilin dekabrın əvvəllərində cavabdeh Səadət Cabbarova ondan qızıl almaq istədiyini və 10 gün müddətində pulunu verəcəyini dedi və o isə razılaşmışdır. 04 dekabr 2022-ci ildə ona, cəmi 9540 manatlıq müxtəlif qızıl əşyaları satmaq məqsədilə vermişdir. Bir gün sonra bu qızılların pulundan 1500 manatını gətirmiş və ilkin ödəniş etmişdir. Sonra cavabdeh ondan yenə qızıllar istəmişdir. O, da cavabdehin tez satacağına inanıb ayın axırınadək satıb pulunu ödəmək şərtilə ona əlavə 9.000 manatlıq qızıl əşyaları vermişdir. Qızıl əşyalarının siyahısını Səadət götürür, o isə qızılların cəmi dəyərinin pulunu tələb edir. Hər iki qızılları ondan qəbul etməsi barədə cavabdeh Səadət Cabbarova ona iki ədəd dil kağızı vermişdir. Orada cəmi 17 040 manat pul borclu qaldığını Səadət öz xətti ilə yazıb, altına tarix və imza qoyaraq ona vermişdir. O da yazdığı qəbzlərə görə Səadətə inanmışdır. Səadət qızılların bir hissəsini onun yanındaca «Laçın» universamının 3-cü mərtəbəsindəki qızıl dükanında pula dəyişib getmişdir. Qalanını da başqa yerdə dəyişəcəkdir. əadət ona borcunun olduğunu, borc sahibinin onu incitdiyini bildirmişdir. Bu səbədən o, Səadəti bir həftə gözləmişdir, lakin Səadətdən xəbər çıxmamışdır. O, əlavə bir neçə gün də gözləmiş, qızılların sahibi Mətanət isə ondan ya qızılları, ya da pulunu tələb etdiyindən, Səadətin isə telefonlara cavab verməməsi səbəbindən, o çarəsiz qalıb DİN-in «102» xidmətinə məlumat vermişdir. Ərizəsi əsasında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23cü polis bölməsində təhqiqatçı tərəfindən araşdırma aparılmışdır. Orada araşdırma aparılan vaxt Səadət Cabbarova yenə də yalan vədlər verərərk bildirmişdir ki, tezliklə onun pullarını qaytaracaqdır. Lakin o qaytarmadığından o məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı Səadət Cabbarova tərəfindən aldadılaraq 17000 manat pulunun ələ keçirilməsi və qaytarılmaması barədə DİN-in «102» xidməti-zəng mərkəzinə müraciəti əsasında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin təhqiqatçısı polis kapitanı Rəşad Vəliyev tərəfindən araşdırma aparılmış və X1 Sevda Ağayar qızından xx.xx.2023-cü ildə 17000 manat dəyərində qızıl-zinət əşyaları götürdüyünü və onu dərhal sataraq pula çevirdiyini, sonra da bu pulu xərclədiyini, hazırda qaytarmaq imkanı olmadığını etiraf etmiş, tezliklə qaytaracağına vəd vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi və materialın ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, toplanmış material üzrə cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. X4 izahatında bildirmişdir ki, online qaydada məişət əşyalarının satışı ilə məşğul olduğunu, onun 400 manat, rəfiqəsi Şirinova Səfanın (***-***-**- **) isə 600 manat borcunun olduğunu, buna görə Təranə (***-***-**-**) adlı qadından 400 manat pul əvəzində əlavə olaraq 400 manat, ümumilikdə 800 manat pulu qaytarmaq şərti ilə aldığını, Təranə ilə danışdıqları vaxtda pulu qaytara bilmədiyi üçün Təranənin ona ikisi üçün 2650 manat pul qaytaracağını dediyini, həmin 2650 manat pulu qaytarmaq üçün Sevdadan 51 qram qızıl aldığını, 51 qram qızılın hər qramı 187 manat olmaqla ümumilikdə 9540 manat pula hesablandığını, buna razılaşdığını, 51 qram qızılı aparıb təhvil verdiyini, əvəzində 3.000 manat pul aldığını, həmin 3.000 manat pulu Sumqayıtda yerləşən Karvan ticarət mərkəzində ilkin ödəniş kimi Sevda ilə birlikdə gedib 2-ci dəfə qızıl almaq üçün təhvil verib 71 qram qızıl götürdüyünü, həmi 71 qram qızılı Memar Əcəmi metrosunun yaxınlığında qızıl mağazasına təhvil verib 4650 manat pul aldığını, həmin 4650 manat puldan rəfiqəsi Səfa ilə onun birlikdə olan 2650 manat pul borcunu Təranəyə kart vasitəsi ilə göndərdiyini, hal-hazırda Sevdaya 17.000 manat pul borcunun olduğunu bildirmiş, həmin 17.000 manat pulun 8500 manatını xx.xx.2022-ci il tarixdə, qalan 8500 manatını isə 2022-ci ilin dekabr ayının axırına qədər ödəyəcəyinə söz vermişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 141 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə mülki işin matriallarını araşdırararaq qeyd edir ki, iddiaçı cavabdehin ona 17040 manat məbləğində borcu olduğunu bildirsədə, cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2022-ci il tarixli qərardandə görünür ki, izahatı alınmış Cavabdeh İddiaçı 17000 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli Cavabdeh 17000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 17.000 (on yeddi min) manat məbləğində pul və 141 (bir yüz qırx bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5630/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5630/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver