Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5634/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2700 (iki min yeddi yüz) manat pulun, iddia ərizəsi üçün ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 onun qudasıdır. Təqribən 2022-ci ilin iyun ayında X6 ona zəng vuraraq, Cavabdeh borca 3000 manat pul lazım olduğunu dedi. Həmçinin onu da dedi ki, Cavabdeh lotoreya oynayır, iki aya lotoreya pulunu alıb ona verəcəyi borc məbləğini tam olaraq ödəyəcək. O da X3 xahişini nəzərə alıb, Cavabdeh 3000 manat borc verməyə razılıq verdi. Cavabdeh ilə evinə yaxın - Bakıxanov qəsəbəsi ərazisində görüşərək, 3000 manat pulu ona verdi. Bu hadisədən sonra Cavabdeh ona birinci ay 160 manat, ikinci ay isə 140 manat pul qaytardı. Lakin sonrakı aylarda onun borcunu qatarmaqdan yayındı. O da X5 bildirdi ki, Cavabdeh onun borcunu qaytarmır. Eldənizə borca pulu onun xahişinə görə vermişdir və X2 xahiş etdi ki, o, Cavabdeh ilə danışıb borcunu qaytarmasını ondan tələb etsin. X1 Eldəniz Nizami oğluna dəfələrlə borcunu qaytarmasını tələb etsə də lakin o, heç bir ödəniş etmədi. X6 məcburiyyət qarşısında qalıb Cavabdeh barəsində şikayət ərizəsi ilə Sabunçu Rayon Polis İdarəsinə müraciət etdi. Şikayəti araşdıran Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı, polis kapitanı Tərlan Mayılov Cavabdeh əməlində cinayət tərkibinin olmaması qənaətinə gələrək, 30 iyun 2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul etdi. Həmin qərarda izahatı qeyd edilmiş Cavabdeh ondan 3000 manat borca bul aldığını və ona borclu olduğunu etiraf etmişdir. Cavabdeh ondan aldığı 3000 manat puldan 2700 manatı bu günə kimi qaytarmayıb. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh ilə aralarında yaranan mübahisə məhkəmə qaydasında həll edilməli, 2700 manat pul vəsaiti Cavabdeh alınaraq ona qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iddiaçının izahatındakı xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, iddiaçıdan 2022-ci ilin təqribən may-iyun aylarında 6 faizlə 3000 manat borc pul almış, 4 ay 180 manat ödəmişdir. Hal-hazırda borcunu ödəyə bilmir. Qeyd olunanlara əsasən iş üzrə ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 47 manat dövlət rüsumu ödəmişdir. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X3 Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nə etdiyi şikayət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, X3 onun barəsində yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. 2022-ci ilin may ayının 16-da özünə məxsus Hunday markalı **-XY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakıxanov qəsəbəsində hərəkətdə olarkən yol qəzası törətmişdir. Həmin vaxt tanımadığı bir qadını vurduğu üçün təcili olaraq onu xəstəxanaya yerləşdirib üzərinə düşən öhdəlikləri bacardığı qədər yerinə yetirmişdir. Bu faktla bağlı Sabunçu Rayon Polis İdarəsində müvafiq araşdırma aparıldıqdan sonra heç bir şikayət olmadığı üçün işə xitam verilmişdir. Həmin vaxt yol qəzası törədərkən Aysun adlı qızı maşın ilə vurmuş, eləcə də, Aysuna görə onun bibisi Mahirə adlı qadın ilə tanış olmuşdur. Onlar yol qəzası ilə bütün işləri qaydaya qoyduqdan sonra Mahirə adlı qadına borcu olduğunu deyib faizə pul götürəcəyini bildirmişdir. Mahirə xanım ona köməklik etmək istədiyi üçün qudası Elvira adlı qadın ilə danışmış və Elvira adlı qadın onda pul olduğunu deyərək 3.000 min manat faizə verə biləcəyini demişdir. Mahirə xanımdan xahiş etmişdir ki, qudası ilə bu barədə danışıb onun üçün borc pul düzəltsin. O, bu barədə qudası Elvira xanımla danışıb razılıq aldıqdan sonra onlar Sabunçu rayonu Bakıxanov qəsəbəsində Elvira xanımın yaşadığı ünvana yaxın yerdə görüşüb 3.000 (üç min) manatı ondan götürmüşdür. Aldığı həmin pul məbləğinə 3 ay 180 manat, 1 ay isə 140 manat faiz ödəmişdir. Sonradan işləri düz gətirmədiyinə görə ziyana düşüb onların pulunu ödəyə bilməmişdir. Hal-hazırda borcunu qaytarmaq üçün özünə məxsus Zabrat qəsəbəsində olan evini sataraq tam şəkildə Elvira adlı qadından aldığı 3.000 min manatı (üç min) qaytaracaqdır. - "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2022-xx.xx.2023-cü il tarixləri üzrə İddiaçı məxsus bank hesabından çıxarışdan görünür ki, sonuncunun Unibank Albalı kartına xx.xx.2022-ci il tarixdə 180 manat, xx.xx.2022-ci il tarixdə 65 manat, xx.xx.2022-ci il tarixdə 180 manat, xx.xx.2022-ci il tarixdə 140 manat olmaqla, cəmi 565 manat məbləğində pul mədaxil edilmişdir. Məhkəmə baxışı zamanı iddiaçı izahatında Cavabdeh 3000 manat məbləğində pul verdiyini, cavabdehin ona cəmi 300 manat pul qaytardığını, qalan 2700 manat borcunu isə bugünədək ödəmədiyini bildirmişdir. Cavabdeh isə izahatında bildirmişdir ki, iddiaçıya 4 ay hər ay 180 manat pul ödəmiş, qalan pulu isə qaytarmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə 3000 manat məbləğində borc pul verilmiş, cavabdeh tərəfindən həmin puldan iddiaçıya xx.xx.2022-ci il tarixdə 180 manat, xx.xx.2022-ci il tarixdə 65 manat, xx.xx.2022-ci il tarixdə 180 manat, xx.xx.2022-ci il tarixdə 140 manat pul qaytarılmışdır. Ümumilikdə cavabdeh iddiaçıya 565 manat məbləğində pul qaytarmış, sonuncuya 2435 manat borcu qalmışdır. Qeyd olunan hallar İddiaçı məxsus bank hesabından çıxarışla təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və Cavabdeh 2435 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2435 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 47 manat məbləğində dövlət rüsumunun 44.35 manat hissəsi Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2435 manat məbləğində pul vəsaiti və 44.35 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-5634/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5634/2023
06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver