Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-564/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 18 saylı Notariat Ofisində bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə 5000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 70 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmiş, məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkilinə məhkəmə tərəfindən kredit müqaviləsi üzrə cavabdehə pretenziya məktubunun çatdırılmasını təsdiq edən sənədlərin məhkəməyə təqdim olunması təklif edilmiş və əks halda iddia ərizəsinin baxılmamış saxlanılacağı bildirilmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında pretenziya məktubunun mövcudluğunu güman edərək növbəti iclasda məhkəməyə təqdim edəcəyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması qaydasına riayət edilməsinə dair məktubun cavabdehə göndərilməsinə dair sübut təqdim edə bilmədiyindən hazırkı mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən iddiaçının mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində qaydaya əməl etməsi barədə sübut müəyyən edilməmiş və məhkəmə tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə pretenziya məktubunun cavabdehə göndərilməsinə dair sübut məhkəməyə təqdim etməsi təklif edilmiş, iddiaçının nümayəndəsi və vəkili pretenziya məktubununun göndərilməsi ilə bağlı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə mülki işi baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-564/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-564/2023
22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver