Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5675/2021 24.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcun qaytarılması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bank of Baku ASC-nin xeyrinə 5868.46 (beş min səkkiz yüz altmış səkkiz manat, qırx altı qəpik) manat əsas, 2508.7 (iki min beş yüz səkkiz manat, yetmiş qəpik) manat faiz borcun və 20 (iyirmi) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 13.09.2012-ci il tarixdə imzalanmış Baş sazişə əsasən borcluya 14.07.2014-cü il tarixdə illik 28 faiz olmaqla 58 ay müddətinə5988 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh ilə İddiaçı arasında 13.09.2012-ci il tarixdə imzalanmış Baş sazişə və Razılaşmanın 3.1-ci maddəsinə əsasən bank müştərinin konkret sifarişini qısa mesaj vasitəsi ilə aldıqdan sonra sifarişin mümkün olması barədə müştəriyə məlumat verir. Müştəri, bank tərəfindən müəyyən edilmiş formada hansı məbləğdə və şərtlərlə kredit almaq istəyini və özünün eyniləşdirmə kodunu Banka SMS vasitəsilə göndərir. Cavab SMS-də bank tərəfindən müştəriyə hansı məbləğdə və şərtlərlə kredit verilə biləcəyi barədə məlumat göndərilir. Müştəriyə razılaşdığı halda müvafiq nömrəyə razılıq SMS göndərilir. Bundan sonra bank tərəfindən müştərinin kat hesabına razılaşdırılmış məbləğdə və şərtlər çərçivəsində vəsait yerləşdirilir. Hazırda borclu kartdan məxaric etdiyi məbləği və ona hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, kredit müqavilənin tələblərini pozaraq, üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borc sazişinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edərək bildirdi ki, iddiaçı 13.09.2012-ci il tarixli baş sazişə əsasən Bank of Baku ASC-dən müxtəlif vaxtlarda 13.09.2021- ci il tarixində 3200 manat, 23.01.2013-cü il tarixində 5200 manat, 08.01.2014-cü il tarixdə 5749 manat və 14.07.2014-cü il tarixdə isə 5988 manat məbləğində kredit götürmüşdür. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə vəkili vaistəsi ilə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, güya ki, o Bank of Baku ASC ilə arasında imzalanmış 13.09.2012-ci il tarixli Baş Sazişə əsasən 14.07.2014-cü il tarixdə illik 28 faiz olmaqla 58 ay müddətinə 5988 manat məbləğində kredit götürmüdür. Bu tam yalandır, o krediti 2012-ci il götürmüş, lakin həmin məbləğdə deyil də, daha az məbləğində. O 2012-ci ildən 2014-cü ilədək 2 il kredit ödəmiş, yerdə qalan borcunu isə 2019-cu ilədək ödəyib qurtaramış, hal-hazırda həmin banka heç bir borcu olmamışıdır. Nəzərə çatdırır ki, Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il traixli fərmanına əsasən 01.01.2012-ci il tarixdən 28.02.2019-cu il tarixinədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17000 AZNdən az olan kreditlərin restrukturizasiyası nəzərdə tutulur. O bankal bağlı müqavilə öhdəliklərini icra etdiyi üçün Fərmanın qüvvəyə mindiyi günə -01.03.2019-cu il tarixədək tam şəkildə icra edildiyindən Fərmanın təsiri altına düşçməmişdir. Əgər onun banka borcu qalsaydı o Fərmanın təsiri dairəsi düşərdi. X5 məktunu ilə bir daha sübut olunur. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13.09.2012-ci il tarixli R-BS-DK0154518/12 saylı razılaşmaya əsasən bank müştəriyə illik maksimum 10000 manat məbləğində, illik maksimum 36 faiz dərəcəsi ilə, minumum 12 ay müddətinə kredit xətti açır, Baş sazişə və Razılaşmanın 3.1-ci maddəsinə əsasən bank müştərinin konkret sifarişini qısa mesaj vasitəsi ilə aldıqdan sonra sifarişin mümkün olması barədə müştəriyə məlumat verir. - 01.11.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 5868.46 (beş min səkkiz yüz altmış səkkiz manat, qırx altı qəpik) manat məbləğində əsas borc, 1895.45 (bir min səkkiz yüz doxsan beş manat, qırx beş qəpik) manat məbləğində faiz borcu mövcuddur. Azərbaycan beynalxalq Bankı ASC-nin 24.09.2021-ci il tarixli 41-11648/2021 saylı sarğuya cavab məktubundan görünür ki, Cavabdeh məxsus pensya kartından Bank of Baku ASC-nin xeyrinə bir dəfə olmaqla 16.07.2021-ci il tarixdə 332.43 manat məbləğində pul vəsaiti silinmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının Məhkəməsinin 11.10.2021-ci il tarixli sorğusuna 19.10.2021-ci il tarixli cavab məktubundan görünür ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən X3 ilə Bank of Baku ASC arasında 13.09.2019-cu il tarixdə 3200 manat məbləğində kredit müqaviləsi və həmin tarixdə 400 manat məbləğində manat məbləğində 2 kredit xətti müqaviləsinin rəsmiləşdirilməsi məlumumatı daxil edilmişdir. Həmin məlumatlara əsasən bu müqavilələr üzrə öhdəliklər fərmanın qüvvəyə mindiyi günə-01.03.2019-cu il tarixədək tam şəkildə icra edildiyindən resturikzasiya hissəsində fərmanını təsir dairəsinə düşməmişdir. -23.11.2021-ci il tarixli çıxarışdan görünür ki, 14.07.2014-cü il tarixli sazişə əsasən 5988 manat kredit ayrılmışdır. 24.11.2014-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh 03.10.2013-cü il tarixdən 05.06.2014-cü il tarixədək müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə kredit ödənişi etmişdir. -İş materiallarına əlavə edilmiş qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılmasıvə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh nə qədər də 13.09.2012-ci il tarixli Baş sazişə əsasən 14.07.2014-cü il tarixdə kredit götürmədiyini iddia etsədə mülki işçin matraillarına əlavə edilmiş 23.11.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, iddiaçıya məxsus hesab həmin tarixdə 5988 manat məbləğində kredit ayrılmış, məhz həmin dövürdən sonrakı tarixlərdə isə iddiaçı müxtəlif vaxtlarda həmin hesaba kredit ödənişləri etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında qeyd edilən dövür ərzində cavabdehin ödənişlərinin digər kredit borcu üzrə olduğunu qeyd etsədə bu halı təsdiq edəcək sübut məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən 01.11.2021-ci il tarixli malliyə arayışında göstərilən məbləğlər hissəsində təmin edilməli, Cavabdeh 5868.46 (beş min səkkiz yüz altmış səkkiz manat, qırx altı qəpik) manat məbləğində əsas borc, 1895.45 (bir min səkkiz yüz doxsan beş manat, qırx beş qəpik) manat məbləğində faiz borc və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı-nin xeyrinə ödənməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5868.46 (beş min səkkiz yüz altmış səkkiz manat, qırx altı qəpik) manat məbləğində əsas borc, 1895.45 (bir min səkkiz yüz doxsan beş manat, qırx beş qəpik) manat məbləğində faiz borc və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5675/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5675/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver