Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5678/2023 11.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı “sabit pul məbləğində alimentin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-765/2019 saylı qətnaməsinin dəyişdirilərək Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat, xəstəliklə bağlı 100 manat cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin və mediasya üçün ödənilmiş 51 manat rüsumun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2009-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü İlahi adlı oğlu dünyaya gəlmişdir. Hal-hazırda o azyaşlı övladı ilə cavabdehdən ayrı yaşayır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-765/2019 saylı qətnaməsi ilə xx.xx.2019-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Oğlu İlahi səhhətində olan xəstəliyindən əziyyət çəkir və hazırda müalicə olunur. Onun müalicəsi və müayinə edilməsinə görə heç bir maddi imkanı yoxdur. Hazırki, iqtisadi çətinliklər dövründə cavabdeh uşağın saxlanması və müalicəsi üçün ona heç bir köməklik göstərmir. Hal-hazırda maddi imkanı olduqca zəifdir və buna görədə uşağın maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Alimentin artırılması ilə bağlı Mediasiya təşkilatına müraciət etmişdir. Lakin xx.xx.2023-cü il tarixdə keçirilən mediasiya iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi məlumat verilsə də, o iclasda iştirak etməmişdir. Bu barədə mediasiya sessiyasından sonra prossesi məhkəmə qaydasında davam etirmək barədə qərar qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli iddia ərizəsinə əlavə olan ərizənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-765/2019 saylı qətnaməsinin dəyişdirilərək Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat, xəstəliklə bağlı 100 manat cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin və mediasya üçün ödənilmiş 51 manat rüsumun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Hal-hazırda verilmiş iddia ərizəsində soy adının mexaniki yanlışlıq nəticəsində Babayeva olduğu halda Balayeva yazılmışdır. İddia ərizəsində soy adının Babayeva sözlərinin yazılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı tərəfindən Sabunçu Rayon Məhkəməsinə cavabdeh M. Səmədova qarşı "alimentin artırılması tələbinə dair” iddia tələbi ilə müraciət edilmişdir. İddiaçı A. Babayeva iddia ərizəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-765/2019 saylı qətnaməsi ilə 2009-cu ilin may ayında doğulmuş ( iddia ərizəsində səhvən 2019-cu il dekabr ayının 9-u göstərilmişdir) X2 üçün o, yetkinlik yaşına çatana qədər cavabdeh M. Səmədovdan hər ay 120 (bir yüz iyirmi ) manat alimentin tutularaq ona ödənilməsinin qət edildiyini göstərmiş, həmin qətnamənin dəyişdirilərək hər ay 220 (iki yüz iyirmi) manat və uşağın xəstəliyi ilə bağlı 100 (bir yüz) manat, cəmi 320 (üç yüz iyirmi) manat alimentin cavabdah M. Səmədovdan tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı A. Babayevanın bu tələbi ilə bağlı bildirir ki, o, özü üçüncü qrup əlildir, hər ay 150 (bir yüz əlli) manat sosial müavinət alır. Daimi iş yeri, başqa mütəmadi gəliri yoxdur, hazırda da heç yerdə işləmir. Özü ikinci ailə həyatı qurmuş, bu nikahdan 10 mart 2017-ci il tarixdə Mədinə adlı qızı doğulmuşdur, bu uşaq da onun himayəsindədir. Yoldaşı və qızı ilə birlikdə Lənkəran rayonunun Hirkan qəsəbəsində yaşayırlar. Bundan başqa "Kapital Bank”ın Lənkəran filialından kredit götürmüş, hazırda da banka 1411 (bir min dörd yüz on bir) manat borcu vardır. Hər bir valideyn övladını saxlamağa borcludur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-765/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimenti hər ay ödəməyə çalışır, bunun öhdəsindən zorla gəlir. İddiaçının tələb etdiyi alimenti ödəmək onun imkanı xaricindədir. Həm də o, aliment ödədiyi uşağını görə bilmir, bunun üçün ona şərait yaradılmır. Bakı şəhərində keçiriləcək məhkəmə iclaslarında iştirak etmək həm maddi, həm də səhhəti baxımından ağırdır. Buna görə məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir. İddiaçı A. Babayevanın alimentin artırılması barədə mülki işə onun iştirakı olmadan baxıb, iddia tələbinin təmin olunmamışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Lerik Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 960260 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə doğulmuş X8 atası X11, anası İddiaçıdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-765/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Lerik Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş miqdarı dəyişdirilmiş, 10 iyun 2009cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh X3 hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və cavabdeh X3 alimentin alınması iddiası üzrə qanunvericilikdə müəyyən olunmuş iddia qiymətinə müvafiq olaraq 30 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən 51 (əlli bir) manat mediasiya xərci ödənilmişdir. Lənkaran şəhər İcra Hakimiyyəti başçısının Hirkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışımdan görünür ki, X11, həyat yoldaşı X5 və qızı X10 ilə Lənkəran rayonu Hirkan qəsəbəsində yaşayır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 haqqında arayışından görünür ki, X11 xx.xx.2023-cü il tarixdə işsiz kimi görünür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X9 haqqında arayışından görünür ki, X11 müddətsiz üçüncü dərəcəli əlildir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 220 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqlarını pozduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı, lakin alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-765/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmalı, xx.xx.2009-cu il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulararq İddiaçı ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin “ yetkinlik yaşına çatmayan uşağın xəstəliyi üçün cavabdehin 100 manat məbləğində əlavə xərcə cəlb edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matriallarına xx.xx.2009-cu il tarixdə doğulmuş X8 xəstəliyi və onun müalicəyə zərurətini təsdiq edən sübutlar əlavə edilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə, Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə iddia tələbi üzrə mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-765/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. xx.xx.2009-cu il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulararq İddiaçı ödənilsin. 50 manat müdiasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5678/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5678/2023
11.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver