Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5685/2024 05.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 1580 saylı bağ sahəsində tikilmiş bağ evinin dəyərindən 67.500 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 292,50 manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-219/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun cavabdehlər X19 və Cavabdeh qarşı “bağ sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi rədd edilmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)6413/2023 saylı 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)1020/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin iş birinci instansiya məhkəməsinin icraatında olan dövrdə cavabdehlər Nərimanov Rayon Məhkəməsində “vərəsəlik hüququndan məhrumetmə, mirasın qəbul edilməsinin və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab olunması” barədə iddia qaldırdıqları üçün cavabdehlərin vəsatəti əsasında Sabunçu Rayon Məhkəməsinin icraatında olan işin icraatı dayandırılmış və Nərimanov Rayon Məhkəməsinin qətnaməsi üzrə yekun məhkəmə aktı qəbul olunduqdan sonra icrası təzələnmiş və mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktı qəbul edilmişdir. İddiaçılar X7 və Cavabdeh ona və 9 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququndan məhrumetmə, mirasın qəbul edilməsinin və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab olunması” barədə iddia tələbləri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1923/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)- 7149/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)1571/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırda o, pul tələbi barədə məhkəməyə müraciət edir. Sabunçu Rayon Məhkəməsinin qəbul eldiyi qətnamə üzrə işin halları aşağıdakılardan ibarətdir: o, X22 ilə xx.xx.1990-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həyat yoldaşı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 1580 saylı bağı şifahi razılaşma əsasında cavabdeh X6 30.000 manata almışdır. Cavabdeh Rəşad Hüseynov həyat yoldaşı Adil Qurbanova xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 30 saylı notariat kontorunda mübahisəli bağ sahəsinin özəlləşdirilməsi ilə əlaqədar onu müvafiq orqanlarda təmsil etmək üçün bütün hərəkətləri yerinə yetirməsi barədə 5 il müddətinə etibarnamə vermişdir. Həyat yoldaşı Adil Qurbanov həmin etibarnamə əsasında mübahisəli bağ sahəsini cavabdeh Rəşad Hüseynovun adına özəlləşdirmişdir. Bundan sonra həmin bağ sahəsini öz adına sənədləşdirməmişdir. Çünki bağ sahəsinin barəsində heç bir mübahisə olmadığından hesab etmişdir ki, istənilən vaxt öz adına sənədləşdirə biləcəkdir. O, həyat yoldaşı ilə birgə təsərrüfat aparmış, hər ikisinin qazancı hesabına bağ evini tikib başa çatdırmışlar. Həyat yoldaşı 2021-ci ilin mart ayının 9-da vəfat etdikdən sonra vərəsəlik şəhadətnaməsi almaq üçün sənədləri, eyni zamanda bağın sənədlərini hazırlamaq istəyərkən bağın mülkiyyətçisi cavabdeh Rəşad Hüseynovu tapıb, bağı onun adına sənədləşdirməyə razılaşmışlar, bəzi sənədləri Asan xidmətə təqdim etmişlər. Lakin bir gün sonra Rəşad Hüseynov zəng edərək alınmayacağını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Rəşad Hüseynov bağın torpaq sahəsini həyat yoldaşının qeyri-rəsmi münasibətdə olduğu qadına satmışdır. Məhkəmə qətnaməsində izahatı göstərilmişdir. Sabunçu Rayon Məhkəməsində qaldırılan tələb üzrə qəbul edilmiş məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, bağ sahəsində abadlıq işləri aparılması, bağda yerləşən köhnə, yaşayışa yararsız bağ evinin sökülərək yenidən inşa edilməsi, əlavə yaşayış və qeyri-yaşayış sahələrinin inşası mərhum əri X22 ilə onun birgə vəsaiti hesabına tikilmiş, yaşayışa yararlı vəziyyətə gətirilmiş və istifadəyə verilmişdir. Bağ evi iki mərtəbəli olmaqla birinci mərtəbədə qaraj, iki yaşayış otağı, sanuzel, dəhlizdən ibarətdir. Həyətdə əlavə sanuzel inşa olunmuşdur. Evin ikinci mərtəbəsi üç yaşayış otağından, mətbəx, dəhliz və balkondan ibarətdir. İş üzrə dindirilmiş şahidlər bağ evinin mərhum əri ilə onun birgə vəsaiti hesabına tikilməsini tədiq etmişlər. Bağın torpaq sahəsi hüquqi qeydiyyatdan keçsə də bağ evi hüquqi qeydiyyatdan keçməmişdir. Eyni zamanda, Nərimanov Rayon Məhkəməsində ona qarşı vərəsəliyin etbarsız sayılması ilə bağlı qaldırılan tələb üzrə müəyyən olunmuşdur ki, o, mərhum əri ilə birgə yaşamış, birgə təsərrüfat aparmış, vəfatından sonra notariusa müraciət etmiş və vərəsəlik şəhadətnaməsi almışdır. Yəni vərəsəliyi qəbul etməsini şəksiz surətdə nümayiş etdirmişdir. Övladlarının öz vərəsə paylarından onun xeyrinə imtina etmələri hesabına vərəsə payı artmışdır. Həmin iş üzrə müəyyən edilmişdir ki, mərhum əri X9 miras qalmış və onların birgə nikah dövründə əldə etdikləri əmlaklara 8/10 hissədə 1-ci dərəcə vərəsə kimi vərəsəlik hüququnun yaranması və tanınması qanuni və əsaslıdır. Miras açıldıqdan sonra mərhumun bankda qalmış pulu və mülkiyyətində olan avtomobil paylara uyğun bölünmüşdür. Məhkəmələr yuxarıda göstərilən qaydada qətnamə və qərarlar qəbul etmişlər. Məhkəmə mübahisələri başa çatdıqdan sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəməyə təqdim edilmiş “X21 və Ekspertiza Mərkəzi” MMCnin 65 saylı xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində 0,25 ha torpaq sahəsində yerləşən bağ sahəsi və həmin bağ sahəsində inşa edilmiş fərdi yaşayış evinin hazırkı bazar qiyməti təqribən 175.000 manat təşkil edir. Hazırda Ləhiş bağ massivində torpaq sahəsinin bir sotu 4.500 manat təşkil edir. Bağ sahəsi 25 sot olması nəzərə alınsa 100.000 manat təşkil edir. Bağ evinin dəyəri isə 75.000 manat təşkil edir. Mərhum əri ilə birlikdə birgə vəsait hesabına bağın tikintisinə 80.000 manata yaxın pul xərcləmişlər. Həmin bağ evinin dəyərinin 50 faizi onun mülkiyyəti olmaqla qalan 50 faiz dəyəri vərəsələr arasında bölüşdürüldükdən sonra həmin məbləğin 8/10 hissəsi onun payına düşür. Beləliklə, bağ evinin dəyəri 75.000 manat götürülsə, 37.500 manatı onun mülkiyyətində olan hissə, yerdə qalan 37500:10=3.750 manat x 8 paya=30.000+37500=67.500 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq ona ödənilməlidir. İş üzrə şahidlər onun və mərhum ərinin həmin bağ evinin tikintisinə 80.000 manata yaxın pul xərcləndiyini təsdiq edirlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə etdi, iddiaçının izahatındakı xüsusatları təsdiq edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı istinad etdiyi əmlakı faktiki olaraq birgə nikah dövründə əldə edilmiş əmlak kimi qəbul edərək onun bölüşdürülməsini tələb edir. Belə ki, oxşar tələblər üzrə iddia tələbləri rədd edilmiş və qanuni qüvvəsini almış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-219/2023 nömrəli 13 iyul 2023-cü il tarixli qətnaməsi, həmin qətnamənin qüvvədə saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6413/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən də görünür ki, cavabdeh X19 öz xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən ümumi 0.242236 ha olan 1580 saylı bağ sahəsini Cavabdeh xx.xx.2021-ci il tarixdə 44.000 manat məbləğinə satmışdır. İddiaçı hazırda həmin alqı-satqı müqaviləsini mübahisələndirərək, etibarsızlığını tələb edir. Kollegiya hesab edir ki, mübahisəli əmlakın alqı-satqısının etibarsız hesab edilməsinə əsas verən hallar müəyyən olunmamışdır. İddiaçı həmin torpaq sahəsinin onun mərhum əri tərəfindən alınmasına, cavabdeh tərəfindən onun mərhum ərinə 5 il müddətinə etibarnamə verilməsinə istinad etmişdir. Məhkəmə də haqlı olaraq göstərmişdir ki, mülkiyyət hüququ yalnız torpaq sahəsinin və onun üzərində tikilmiş tikilinin qanunla müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Etibarnamələr isə hüquqmüəyyənedici sənəd hesab edilə bilməz, yalnız etibar edənin etibar edilənə özünə məxsus hüquqlarını həyata keçirmək üçün vermiş olduğu qanunla qadağan edilməmiş səlahiyyətləridir. Hazırkı işin hallarından müəyyən olunan odur ki, mübahisəli torpaq sahəsi cavabdeh Rəşad Hüseynovun adına qeydə alınmış və o da Cavabdeh ilə alqı-satqı etmişdir. Həmin əqdin etibarlılığna dair hər hansı şərtin (səlahiyyətli subyektlər, forma və məzmun, iradə və onun bəyanı) pozulması müəyyən olunmur. İddiaçı sadəcə bağ sahəsinin mərhum əri tərəfindən etibarnamə ilə alınmasına istinadla xx.xx.2021-ci il tarixli əqdin etibarsız olması tələbini irəli sürə bilməz. İddiaçı tələbinin qanuni əsasını belə göstərə, yəni, həmin əqdin məhz hansı əsasla etibarsız olmasını əsaslandıra bilməmişdir. Beləliklə, həmin əmlak Rəşad Hüseynovun adına qeydə alınmış və o da Cavabdeh ilə alqı-satqı etmişdir. Həmin əmlak X22 tərəfindən əldə edilmədiyindən nə onun sağlığında birgə nikah dövründə əldə olunmuş əmlak kütləsinə, nə də ki, miras kütləsinə daxil deyildir. Əvvəlki iddia tələbinin hüquqi əsası da məhz göstərilən əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi əsası ilə əqdin mübahimələndirilməsi idi, hazırkı iddia tələbinin hüquqi əsası həmçinin əmlakın birgə nikah dövründə əldə olunmuş əmlak olduğundan onun dəyərinin tutulmasıdır. Lakin qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə əmlakın birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilmədiyi birmənalı olaraq qeyd edilmişdir. Bu səbəbdən iddia tələbi kimi iddiaçının cavabdehdən pul tələb etməsi əsası mövcud deyildir. Göstərilənlərə əsasən iddia tələbinin əsassız olmasına, həmçinin iddia müddətinin keçməsinə görə iddia rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, Fatma xanım xalasının nəvəsidir. Tahirə xanımın Mehdiabad yolu tərəfdə kafedə işlədiyini görmüşdür. Digər xalası nəvəsi ilə bir yerdə işləyirdi. Sözügedən bağ evinin tikintisi təxminən 2004-2005-ci illərdə başlayıb, o, məhz bu illərdə orada işləmişdir. Oranı daha əvvəl alıblar, tarixi isə bilmir. Oradakı divarları - dörd tərəfin hasarlarını o çəkmişdir, ona ödənişi mərhum Adil verib. Həmin vaxtlarda orada Tahirə xanımı görməmişdir. Köhnə ev idi. Orada başqa heç kim yaşamırdı. Daha sonra oradakı köhnə evi söküb yerində təzə ev tikdilər. 2019-cu ildə həmin həyətdə nə vardırsa, o tikib. Gördüyü işin haqqını Adildən pul olmayanda Fatma xanımdan götürürdü. Evin birinci mərtəbəsinin yarısı tikilən vaxtı Tahirə xanımı orada gördü. Özü onların həyətində daimi qalmırdı, iş olan vaxt Adil onu çağırırdı deyə Fatma xanımın həmin vaxt artıq orada yaşayıb-yaşamadığını bilmir. Ancaq Adil və Fatma xanımı evin mülkiyyətçisi bilmişdir. Evin tikintisində 4 nəfər fəhlə işləyib və onların pulunu da Adil verib. Bir qoca qadın da gəlib yaşayırdı, deyəsən, Tahirənin anası idi. O qadının nə vaxtsa evə bazarlıq etdiyini görməmişdir. Məhkəmə iclasında şahid X14 ifadəsində bildirmişdir ki, Fatma xanım gəlinləridir, mərhum Adilin həyat yoldaşıdır. Tahirə adlı adamı isə bir-iki dəfə görsə də, tanımır. Onların Kürdəxanı qəsəbəsi Ləhiş qəsəbəsində bağları var idi. Həmin bağı deyəsən, 2003-cü ildə alıbar. Onların da bağı olub, qonşu idilər, gəliş-gedişləri var idi. Bağdakı köhnə ev idi, söküb yenisini tikdilər, ora köçdülər. O evə köçmələri 2017-2018-ci illərdə olardı. Oranın təmirinə ancaq mərhum Adil və Fatma xanım xərc çəkib. Orada maşın yuyan bir qadın da görmüşdür, kim olduğunu bilmir. Adil ustaya pul lazım olduqca ondan istəyirdi. Bir dəfə 7000 manat istəmişdi, Fatma xanım ilə bir yerdə hissə-hissə qaytardılar. Həmin ev əvvəldən tikilib bitənədək xərcləri Fatma xanım ilə Adil çəkib. Ev iki mərtəbəli evdir. Fəhlələri mərhum Adil gətirirdi. Bildiyi qədərilə xərcləri ancaq Fatma xanım və mərhum çəkib. Fəhlələri mərhum Adil gətirirdi. O, Xalqlar Dostluğunda yaşayır. Bağ qonşusudurlar, onlar orada yay aylarında yaşayırdılar. Orada 6 ay, bir il qalırdı.Yayda, payızda təmir işləri gedirdi. Adilin usta gətirməsini görürdü, lazım olanda pul da borc verirdi. Bağlarınız təxminən 600 metr aralıdır. Orada işləyən bir ustanı tanıyır, qalanı fəhlə idi. Oradakı təmir işləri 2017-ci il və ya 2018-ci ildə yekunlaşdı. Tikinti işləri orada 2003-2004-cü illərdən başlamışdı. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirmişdir ki, Fatma xanım qardaşının gəlinidir, o, mərhum Adilin bibisidir. Tahirə adlı şəxsi görməmişdir, tanımır. Üzbəüz bağ sahəsi onların olsa da, Tahirə adlı şəxsi heç vaxt görməmişdir. Bildiyi qədərilə Adil torpaq aldı, yaşamaq mümkün olmadığı üçün orada yeni ev tikdirdi. Hətta evin tikintisi üçün ondan da 10000 manat pul istəmişdi, vermişdi, sonra da geri qaytardı. Pulu evin tikintisi üçün istədiyini demişdi, pulu Fatma xanımla birgə almağa gəlmişdi. Daha sonra tək də gəlmişdi. Pulu hissə-hissə qaytardığı üçün həm tək, həm də Fatma xanımla birgə gəlirdi. Ev tikildi, Adil Tahirə xanımla birgə orada yaşamağa başladı. Fatma xanımın orada yaşadığını görməmişdir. O qadın orada olurdu deyə oraya getmirdi. Adil öləndən sonra bildiyi qədərilə Tahirə adlı şəxs hələ də orada yaşayır. Məhkəmə iclasında şahid X15 ifadəsində bildirmişdir ki, Fatma xanım mərhum dayısı oğlu Adilin həyat yolaşıdır. Cavabdeh adlı şəxsi tanımır, son vaxtlar ad və soyadını eşitmişdir. Mərhum onun bağ qonşusu olub. Torpaq sahəsini bir işçisindən alıb üzərində ev tikmişdir. Orada köhnə ev vardı, sonra yenisini hissə-hissə Fatma xanımla birgə nikah dövründə tikməyə başladı. Həmin torpaq sahəsini bildiyinə görə öz işçisindən əldə etmişdi. Bağ sahəsində olan köhnə tikilini bildiyinə görə sökmüşdü və yerində yenisini tikdirmişdi. Tikilən dövrdə Adilin ora gedib-gəldiyini görürdü. Fatma xanımın orada daimi qalıbqalmadığını bilmir, ancaq ora ev tikilən vaxtı gedib-gəlirdi və tikinti üçün onun da vəsaitinin xərcləndiyini bilir. Adil onun anasından da borc almışdı. Tahirə adlı şəxsin təkcə məhkəmə vaxtı adını eşitmişdir, onu həmin bağ evində görməmişdir. Əslində, Adil bəyin kafesində işləyən xadimə və ya ofisiant xanım kimi onun adını eşitmişdir. Bu məlumatı sonradan bilmişdir. Həmin qadını görsə, tanımaz. Dediyi kimi həmin bağ sahəsində onu görməmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, Fatma xanım qardaşının gəlinidir. Tahirə xanımı isə yalnız bir dəfə məhkəmədə görmüşdür. Ləhiş bağ massivində yerləşən sözügedən bağı Adil almışdı, bütün əmiləri, bibiləri kömək etdi, o bağı tikdi. Orada əvvəlcə köhnə ev var idi, onu təmir edirdi, amma təmirlə evi yararlı hala gətirmək mümkün olmadığı üçün yeni bir ev tikməyə başladı. Ora köhnə ev tikiləndə getmişdi, yeni ev tikilən vaxtı getməmişdir. Yeni evin tikintisini öz gözü ilə görməmişdir, danışılanlara əsasən bunları deyir. O evi tikməyə Fatmanın da qohumları kömək edib. Adil Tahirəni köməkçi kimi ustalara yemək bişirməsi üçün apardığını demişdi. Fatmanın da nəvələri olduğu üçün tez-tez gedib-gələ bilmirdi. 8000 manatdan bir az artıq olardı ki, Adil və Fatmaya borc vermişdir, sonra pulu qaytardılar. Həmin pulu ancaq evin tikintisi üçün almışdı. Adil o bağı dediyinə əsasən Balaxanıda olan bir adamdan alıb. Eşitdiyinə əsasən Adil ayın 9-u ölən kimi Tahirə ayın 10-u bağı öz adına keçirdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “X21 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli 64 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi olan 1580 saylı bağ sahəsinin və həmin bağ sahəsində inşa edilmiş fərdi yaşayış evinin hazırkı bazar qiymətinə uyğun olaraq bazar qiyməti təqribən 175.000 manat təşkil edir. - 2V-436 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş-X16 vərəsəsi arvadı – İddiaçıdır və o, miras əmlakdan 3/10 pay irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AD791533 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2200701A121968, mühərrikin nömrəsi **********7325 və buraxılış ili 2000-ci il olan MERCEDES BENZ S430 minik markalı **-XV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakın 2/10 payına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakın 1/2 payına ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. - 7e-12949 reyestr nömrəli xx.xx.2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 bağlar sahəsində yerləşən bağın özəlləşdirilməsi ilə əlaqədar onu müvafiq dövlət orqanlarında, idarələrində, komitələrdə, təşkilatlarda, icra orqanlarında təmsil etməyi, adından ərizə yazmağı, imza etməyi, sənədlər təqdim etməyi, almağı, o cümlədən DTXKdən kadastr planı, AR ƏMDK yanında DƏDRX-dən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, texniki sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi X20 etibar etmişdir. Etibarnamə 5 il müddətinə verilmişdir. - reyestrdə 2V-375 № ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş X3 qalmış arvadı İddiaçı onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. X16 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı - "xxxx" Əməliyyat Departamenti tərəfindən verilən 31-6300/2021, xx.xx.2021-ci il tarixli məktuba əsasən mərhum X16 adına "xxxx" ASC-nin Mərkəzi filialında ******************** olan hesabda 13.556.58 AZN (on üç min beş yüz əlli altı manat 58 qəpik) pul məbləğindən ibarətdir. - reyestrdə 2V-435 № ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 qalmış arvadı İddiaçı nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. X16 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı - AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AD791533 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2200701A121968, mühərrikin nömrəsi **********7325 və buraxılış ili 2000-ci il olan MERCEDES BENZ S430 MİNİK markalı **-XV- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. O cümlədən, ölmüş ərin (arvadın) ümumi əmlakdan payı MERCEDES BENZ S430 MİNİK markalı **-XV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakın 5/10 payına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - AZ-İİ seriyalı 168340 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 09 mart 2021-ci il tarixdə ölmüşdür. - V-ЖГ seriyalı 413149 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X17 arasında xx.xx.1990-cı il tarixdə nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1139 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Qurbanova soyadı verilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 293 manat dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1923/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X5 və Cavabdehlər İddiaçı və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququndan məhrum etmə, mirasın qəbul edilməsinin və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7149/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X11 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1923/2022 saylı işi üzrə 10 iyun 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1571/2023 nömrəli xx.xx.2023cü il tarixli qərarından görünür ki, iddiaçılar X11 və Cavabdeh tərəfindən birgə verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7149/2022 nömrəli iş üzrə 28 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-219/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X12 və Cavabdeh qarşı “bağ sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbinin rədd edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6413/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-219/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-1020/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6413/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0.2422 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 257.3 kv.m olan 1580 saylı bağ evi xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbindən görünür ki, iddiaçının mərhum əri X22 xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 1580 saylı bağı şifahi razılaşma əsasında X6 30.000 manata almışdır. X30 Qurbanova xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 30 saylı notariat kontorunda mübahisəli bağ sahəsinin özəlləşdirilməsi ilə əlaqədar onu müvafiq orqanlarda təmsil etmək üçün bütün hərəkətləri yerinə yetirməsi barədə 5 il müddətinə etibarnamə vermişdir. Adil Qurbanov həmin etibarnamə əsasında mübahisəli bağ sahəsini Rəşad Hüseynovun adına özəlləşdirmişdir. Bundan sonra həmin bağ sahəsini öz adına sənədləşdirməmişdir. Çünki bağ sahəsinin barəsində heç bir mübahisə olmadığından hesab etmişdir ki, istənilən vaxt öz adına sənədləşdirə biləcəkdir. İddiaçı mərhum əri A.Qurbanovla ilə birgə təsərrüfat aparmış, hər ikisinin qazancı hesabına bağ evini tikib başa çatdırmışlar. A.Qurbanov 2021-ci ilin mart ayının 9-da vəfat etdikdən sonra vərəsəlik şəhadətnaməsi almaq üçün sənədləri, eyni zamanda bağın sənədlərini hazırlamaq istəyərkən bağın mülkiyyətçisi Rəşad Hüseynovu tapıb, bağı onun adına sənədləşdirməyə razılaşmışlar, lakin bir gün sonra Rəşad Hüseynov iddiaçıya zəng edərək sənədləşmənin mümkün olmayacağını bildirmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Rəşad Hüseynov bağın torpaq sahəsini hazırkı iş üzrə cavabdehə satmışdır. İddiaçı Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 1580 saylı bağ sahəsinə dair X19 və Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, X19 öz xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən ümumi 0.242236 ha olan 1580 saylı bağ sahəsini Cavabdeh xx.xx.2021-ci il tarixdə 44.000 manat məbləğinə satmışdır. Mübahisəli əmlakın alqı-satqısının etibarsız hesab edilməsinə əsas verən hallar müəyyən olunmamışdır. İddiaçı həmin torpaq sahəsinin onun mərhum əri tərəfindən alınmasına, Rəşad Hüseynov tərəfindən onun mərhum ərinə 5 il müddətinə etibarnamə verilməsinə istinad etmişdir. Mülkiyyət hüququ yalnız torpaq sahəsinin və onun üzərində tikilmiş tikilinin qanunla müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Etibarnamələr isə hüquqmüəyyənedici sənəd hesab edilə bilməz, yalnız etibar edənin etibar edilənə özünə məxsus hüquqlarını həyata keçirmək üçün vermiş olduğu qanunla qadağan edilməmiş səlahiyyətləridir. Hazırkı işin hallarından müəyyən olunan odur ki, mübahisəli torpaq sahəsi Rəşad Hüseynovun adına qeydə alınmış və o da Cavabdeh ilə alqı-satqı etmişdir. Həmin əqdin etibarlılığna dair hər hansı şərtin (səlahiyyətli subyektlər, forma və məzmun, iradə və onun bəyanı) pozulması müəyyən olunmur. İddiaçı sadəcə bağ sahəsinin mərhum əri tərəfindən etibarnamə ilə alınmasına istinadla xx.xx.2021-ci il tarixli əqdin etibarsız olması tələbini irəli sürə bilməz. İddiaçı tələbinin qanuni əsasını belə göstərə, yəni, həmin əqdin məhz hansı əsasla etibarsız olmasını əsaslandıra bilməmişdir. Nəzərə alınmalıdır ki, etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər; mübahisə edilən əqdlər; müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər; məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Etibarsız əqdlərin hər birinə münasibətdə qanunverici fərqli qayda müəyyən etmişdir, yəni onların yaratdığı hüquqi nəticələr fərqlidir. Ona görə də ümumi olaraq hər hansı əqd barəsində “etibarsızdır” demək düzgün deyil. Hazırda iddiaçı, cavabdehin mülkiyyətində olan bağ evinin mərhum əri ilə onun birgə vəsaiti hesabına tikilməsinə istinad edərək, bağ evinin dəyərindən 67.500 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona verilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X19 və Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanan zaman bağ sahəsində yerləşən fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədləri olmadığından, alqı-satqı müqaviləsinin predmeti yalnız Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən, sahəsi 0.242236 ha olan 1580 saylı bağ sahəsi olmuşdur. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0.2422 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 257.3 kv.m olan 1580 saylı bağ evi Cavabdeh adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi iddiaçı və mərhum əri tərəfindən inşa edilmiş bağ evi X8 mülkiyyətində olan torpaq sahəsində yerləşmiş, sonuncu həmin bağ evini torpaq sahəsi ilə birlikdə Cavabdeh satmışdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Cavabdeh iddiaçının tələbinə cavab verməli şəxs deyildir və bağ evinin dəyərini X6 tələb edə bilər. Çünki bağ evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olmuş X19 iddiaçının və mərhum ərinin inşa etdirmiş olduqları bağ evini torpaq sahəsi ilə birlikdə Cavabdeh satmış, bununla da torpağın dəyəri artmış, Hüseynov Rəşad isə əsassız varlanmaqla gəlir əldə etmişdir. Belə olan halda, iddiaçının bağ evinin dəyərindən 67.500 manat pul vəsaitini Cavabdeh tələb etməsinin hüquqi əsası yoxdur. Məhkəmə, həmçinin qeyd edir ki, iddia özü-özlüyündə əsassız olduğundan iddia müddətinin tətbiqi barədə məsələnin həllinə zərurət yaranmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-5685/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5685/2024
05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver